Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

“Qırmızıbazar yolu gec-tez açılacaq”  -Erməniləri kim idarə edir?

“Qırmızıbazar yolu gec-tez açılacaq”  - Erməniləri kim idarə edir?

Son günlər Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında Qaragöl ərazisi ilə bağlı danışıqlar gedir və müzakirə çərçivəsində bəzi ziddiyyətlər özünü göstərir. Belə ki, erməni KİV-i Ermənistanın, Azərbaycan tərəf isə Azərbaycanın maraqlarına uyğun məlumat yayır.

Yenixeber.org: Bu gün yayılan qeyri-rəsmi məlumatlarda isə Qarabağdaki bütün erməni silahlıları çıxarılması, eyni zamanda, Qırmızıbazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilməsi, Qazağın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndinin azad olunması və Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılması haqda şifahi razılaşmanın olduğu bildirilir.

Məsələni şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov ilk əvvəl qeyd edib ki, hazırda Azərbaycan azad edilən ərazilərimizdə normal sivil yaşayışın təmin edilməsi üçün addımlar atır:

“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Cənab prezident artıq təmas xəttinin, cəbhə bölgəsinin olmadığını bildirib. Doğrudur, hələ ki müəyyən problemlər var. Məsələn, bəzi ərazilərimizi minalardan təmizlədiyimiz üçün oraya gedə bilmirik, təhlükəsizliyi tam təmin etməyə çalışırıq. Amma üçtərəfli sazişə görə, müəyyən ərazilərdə-ermənilərin sıx yaşadığı yerlərdə müvəqqəti olaraq sülhməramlı qüvvələr yerləşdirilib və onların əsas məqsədi sülhün bərqərar edilməsi və iki xalqın inteqrasiyasını təmin etməkdir. Bu məsələ də müəyyən qədər vaxt tələb edir”.

Hərbi ekspert Azərbaycanla Ermənistan arasında danışıqların bir neçə istiqamətdə aparıldığını vurğulayıb:

“Ümumiyyətlə, ilk gündən danışıqlar gedir. Əsas istiqamət isə sülhməramlı qüvvələr yerləşdirilən ərazilərin artıq Azərbaycan ərazisi sayılaraq Azərbaycanın müvafiq dövlət orqanlarının orada fəaliyyətini təmin etməkdən ibarətdir.  Kommunikasiya xətləri, həmçinin Qırmızıbazar və digər ərazilərdən keçən yollar gec-tez açılacaq. 

Əgər biz bu gün Ermənistanın ərazisindən keçən Zəngəzur dəhlizi haqqında danışırıqsa, Azərbaycanın öz ərazilərində olan bütün yollar da təbii ki, istifadə edilməlidir. Sadəcə əvvəldə də dediyim kimi, atəşkəs elan olunanda müvəqqəti olaraq həmin əraziləri sülhməramlı qüvvələrin nəzarətinə keçməsi məsələsi qoyuldu, bu isə daimi deyil. Gec-tez bu düşmənçilikdən əl çəkilməlidir. 

Bir məsələ var ki, Azərbaycanda yaşayan ermənilər hələ ki həm Ermənistanın, həm lobbilərin, həm də ara qarışdırmaq istəyən bəzi qüvvələrin təsiri altındadır. Bundan əlavə, onların sülhməramlı qüvvələrlə ünsiyyətdə olması da prosesləri müəyyən qədər gecikdirir. Azərbaycan dövlət strukturları o ərazilərdə fəaliyyət göstərənədək bu, belə davam edəcək”.

Həmsöhbətimiz hazırda 1955-ci ildə tərtib edilən və  1975-ci ildə istifadəyə verilən xəritələr əsasında dəqiqləşdirmələrin getdiyini vurğulayıb:

“Azərbaycanın bütün sərhədi məhz həmin xəritə üzərində qurulacaq. Qazaxın 7 kəndinin də Azərbaycana qaytarılması məsələsi gündəmdədir və ciddi məsələdir, bir az zaman lazımdır. Zəngilan, Qubadlı, Laçın rayonlarında proses artıq başlayıb. Bu məsələlərdən ermənilər sosial şəbəkələrdə də istifadə edir. Guya orada hansısa problemlərin olduğunu dilə gətirirlər, halbuki bir problem yoxdur, ortada xəritə var və xəritəyə əsasən, sərhəd bərpa olunur. Ermənistanın sadəcə sərhəd zonasında baş verən məsələləri müzakirə etmə imkanı var. Azərbaycanın daxilində baş verən heç bir şeyə müdaxilə edə bilməz. Nə qədər biz bu mövqeyi prinsipial şəkildə nümayiş etdirsək, məqsədlərimizə nail olmağımız o qədər asanlaşacaq”.

Şair Ramaldanov Ermənistanda seçki əvvəli höküm sürən gərgin vəziyyətə də diqqətə çəkib:

“Hazırda Ermənistanda hakimiyyətsizlik hökm sürür. Belə vəziyyətdə hansısa radikal və ya revanşist qüvvələrə imkan verməməliyik. Bu səbəblə bütün yanaşmalarda təmkinlilik nümayiş etdiririk. Ermənistanda seçkilər keçirilib, hakimiyyət oturuşduqdan sonra, artıq o hakimiyyətlə Azərbaycan dövləti məsələləri daha da məqsədyönlü, konkret və sürətli müzakirə edəcək. 

Bu dəqiqə məsələlər Ermənistanda birmənalı qarşılanmır. Bu da müəyyən dərəcədə revanşist ideyalarla yaşayan qüvvələrə vəziyyətdən istifadə etmə imkanı verir. Ona görə də düşünürəm ki biz gözləməliyik. Danışıqlar onsuz da mütləq baş tutacaq. Azərbaycanin daxilində gedən proseslər-yol məsələsi və s. 

Ermənistansız, sadəcə sülhməramlı qüvvələrlə danışılacaq. Bunun isə müsbət nəticələnməsinə bağlı ümidim var. Məlumdur ki, burada böyük bir Rusiya faktoru da var. Biz bunu istisna etməli deyilik. Rusiyanın xarici işlər naziri də ölkəmizə səfər etmişdi, müəyyən müzakirələr oldu və bu, Azərbaycan dövləti tərəfindən müsbət qiymətləndirildi. Düşünürəm ki, nəticələri yaxın zamanda görəcəyik və qarşıya qoyulan bütün hədəflər Azərbaycanın maraqlarına uyğun həllini tapacaq”.

 

“Qırmızıbazar yolu gec-tez açılacaq”  - Erməniləri kim idarə edir?

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam