Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan nazir postuna kadr tapa bilmir -hamı təklifi rədd edir

Paşinyan nazir postuna kadr tapa bilmir,  hamı təklifi rədd edir
Ermənistanda daxili siyasi gərginlik daha da artır.

Yenixeber.org: "Joğovurd" nəşri xəbər verir ki, baş nazir Nikol Paşinyanın komandasında ciddi narazılıqlar müşahidə edilir. Belə ki, səlahiyyətlilər Təhsil və elm, Mədəniyyət və İdman nazirlərinin yerinə normal namizəd tapa bilmirlər.
Məsələ burasındadır ki, iqtidarda söz sahibi olan şəxslər təhsil naziri Arayik Arutyunyanın vəzifəsindən uzaqlaşdırmasından sonra, nazirlikdə bu postda çalışmağa razı olan layiqli namizəd tapa bilməyiblər.

“Joğovurd” yazır ki, çünki bu sistemdə problemlər nəinki qalaq-qalaq yığılıb, həm də artıq həll olunmaz hala gəlib: “Əldə etdiyimiz məlumata görə, baş nazir Nikol Paşinyan da Təhsil və elm, Mədəniyyət və İdman, Diaspora və Gənclərlə İş üzrə Komitənin üzvlərinə müraciət edərək sözügedən sahələri dirçəldə biləcək kadr təklif etmələrini istəyib. Mənbələrimiz deyir ki, nazir postuna təklif olunan, lakin təklifi qəti şəkildə rədd edən namizədlər olub. İndi səlahiyyətlilər bu sahələri idarə edə biləcək normal kadr axtarır".

Qeyd edilib ki, səhiyyə naziri Arsen Torosyan da yaxın vaxtlarda işdən çıxarılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam