Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanın Zəngəzur mesajı: Əslində nə demək istəyir? - ŞƏRH

Paşinyanın Zəngəzur mesajı: Əslində nə demək istəyir? – ŞƏRH

 

              “Paşinyanın mövqeyində mən nikbinlik görməyə tələsməzdim”.

Yenixeber.org: Bunu Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Ekspert bilirib ki, Paşinyan Eyvazlı və Çayzəminin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin ayağına yazıb:

“Nikol Paşinyan əslində çıxışı ilə həm ölkədaxili siyasi rəqiblərinin, həm də Azərbaycanın üzərinə gedib. Diqqət yetirin ki, Paşinyan kəndlərin adını olduğu kimi qeyd etdikdən sonra bu yerlərin Azərbaycana aid olmasına şərait yaradan ərazi-administrativ bölgüsü haqda qanunu xatırladıb. Həmin qanun isə 2010-cu ildə Serj Sarqsyanın dövründə qəbul edilib. Başqa sözlə, Paşinyan kəndlərin de-yure Azərbaycan olması faktını Ermənistanın sabiq rəhbərliyinin “səriştəsizliyi” ilə əlaqələndirib.

Baş nazirin çıxışını kontekstdən çıxarmasaq, görərik ki, onun Azərbayana da üstüörtülü ismarıcı var. Paşinyanın fikrincə, Azərbaycanın Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindəki fəaliyyəti Ermənistanın öz ərazisindən heç bir dövlətə dəhliz verməyəcəyi ilə bağlıdır ki, Azərbaycan sərt mövqeni İrəvanın prinsipiallığının qarşılığında nümayiş etdirir. Azərbaycan gömrükçülərinin, polisinin Gorus-Qafan yolundakı fəaliyyətini misal gətirən Paşinyan onu da əlavə edib ki, istənilən dövlətin suveren ərazisindən başqa dövlətə gedən nəqliyyat vasitələri bu instansiyalarla üzləşəcək. Bununla da, o, təkrarən Naxçıvanı birləşdirəcək yola münasibətdə öz baxışlarını sərgiləmiş olub”.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin son iclasında deyib ki, “Ona görə Eyvazlı və Çayzəmi deyirəm ki, bunlar Ermənistan ərazisi deyil”. Paşinyan daha sonra Gorus-Qafan avtomobil yolundakı son vəziyyətlə bağlı danışarkən “9 noyabr və 11 yanvar tarixli razılaşmalarda Ermənistan üzərindən dəhlizin təmin edilməsi haqqında bənd yoxdur” fikirlərini səsləndirib.(milli.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam