Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

PAŞINYAN QƏRBİ MƏYUS EDIB... -ABŞ səfiri narazılığını gizlətmir

Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasət ABŞ başda olmaqla, Qərbi qane etmir.

Yenixeber.org: Ermənistanın “Qraparak” qəzetində bununla bağlı yayılan məlumatda N.Paşinyanın idarəçiliyindən hətta “Sorosçular”ın da narazı olduğu bildirilir. Belə ki, əvvəllər Paşinyan hökumətinin istənilən qərar və addımlarını dəstəkləyən və Qərb təşkilatlarından maliyyələşən mətbu orqanların bir çoxu artıq baş nazir də daxil olmaqla, hökumət üzvlərini tənqid etməyə başlayıblar.

Qəzet yazır ki, ABŞ-ın Ermənistana yeni təyin olunan səfiri Linn Treysinin hakimiyyətyönlü siyasi qüvvələrlə yanaşı, müxalifət təmsilçiləri və bitərəf siyasi təşkilatlarla da görüşləri intensivləşib.

Xəbər verilir ki, bu görüşlərdə ABŞ səfiri Paşinyan hökumətini açıq şəkildə tənqid edir. Səfir xüsusilə söz azadlığı və insan haqları sahəsində aparılan siyasəti tənqid edərək, bu sahədə ciddi geriləmələrin olduğunu söyləyir.

Ancaq bir sıra siyasi təhlilçilər bunların bəhanə olduğunu və Qərbin Paşinyandan narazılığının kökündə daha çox onun xarici siyasətinin durduğunu iddia edirlər. Buna səbəb kimi onun Rusiyanın Ermənistana təsirlərinin azaldılması və İranla əlaqələr kimi məsələlərdə Qərbin nəzərdə titduğu xəttə tam uyğun siyasət yürüdə bilməməsi göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam