Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezidentin Avropa Birliyinə qarşı demarşı

 

Bakı-Qərb münasibətləri qırılma həddində; Azərbaycan prezidenti son anda Avropa Birliyinin tərəfdaşlıq sammitinə qatılmaqdan vaz keçdi; Avropa Oyunları məsələdə nə dərəcədə aparıcı rol oynayıb; ölkə başçısının qərarının pərdəraxası bu yazıda... 

"Xeberinfo.com":  Bu gün Latviyanın paytaxtı Riqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində növbəti sammit öz işinə başlayacaq. Sammitə Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və digər Avropa liderləri də qatılacaq. 

 
Az öncə xəbər verildiyi kimi, ali toplantıda Azərbaycan da daxil, 6 tərəfdaş ölkə, o cümlədən Ermənistanın ən yüksək səviyyədə təmsilçiliyi gözlənilirdi. Bəzi informasiyalara görə, Riqada hətta Azərbaycan və Ermənistan dövlət başçılarının təması istisna olunmurdu. Bugünkü zirvə toplantısı ilə bağlı ən mühüm məqam isə “tərəfdaş dövlətlər”in Rusiyanın məlum sərt hədələrinə rəğmən, Riqa sammitində yüksək səviyyədə iştirakda maraqlı olması sayılırdı. 
 
Lakin dünən bəlli oldu ki, Azərbaycan prezidenti İlham Əliyev son anda Riqaya getməkdən imtina edib. Bu barədə prezidentin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov bildirib. Bəzi müşahidəçilər imtinanı ilkin olaraq, Bakıdakı 19 may faciəvi olayı və Avropa Oyunlarına hazırlıq işləri ilə bağlasalar da, az sonra dəqiq səbəb aydın olub. 
Belə ki, APA-nın diplomatik qaynaqlardan əldə etdiyi məlumata görə, prezidentin Riqa sammitində iştirak etməməsi “son zamanlar Qərbdə Azərbaycana qarşı aparılan qərəzli kampaniyaya, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır”. Mənbə bu xüsusda bildirir: “Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ”qara piar" kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur". 
Agentliyin əldə etdiyi digər bilgiyə görə, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa Birliyinin ölkəmizdəki ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin (Avropa Birliyinin əsas qurumu - red.) Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə öz etirazını çatdırıb və mayın 12-də Avroparlamentdə Azərbaycana dair keçirilməsi planlaşdırılan dinləmələrin dayandırılmasını ondan tələb edib. Qurumun nümayəndəsinə bildirilib ki, tədbir dayandırılmayacağı təqdirdə Azərbaycan prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək.
Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə Bakının strateji tərəfdaşlığı artıq mümkünsüz hala gəlir. “Azərbaycan hakimiyyəti 2012-ci ildə ”Eurovision" mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident  İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib" - mənbə əlavə edib.
 
***
Beləliklə, hakimiyyətə yaxın qaynaqların məlumatlarını əsas götürsək, Azərbaycan prezidentinin Riqa sammitinə qatılmamasının qayəsində Avropa Oyunları ərəfəsi Azərbaycan hakimiyyətinə qarşı Qərbdə sərt ritorikanın nəinki yumşalmaması, əksinə, daha da güclənməsi durur.         
Maraqlıdır ki, sammitdən bir gün qabaq - mayın  20-də Riqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin Media Konfransı işə başlayıb. Konfransda əsas müzakirə mövzusu Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynada medianın durumu olsa da, hədəf kimi daha çox rəsmi Bakı götürülüb. 
Bunu çıxışlardan da görmək mümkündür. İstisna deyil ki, Azərbaycan rəhbərliyinin imtina qərarı verməsinə bu amilin də təsiri olsun. Hərçənd, Ermənistan və Belarus hökumətləri də media azadlıqlarının durumuna görə yetərincə tənqidə məruz qalıb. Bundan əlavə, media konfransına təmsilçi ölkələrdən 350-yə yaxın siyasətçi, media eksperti, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, jurnalistlər qatılıb ki, onların da bir çoxunun Azərbaycan iqtidarı ilə gərgin münasibətləri var. 
Məsələn, xüsusi qonaqlar sırasında Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han, Latviyanın sabiq prezidenti və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa, Latviyanın mədəniyyət naziri Datse Melbarde, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muizniekslə yanaşı, hakimiyyətə qarşı olduqca sərt mövqeyi ilə seçilən ATƏT-in söz və mətbuat azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç də var. 
Azərbaycan nümayəndə heyətinin tərkibi də genişdir. Bura AzadlıqRadiosunun Azərbaycan xidmətinin Bakı Bürosunun rəhbəri Zeynal Məmmədli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “İnternews-Azerbaijan”ın rəhbəri İlham Səfər, Jurnalistlərin Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərli, hüquq müdafiəçisi Əhməd Şahidov, Media Hüququ İnstitutunun keçmiş rəhbəri Rəşid Hacılı, İREX -in Azərbaycan bölməsinin rəhbəri Ələsgər Məmmədli, Yadigar Məmmədli daxildir.
*** 
Əlbəttə ki, Azərbaycanın Riqa Tərəfdaşlıq Sammitində ən yüksək səviyyədə iştirakı bir çox amillərə görə milli maraqlarımız üçün faydalı olardı. Bu, həm də zamanın imperativi idi. Toplantıda işğalçı Ermənistanın başçısı Serj Sərkisyanın iştirakı isə İlham Əliyevin qatılmaq qərarının lehinə işləyən digər motiv idi. Hər halda, Azərbaycan əleyhinə, Qarabağ əleyhinə ortaya çıxacaq hansısa iddialara, ittihamlara yerindəcə - Riqada cavab vermək daha məqbul görünür. Yəni tribuna məsələsi. 
 
Nəhayət, Riqa sammitində iştirak Azərbaycan iqtidarının həqiqətən də müstəqil xarici siyasət kursu apardığının təzahürü olardı. Yoxsa belə bir sual bir müddət açıq qalacaq ki, necə oldu Rusiyanın hədəsi İrəvanın da deyil, 6 paytaxtdan yalnız Bakının mövqeyinə təsir elədi, motiv doğrudanmı təkcə Avropa Oyunlarıdır?  
Lakin obyektivlik naminə deməliyik ki, bizim bir qəzet olaraq gördüyümüz nüanslar, ölkəmizin çıxarlarını, hətta bu hakimiyyətin, onun rəhbərinin çıxarlarını iqtidar ideoloqları, xüsusilə prezident də görməyə bilməz. O zaman buradan belə bir nəticə hasil olur ki, prezident Əliyev daha fərqli və bizim bilmədiyimiz məlumatlardan çıxış edərək, Avropa Birliyinə qarşı belə bir demarşa imza atır. 
Baş verənlər xüsusi və fövqəladə xarakterli hadisələrdəndir; burada yalnız tənqid-təftiş, hətta təhlil də ciddi rol oynamır. Burada bir ölkənin prezidentinin olduqca kritik bir məqamda Avropa Birliyi kimi qüdrətli bir quruma qarşı çıxmasının hansı məlumat və faktorlardan qaynaqlanmasını bilmək, dünyada gedən qlobal proseslərin Azərbaycana təsirlərini öyrənmək lazımdır.
Əliyevlərin iqtidarda olduğu 22 illik dönəmdə onun opponentləri dəfələrlə Heydər və İlham Əliyevlərin qərarlarını tənqid etmiş, qınamışlar. Lakin sonradan məlum olub ki, kəskin tənqid olunan bu qərarlar mövcud hakimiyyəti ya ciddi təhlükələrdən qoruyub, ya da onun mövqelərini daha da möhkəmlədib. Təəssüf ki, eyni şeyi onların dəyişməz opponentləri, siyasi rəqibləri haqda demək mümkün deyil. Müxalifət düşərgəsi son 10 ili olduqca zəif göstəricilərlə başa vurub.  
 
Prezidentin son qərarının və Avropa demarşının nəticələrini obyektiv qiymətləndirmək üçün də, görünür, zamanın keçməsi lazım gələcək.   
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam