Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ Əfqanıstanı tərk edir, Tayvandda isə möhkəmlənir -ŞƏRH

ABŞ Əfqanıstanı tərk edir, Tayvandda isə möhkəmlənir -  ŞƏRH
Co Bayden ABŞ prezidenti kimi vəzifəsinə başlamasından 100 gün keçdikdən sonra önəmli açıqlama verib: “Bu ilin 11 sentyabr tarixinə qədər Amerika qoşunları Əfqanıstanı tərk edəcək”.
Yenixeber.org: Hazırda ABŞ-ın Əfqanıstanda 2500-ə yaxın hərbçisi var ki, bu da Barak Obamanın prezidentliyi dövründəki 100 min hərbçidən xeyli azdır.

Ağ Evin mətbuat katibi Psaki jurnalistlərə verdiyi açıqlamada Əfqanıstandakı problemlərin hərbi həll yolunun olmadığını, əksinə, məsələlərin diplomatik həll tələb etdiyini söylədi: “Əsgərlərimizi geri çəkdiyimizə baxmayaraq, Əfqanıstanda diplomatik və humanitar işlərə dəstək verməyə davam edəcəyik. Digər ölkələrdən istər Pakistan, istər Rusiya, istər Çin, istər Hindistan, istərsə də bölgədəki payı olan başqa dövlətlər olsun, sabitlik məqsədilə fəaliyyətlərini davam etmələrini xahiş edəcəyik. Əhəmiyyətli humanitar qaynaqlar təmin etməyə davam edəcəyik”.

Co Bayden 20 il əvvəl ölkəsinin Əfqanıstandakı müharibəyə qoşulmasını belə izah edib: “Bizə hücum edildi. Müharibəyə açıq hədəflərlə getdik. Bu hədəflərə çatdıq. Üsamə Bin Laden öldü və Əl-Qaidə İraqda, Əfqanıstanda deqradasiya edildi. Və əbədi müharibəyə son qoymağın vaxtı gəldi”.

Bayden Əfqanıstanı tərk etmək üçün maraqlı vaxt seçib. Terrorçuların Amerikaya hücum etməsinin 20 illiyi tarixində Əfqanıstanı tərk edəcəklər.

Siyasi ekspertlər Baydenin Əfqanıstandan danışarkən bir sıra dövlətlə yanaşı Hindistanın adını çəkdiyinə işarə ediblər. Məsələ burasındadır ki, Hindistanın da Əfqanıstanda maraqları var, bu ölkənin terrorçuluqdan qurtulmasını və sabitliyin bətpasını arzulayır. Keçmişdə bir-birini əvəz edən Ağ Ev administrasiyaları Hindistanın Əfqanıstandakı sülh və inkişafdakı rolunu yüksək qiymətləndirmişdilər. Amerika Konqresinin Komitəsinin Əfqanıstanla bağlı son hesabatında bu cümlələr yer alıb: “Hindistan Əfqanıstanın yenidən qurulmasına dəstək verir, ancaq Dehli Kabil ilə daha dərin bir müdafiə əlaqəsi qurmağa meyl göstərmir”.

ABŞ və Taliban təmsilçiləri Əfqanıstanda davamlı sülhün bərqərar olması və ABŞ əsgərlərinin Amerikanın ən uzun müharibəsindən yurdlarına dönmələri üçün 29 fevral 2020 tarixində Dohada müqavilə imzalamışdılar. Bu müqaviləyə əsasən, ABŞ 14 ay ərzində bütün əsgərlərini Əfqanıstandan çıxarmalaı idi. Ancaq sonra bunu reallaşdırmaq mümkün olmadı.

Amerika Əfqanıstanda döyüşlər və yenidənqurma işləri üçün bu günə qədər 1 trilyon dollardan çox pul xərcləyib. Amerika 20 ildə Əfqanıstanda təxminən 2.400 hərbçisini itirib.

Bu arada, Co Bayden başqa bir istiqamətdə də fəallığını artırıb. Ağ Ev sahibi Tayvan adasına xüsusi heyət göndərib. Bu Vaşinqtonun Pekinə mesajıdır ki, ABŞ Tayvana siyasi və hərbi dəstəyini davam etdirəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü brifinqində çıxış edərək, ABŞ hökumətinin Tayvanla əlaqəsini tənqid etdiklərini, bunun “vahid Çin” prinsipinə, o cümlədən Çin-ABŞ msünasibətlərinə mənfi təsir etdiyini vurğulayıb. Bunun qarşılığında ABŞ dövlət katibi Entoni Blinken Çinin bölgədə aqressiv siyasətini gücləndirməsindən narahat olduqlarını bildirib. Son bir neçə ayda, Çinin döyüş təyyarələri Tayvanın hava sahəsinə mütəmadi daxil olublar.

ABŞ Ticarət Nazirliyi eyni zamanda Çin şirkətlərindən birinin informasiya və kommunikasiya texnologiyaları təchizatı zəncirini pozub-pozmadığını müəyyənləşdirmək üçün istintaqa çağırıb. Ticarət Nazirliyi son illər Çinin ABŞ texnologiyalarından istifadə etməsinin qarşısını almaq üçün səlahiyyətlərindən istifadə edir.

“Atlas” Araşdırmalar Mərkəzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam