Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Serj Sərkisyan ABŞ səfiri ilə görüşdü-siyasi səhnəyə qayıtdı

Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sərkisyan yenidən siyasi səhnəyə qayıdıb.

Yenixeber.org: Erməni KİV-ləri xəbər verir ki, Sərkisyan bu gün ABŞ-ın Yerevandakı səfiri Linn Treysi ilə görüşüb.

Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sərkisyanın başçılıq etdiyi Respublika partiyasının nümayəndələri də iştirak edib. Səfir Linn Treysinin xahişi ilə Sərkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb.

Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır. Və Respublika partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam