Avropada Azərbaycan qazına maraq artacaq -ŞƏRH
ABŞ ilə Rusiya arasında gərginlik səngimək üzrədir. Artıq ABŞ prezidenti Co Bayden geri çəkildiyini göstərən jestlər edir. Belə ki, Baydenin təlimatıyla Dövlət Departamenti “Şimal Axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib.
Yenixeber.org: Maraqlıdır, ABŞ prezidentinin Rusiyaya bu mövzuda “yaşıl işıq” yandırmasının Azərbaycana təsiri olacaqmı?
Məsələni “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Rusiya lideri istədiyinə nail olub:
“Ağ Ev”in keçmiş sahibi Donald Tramp Rusiyanın “Şimal Axını -2” layihəsinə və bu layihədə iştirak edən şirkətlərə qarşı müxtəlif sanksiyalar tətbiq edirdi. Bu sanksiyalar Almaniyaya qaz nəql etmək istəyən Rusiyanın işini çətinləşdirmişdi. Çünki, Amerika sanksiyalarından çəkinən bir qrup şirkət layihəni tərk etmişdi. Digər tərəfdən Amerikanın Avropadakı əsas müttəfiqlərindən biri Almaniya üzərində Vaşinqtonun artan təzyiqini hiss edirdi. Trampdan fərqli olaraq Bayden Almaniyaya rahat nəfəs almağa imkan vermək üzrədir.
Artıq Baydenin təlimatıyla Dövlət Departamenti “Şimal Axını – 2” layihəsinə qarşı sanksiyaları dayandırmağa qərar verib. Bu qərarın izahı belədir ki, boru xəttinin təxminən 95 faizi tikilib, ona görə də prosesə mane olmaq mümkün deyil. Bu izah xaricdə Ukrayna və Polşanı, daxildə isə respublikaçıları qane etməyib. Ukrayna prezidenti Vladimir Zelenski son çıxışında Ağ Ev administrasiyasının qərarından məyus olduğunu gizlətməyib. Zelenski ona işarə edib ki, Rusiya ilə mübarizədə Amerikaya çox da arxayın olmaq mümkün deyil. Kiyev hesab edir ki, “Şimal Axını – 2” layihəsi işə düşdükdən sonra Moskvanın Ukraynaya qarşı hərbi təzyiqi artacaq. Digər tərəfdən Rusiya “Şimal Axını – 2” boru xətti ilə Avropaya qaz nəqlinə başladıqdan sonra Ukraynadan keçən boru xəttinə ehtiyacı olmayacaq. Demək, Moskva bu yolla Ukraynaya iqtisadi təzyiqini də artıracaq”.
Politoloqun fikrincə, Varşava da Baydenin qərarından narazıdır. Çünki, Varşava Kiyev kimi düşünür ki, Rusiya “Şimal Axını – 2” layihəsi vasitəsilə həm Avropanın enerji bazarında möhkəmlənəcək, həm də qitəyə təzyiq imkanı qazanacaq:
“Buna baxmayaraq, Ukrayna və Polşa ABŞ-dan asılıdırlar və Vaşinqtonda hesab edirlər ki, Varşava ilə Kiyevi yola gətirməyi bacaracaqlar. Ağ Ev üçün əsas problem daxildədir, Respublikaçılar Partiyasının üzvləri Baydenin qərarını tənqid edir və bununla Ağ Ev sahibinə qarşı ilk dəfə böyük cəbhə açmaq imkanı qazanıblar. Məsələ burasındadır ki, respublikaçı prezident Donald Tramp Rusiya ilə münasibətləri nizamlamağa qərar verəndə demokratlar, o cümlədən Co Bayden onu sərt tənqid edirdilər. Ancaq Bayden prezident olduqdan sonra faktiki Moskvanın istəyini yerinə yetirdi – boru xəttinə qarşı sanksiya qərarını ləğv etdi. Təsadüfi deyil ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Dövlət Departamentinin qərarını “müsbət siqnal” kimi dəyərləndirib. Elə bil müsahibəsində Rusiya prezidentini qatil adlandıran Bayden deyildi”.
Elxan Şahinoğlu hesab edir ki, Baydenin boru xəttinə qarşı sanksiyadan imtina etməsinin başqa səbəbi var. ABŞ prezidenti Avropa turnesinə hazırlaşır. Ağ Ev sahibi boru xəttinə qarşı sanksiya qərarından imtina etməklə Almaniyaya səfərinin uğurlu nəticələnəcəyinə ümid edir. Tramp Avropaya yuxarıdan aşağı baxırdı, Bayden isə göstərmək istəyir ki, Avropa ilə ittifaqa sadiqdir:
“Buna baxmayaraq, Bayden respublikaçılarla mübarizəyə hazır olmalıdır. Baydeni satqınlıqdan tutmuş, Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərinin maraqlarını qurban verməsinə qədər ittiham edə bilərlər. Elə Donald Trampın özü də Baydeni sancmağı unutmayacaq.
Beləliklə, Putin nisbi qələbəsini qeyd edə bilər. Doğrudur, Vaşinqtonun Rusiyaya qarşı digər ünvanlı sanksiyaları qüvvədə qalır, hələ yeniləri də əlavə oluna bilər. Ancaq Putin üçün əsas məsələ “Şimal Axını – 2” layihəsini bitirmək idi ki, bu boru xətti ilin sonuna qədər işə düşəcək.
Baydenin qərarı və “Şimal Axını – 2” layihəsinin işə düşməsinin Azərbaycana hər hansı təsiri ola bilərmi? Məsələ burasındadır ki, Azərbaycan da bu ildən başlayaraq qazını Avropaya nəql edir. TAP boru xətti “Şimal Axını – 2” boru xəttinə rəqib deyil, qaz fərqli bazarlara nəql olunur. Bəlkə də “Şimal Axını – 2” boru xəttinin işə düşməsi Avropa ölkələrinin və Amerikanın TAP-a marağını artıra bilər. Çünki, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ köhnə qitənin tamamən Rusiya qazından asılı olmasını istəmirlər. Bu isə Azərbaycan qazına marağı artıracaq”.