Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış

Ermənistanın yeni müdafiə naziri komandirini bıçaqlayıbmış

Bu gün Ermənistan prezidenti Aram Sarkisyanın fərmanı ilə müdafiə naziri postuna təyin olunmuş 35 yaşlı Suren Papikyanın şəxsi həyatı ilə bağlı maraqlı detallar açıqlanır. Hələ ötən il onun barəsində erməni cəmiyyətinə məlum olmayan faktlar təqdim edən “Hraparak” qəzeti Papikyanın əvvəllər həsdə yatdığını gizlətdiyini yazıb.
Yenixeber.org: Erməni mediası xəbər verir ki, 2003-2010-cu illərdə İrəvan dövlət universitetində təhsil alanda ordu sıralarında xidmətə çağırılan Suren Papikyan xidmət zamanı törətdiyi cinayətə görə həbs cəzası alıb. Öz komandirini bıçaqlayan Papikyana qarşı cinayət işi açılıb və 2006-cı ilin martında o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Cəzasını “Nubaraşen” koloniyasında çəkən Suren Papikyan 2007-ci ilin fevralında amnistiya aktı əsasında azadlığa buraxılıb.
Yalnız “Hraparak” qəzetinin ifşaedici materiallarından sonra hərbi xidmət vaxtı soyuq silah işlətdiyini, insidentin baş verdiyini və həbsdə yatdığını etiraf edən Papikyan sonradan amnistiya nəticəsində buraxıldığını və baş verənə görə peşman olduğunu bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam