Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“BU, AZƏRBAYCANIN BİR NÖMRƏLİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏSİDİR...” –“Düşmən ölkə ilə sərhəd nəzarətsizdirsə, hansı təhlükəsizlikdən söhbət gedə bilər?!”

Laçın dəhlizində, Daşaltı kəndinin ərazisində Azərbaycan hərbi postuna əl qumbarası atılması, ardınca Kəlbəcərdə Azərbaycan Ordusunun mövqelərinin iriçaplı silahlardan atəşə tutulması Azərbaycan-Ermənistan qarşıdurmasının danışıqlar yolu ilə bitəcəyinə şübhəni daha da dərinləşdirir.

Yenixeber.org: Atəşksədən bir il ötüb, amma məsələ yerindən tərpənməyib, müəyyən zaman kəsiyində yaranan kompromis meyilləri çox keçmədən hərbi qarşıdurma ilə əvəzlənib. Hazırda növbəti gərginliyi müşahidə edirik. Təbii ki, müharibənin qalibi olan Azərbaycan qarşı tərəfin təxribatlarını cavabsız qoymur, adekvat addımlar atır. Dünən yayılan videogörüntülərdə Qaragöl ərazisində erməni postlarının birinin boşaldılması əks olunub. İstisna deyil ki, bu cür addımlar daha geniş miqyasda davam etdiriləcək. Amma bu da problemin tam, hərtərəfli həlli deyil və Azərbaycana ciddi problemlər yaradır.

Əvvəla, bu Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün pozulmasıdır. Müharibənin qalibi olan ölkəyə qarşı bu cür münasibət yolverilməzdir və buna cəhd edən qüvvə dərhal zərərsizləşdirilməlidir. Bu, Azərbaycan Konstitusiyasının müstəsna tələbidir.

İkincisi, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti, quruculuq işləri aparır və xarici investorları da prosesdə iştirak etməyə dəvət edir. Bölgədəki qeyri-stabillik, silahlı təxribatlar xarici şirkətləri çəkindirən başlıca amil ola bilər. Məlumdur ki, hazırda sözügedən ərazilərdə əsasən Türkiyə şirkətləri çalışır. Başqa ölkələrin biznes strukturları isə Azərbaycanın sərmayələrinin həyata keçirilməsində subpodratçı qismində iştirak edir. Amma bölgənin dirçəldilməsinə mərhələlərlə 50-60 milyard dollar investisiya lazımdır, onun əhəmiyyətli hissəsi isə kənardan gələ bilər.

Üçüncüsü, hökumət müharibənin bitdiyini, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğunu bəyan edir. Amma Qarabağda erməni silahlı birləşmələrinin hələ də qalması, erməni rəsmilərinin tez-tez onlara baş çəkməsi, Laçın dəhlizinin nəzarətsiz zonaya çevrilməsi, Rusiya sülhməramlılarının özbaşına fəaliyyəti, Azərbaycanın dövlət orqanlarının onların müvəqqəti nəzarət etdiyi ərazilərə hələ də daxil ola bilməməsi, üstəlik, qarşı tərəfin atəşkəsi tez-tez pozması cəmiyyətdə ciddi suallar yaradır. Bu vəziyyət nə vaxta qədər davam edəcək, Azərbaycan konkret hansı addımları atmalıdır? 

Politoloq Fərhad Məmmədov bildirir ki, Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr proseslərin qarşıdurma mərhələsinə daxil olduğunu nümayiş etdirir. Ekspert əlavə edir ki, Ermənistan tərəfi konstruktiv dialoqa razı deyil: "Yəni öz ərazisindən keçən kommunikasiyaların açılmasına imkan vermək istəmir. Paşinyanın “dəhliz məntiqi”ndən imtina etməsi Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində sərhəd və sonradan gömrük məntəqələrinin yaradılmasına səbəb olub. Buna qədər Azərbaycan xoşməramlı niyyət göstərərək Ermənistana konstruktiv yolla getməyin faydalı olduğunu göstərməyə çalışdı. Lakin İrəvan Gorus-Qafan yoluna dəniz səviyyəsindən 1500 metr hündürlükdə “alternativlər” qurdu və problemi həll etdiyini düşünür. Nəticədə, Paşinyanın partiyası yayda bu qəsəbələrdə qalib gəlsə də, yerli seçkilərdə acınacaqlı şəkildə məğlub oldu".

F.Məmmədovun sözlərinə görə, Paşinyanın icazəsi ilə Ermənistanın müdafiə nazirinin Qarabağa qanunsuz səfəri, eləcə də Daşaltıdakı terror aktı Azərbaycanı adekvat mexanizmləri işə salmağa məcbur edib. "Əgər əvvəllər cavab vermək üçün uzun müddət hazırlıq görmək lazım gəlirdisə, indi sərhəddə adekvat reaksiya bir gün belə çəkmədi", - politoloq vurğulayıb.

Politoloq hesab edir ki, yeni geosiyasi reallıqlar Azərbaycanın əlində Ermənistana qarşı böyük təzyiq vasitələri və mexanizmləri cəmləşdirib: "Maraqlıdır, Azərbaycan Rusiya sülməramlılarının müvəqqəti nəzarət zonasında Ermənistana praktiki olaraq cavab vermir, amma Ermənistana zərbə endirir. Bu, problemlərin həlli üzrə strateji məqsədlərə əsaslanır: ərazi bütövlüyünün qarşılıqlı tanınması və kommunikasiyaların açılması. Növbəti mərhələdə Qarabağ erməniləri və Rusiya sülməramlılarının müvəqqəti missiyası artıq Azərbaycanın daxili işi olacaq".

Fərhad Məmmədov deyir ki, son hadisələrdə mühüm bir detal qabarıq görünür: "Ermənistanın hansısa strategiyanı həyata keçirmək üçün resursları yoxdur. Ölkə rəhbərliyinin bütün addımları bir günlük effekt verir. Azərbaycana qarşı həyata keçirlən təxribatların məqsədlərinə gəlincə, onlar bundan ibarətdir:

- Sərhədlə bağlı müzakirənin təxirə salınması və Bakı-Moskva-İrəvan üçtərəfli formatın ATƏT-in Minsk Qrupuna transfer edilməsi, eyni zamanda status mövzusunun yenidən gündəmə gətirilməsi;

- Azərbaycanın daxili siyasətinə təsir etmək cəhdi;

- Ermənistanın daxilində hakimiyyətin reytinqini artırmaq niyyəti".

Ekspert qeyd edir ki, Paşinyanın Baydenin təşkil etdiyi “Demokratiya sammiti"nə çağırılması da onda müəyyən illüziyalar yaradıb: "Guya ABŞ-ın bu seçimi Paşinyan iqtidarının bütün xəstəlikləri üçün dərmana çevriləcək. ABŞ, əlbəttə, regionda daha fəal olmaq istərdi, amma kimin vasitəsilə?! Bölgədə əsas müttəfiqlər Türkiyə və Gürcüstandır ki, bu gün onlarla demokratiya sahəsində problemlər var. Türkiyə “demokratik beynəlmiləl”in onlayn görüşünə ümumiyyətlə dəvət edilmir".

Fərhad Məmmədov hesab edir ki, Ermənistanda resursların qıtlığı bir daha göstərdi ki, vəziyyəti qarşıdurma həddinə gətirmək ona baha başa gələcək: "Əgər indi Azərbaycanın ərazi bütövlüyünü tanımaqla kommunikasiyalar açmaq, delimitasiya və demarkasiya prosesinə başlamaq, Qarabağda erməni varlığını saxlamaq perspektivi varsa, qarşıdurma zamanı Ermənistan ancaq sərhədlərində gərginlik qazanacaq".

Konfliktoloq Elxan Mehdiyev isə hesab edir ki, belə terror və diversiya hadisələrinə hazır olmalıyıq, çünki ermənilərin "terror mədəniyyətinə" sahib olması belə halların gələcəkdə çox olacağını göstərir. "Üstəlik, son bir il ərzində Ermənistanda və xüsusən rusların nəzarəti altında olan Xankəndidə aparılan nasist təbliğatı bu cür hadısələrin baş verməsi üçün münbit baza yaradır. Hazırda Qarabağda yaşayan hər bir erməninin evində ən azı bir neçə silah və qumbara var. Müharibənin gedişi zamanı o qədər silah-sürsat çöllərdə qalmışdı ki, indi orada silah əldə etmək problem deyil. Həm də özünümüdafiə adı ilə hər bir ailə silah əldə edib”.

Konfliktoloqun sözlərinə görə, indiki şəraitdə Azərbaycan öz sərhədinə nəzarət edə bilmir: "Laçın yolu açıqdır, erməni terrorçu dəstələrinin yüngül silahlarla ordan gəlməsinə və ya geri qayıtmasına heç bir maneə yoxdur. Rus qüvvələri onları dedektorla yoxlamır. Uzağı onların pasportuna, ən yaxşı halda maşının yük yerinə baxırlar".

"Azərbaycan nə etməlidir" sualına cavabında E.Mehdiyev hesab edir ki, Azərbaycan ilk növbədə Laçın yolunda öz sərhəd pasport məntəqəsini qurmalıdır: "Bu, Azərbaycanın bir nömrəli təhlükəsizlik məsələsidir. Yoxsa, bizim həmin bölgədə təhlükəsizliyimizdən, suverenliyimizdən danışmaq yersizdır və özünü aldatmaq olacaq. Bəli, Rusiya qüvvələri Laçın yolunu qorumağa beş il səlahiyyətlidirlər, amma sərhədləri yox. 9 noyabr bəyanatı ilə sərhəddən keçən əhalinin və yük maşınlarının təhlükəsizliyi onlara həvalə edilib. Sərhədi qorumaq Azərbaycan dövlətinin danışıqsız və qeyd-şərtsiz hüququdur. Belə çıxır ki, Azərbaycan Türkiyə, İran, Rusiya və Gürcüstan kimi ölkələrlə sərhəd-pasport məntəqəsi qurub, sadəcə düşmən ölkə olan Ermənistanla sərhədini açıq qoyub. Düşmən ölkə ilə sərhəd nəzarətsizdirsə, o zaman hansı təhlükəsizlikdən söhbət gedə bilər?!”

 

 

Elxan Mehtiyev əlavə edir ki, dünya praktikasında heç bir sülhməramlı qüvvə sərhədləri qorumur. Onun sözlərinə görə, bu ancaq ölkənin tələbi olduqda mümkündür: "Məsələn, baş tutmamış ölkələrdə belə olur. Sərhədlər silah qaçaqmalçılığı və ya narkotik üçün istifadə olunduqda, ölkə onu qorumaq iqtidarında olmadıqda xaricdən kömək istəyir. Belə bir neçə təcrübə var, məsələn, son illərdə Afrika ölkəsi Mali bu məqsədlə Fransadan kömək istəyib".

Konfilotoloq qeyd edir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti zənginləşir və yeni yaradılmış qüvvələrlə gücləndirilir. "Amma bizim anti-terror qüvvələrinə da ehtiyacımız olacaq. Biz bu barədə İsraildən daha çox öyrənməliyik. Onlar Qarabağda baş verən terror halları ilə çox üzləşiblər və təcrübələri böyükdur. İlk növbədə onların praktikası terrorçunu yerindəcə məhv etməkdir. Bunu Azərbaycanın xüsusi qüvvələri də etmək qabiliyyətindədir. Amma bilavasitə xüsusi anti-terror birliklərinin yaradılmasına yaxın gələcəkdə ehtiyac olacaq. Çünki ermənilər bizim kimi 28 il səbrli qalmayacaq, onlar Azərbaycana qarşı terror və diversiya hərəkətləri ilə qisas almağa çalışacaqlar. Erməni terroru qisas üzərində qurulub", - deyə Elxan Mehdiyev vurğulayıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam