Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan Vyetnama niyə tələsik səfər edib? –Erməni mediasından maraqlı iddia

Ermənistanın baş naziri Nikol Paşinyanın Vyetnama səfəri tələsik və hazırlıqsız olub.

Yenixeber.org: Bunu Ermənistanda çıxan “Past” qəzeti yazıb.

Bildirilib ki, cari il mayın 24-də Ermənistanın Vyetnamdakı səfiri Raisa Vardanyan geri çağırılaraq yerinə Vaqram Kajoyan təyin edilib.

Ancaq yeni səfir etimadnaməsini Vyetnam hakimiyyətinə təqdim etməyib. Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb. Qəzet hökumət başçısının səfərini tələsik və hazırlıqsız adlandıraraq yazıb: “Baş nazir faktiki olaraq Ermənistan səfiri etimadnaməsini təqdim etmədiyi ölkəyə gedir. Diplomatik qaydalara əsasən, bu anlaşılmazdır. Ona görə də səfirin etimadnaməsini təqdim etməsi üçün on gün gözləmək olardı. Bundan sonra səfər reallaşardı”.

Qeyd edək ki, iyulun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Vyetnama səfər edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam