Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Yaxın Şərqi tərk edir: -Rusiya və Çin HƏRƏKƏTƏ KEÇİR

ABŞ Yaxın Şərqi tərk edir: Rusiya və Çin HƏRƏKƏTƏ KEÇİR

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Naumov ABŞ Prezidenti Co Baydenin Amerikanın müharibələrdə iştirakını azaltmağa və Yaxın Şərqi tərk etməyə çalışdığını söyləyib.

Yenixeber.org: Politoloqun fikrincə, Səudiyyə Ərəbistanı, İran və Rusiyanın fəallığı Ağ Ev rəhbərinin bu strategiyanı həyata keçirməsinə mane olur, çünki Amerikanın mövqelərini zəiflədəcəyi təqdirdə bu ölkələr Yaxın Şərqdəki təsirini artıracaq.

Rusiya Xarici İşlər Nazirliyinin Qabaqcıl Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə Baydenin ABŞ üçün bölgədə meydana gələn təhlükənin qarşısını almağa çalışdığını qeyd edib. Mütəxəssis Amerika ordusunun Yaxın Şərqdən çəkilməsi ilə bu bölgə üçün Rusiya və Çinin hərəkətə keçəcəyini və sözügedən ölkələrin buradan geosiyasi, iqtisadi, hərbi-texniki və digər imkanlarını reallaşdırmaq məqsədilə istifadə edəcəklərini açıqlayıb.

Xatırladaq ki, Co Bayden daha əvvəl ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasının digər bölgələri “yenidən qurmaq” cəhdləri dövrünə son qoyacağını bildirmişdi. O, həmçinin ABŞ-ın Əfqanıstanda müharibəni davam etdirməkdən imtina etdiyini, hərbi əməliyyatların artıq ABŞ-ın əsas maraqlarına uyğun olmadığını vurğulamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam