Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Paşinyan, ABŞ səfiri və Azərbaycan təmsilçisi oteldə görüşüb –Sensasion iddia

Paşinyan, ABŞ səfiri və Azərbaycan təmsilçisi oteldə görüşüb – Sensasion iddia

Ermənistanın "Qraparak" qəzetində qalmaqallı iddia gündəmə gətirilib. 

Yenixeber.org: Həmin iddiaya görə, ABŞ səfiri Linn Treysi və baş nazir Nikol Paşinyan Sünikdə "təsadüfən" eyni oteldə gecələyiblər. Həmçinin iddia edilib ki, nə qədər qəribə də olsa, guya həmin oteldə Azərbaycanın adı açıqlanmayan təmsilçisi də var imiş. 

Qəzet iddia edir ki, bu "təsadüfi görüş"də üçtərəfli müzakirənin əsas mövzusu məhz Zəngəzur dəhlizi olub. Guya bu "təsadüfi görüş"dən sonra Azərbaycan Silahlı Qüvvələri "Qaragöl" gölü ətrafında mövqe tutublar. Və Azərbaycan tərəfi bu bölgədən Naxçıvana dəhlizi reallaşdırmaq niyyətindədir.

Təbii ki, bütün bunlar Ermənistan mətbuatında yer alan iddialardır. Mövzunu şərh edən musavat.com yazır ki, iddianın uydurma olduğu və məqsədyönlü şəkildə gündəmə gətirildiyi açıq-aşkar nəzərə çarpır. Və müəlliflərin konkret hədəflərinin olduğu da qətiyyən diqqətdən yayınmır.

Belə ki, ABŞ, Azərbaycan təmsilçisi və N.Paşinyan eyni anlaşma içərisində göstərilir. Ancaq qəribə də olsa, onların müzakirə etdikləri mövzunu tam dəqiqliyi ilə bilsələr də, guya Azərbaycan təmsilçisinin kimliyi barədə məlumat ala bilməyiblər. Bu isə o deməkdir ki, ən azından məlumatın məhz bu hissəsi uydurmadır.

Böyük ehtimalla ABŞ və Azərbaycanın eyni mövqedən çıxış etdiyi, N.Paşinyanın isə bu iki ölkəyə satılması barədə rəy yaratmağa çalışırlar. Və bununla da Ermənistan seçicilərini ABŞ-ın dəstəklədiyi N.Paşinyan hakimiyyətinə səs veriləcəyi təqdirdə, rəsmi İrəvanın Azərbaycana sərfəli "məxfi anlaşma"nı seçkilərdən sonra icra edəcəyinə inandırmaq istəyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam