Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan anti-Rusiya sammitində yer almayacaq”

 

Riqa sammiti ilə bağlı ilginc iddialar, sensasion şərhlər; Ərəstun Oruclu: “Rusiya Avropa Birliyi ilə assosiativ tərəfdaşlıq sazişi imzalayan Gürcüstan və Moldovaya neylədi ki, Azərbaycana da nəsə etsin?” 

"Xeberinfo.com":   Mayın 21-22-də Riqada Avropa İttifaqının (Aİ)"Şərq Tərəfdaşlığı" (ŞT) Proqramının üzvü olan ölkələrin sammitini keçiriləcək. Qurumun 28 ölkəsinin və “Şərq Tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxsləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi, o cümlədən Avropa Parlamentinin sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunkerin iştirakı ilə keçiriləcək sammit ŞT siyasətinin həyata keçirilməsinin aktual məsələləri və çağırışları müzakirə olunacaq.

 
Rəsmi məlumata görə, Riqa sammiti Aİ ilə üç tərəfdaş dövlət - Gürcüstan, Moldova və Ukrayna arasında ötən il imzalanmış assosiasiya haqqında sazişin icrasının ilkin yekunlarını qiymətləndirəcək. Sammitdə digər üç tərəfdaş dövlət - Azərbaycan, Belarus və Ermənistanla əməkdaşlığa dair ŞT siyasətinin acdığı imkanların inkişafına da qiymət veriləcək.
Xatırladaq ki, ev sahibi olan Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa 3-cü Qlobal Bakı Forumunda Bakıya çağırış etmişdi. Onun sözlərinə görə, assosiativ sazişi imzalamayan ölkələr arasında Azərbaycan prioritetdir. “Mən istərdim ki, Riqa sammitindən sonra Azərbaycan və Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişi imzalansın. 
Amma Avropa Birliyi ilə Rusiya arasında da belə bir saziş var. Bəlkə də ayrı bir ad qoyulsun, amma Azərbaycanla saziş imzalansın. Çünki Azərbaycan Avropa üçün önəmli ölkədir, alternativ enerji mənbəyidir, çox önəmli rol oynayır.  Mənə elə gəlir ki, Riqa sammiti üçün bu, əsas tapşırıqdır”- deyə, o bildirmişdi. Eks-prezident Ermənistanın da assosiativ sazişi imzalamağa hazır olduğunu vurğulamışdı. Məlumata görə, Sərkisyan Riqaya gedəcəyini bildirib. Lakin Rusiyanın qəzəbli davranışları fonunda Bakının ehtiyatları əldən verəcəyi şübhəli görünür. Azərbaycanın bu həssas dönəmdə hansı mövqedən çıxış edəcəyinə gəldikdə, bununla bağlı araşdırmalar apardıq, ekspertləri dinlədik. 
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc dedi ki, Riqa sammiti iki il öncə keçirilmiş Vilnüs zirvə görüşünün kölgəsi altında keçirilir: “Ötən dəfəki tədbir postsovet məkanına müharibə gətirdi. Hazırkı dövr regional və beynəlxalq siyasətə dair Avropa Birliyinin nə istədiyini dəqiq ifadə edir. 
Lakin orası var ki, bu məkanda olan dövlətlər birliklə eyni platformada durmaq istəyirlərmi? Düşünürəm ki, xeyr. Qarşıdakı günlərdə biz görəcəyi ki, o tədbirin nə qədər təntənəli xarakterdə keçməsini istəyəcəklərsə və orada Rusiya əleyhinə müəyyən bir siyasi qüvvələrdən istifadə olunması istəniləcəksə, hətta Ukrayna ilə bağlı həmrəylik demarşları ediləcəksə də, bu, ən azı Şərq Tərəfdaşlığında olan ölkələrin mövqelərini köklü bir şəkildə dəyişməyəcək. 
Əksinə, Avropadan qaçma prosesi bir az da sürətlənəcək. Çünki Rusiyanın qeyd etdiyimiz məkanda hərbi çəkisi artıb və bunu nəzərə almamaq da mümkün deyil”. Z.Oruc Bakının da bunu nəzərə aldığını düşünür: “Ona görə də Ermənistanın bu tədbirə qatılması özü sübut edir ki, birlik hətta Avrasiya İqtisadi məkanına daxil olmuş ölkələrə belə əl uzatmaq fikrindədir ki, onu Rusiyanın əleyhinə qoysun. 
Bununla bərabər Emənistanın itirə biləcəyi bir şey də yoxdur. Amma Azərbaycan biləndə ki, burada dövlətləri xarici siyasət kursundan asılı olmayaraq bərabərləşdirmək var, ona görə də Vayra Vike-Frayberqanın dediyi kimi, burada xüsusi statuslu sənədlər imzalamaq, assosiativ birlik üçün addımlar atmaq, özünü Qərbin tərəfdaşına çevirmək mümkün olmayacaq. Mən Riqa sammitindən əlahiddə nəticələri gözləmirəm. Lakin çox mümkündür ki, Rusiya ilə konfrantasiya bir az da güclənsin”.   
Deputat sammitə Azərbaycanın dövlət başçısının gedib-getməyəcəyi barədə konkret söz demədi: “Bu barədə dəqiq fikir söyləmək çətindir. Amma Azərbaycan prezidenti iştirak etdiyi tədbirlərdə daim Azərbaycanın milli maraqlarından çıxış edib. Necə ki, ötən sammitdən yeganə uduşla çıxan Azərbaycan oldu.  Ümumiyyətlə, mən hesab edirəm ki, Azərbaycan anti-Rusiya samitində yer almayacaq, Azərbaycanı Qərbin forpostuna çevirmək mümkün olmayacaq”. 
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu sammitlə bağlı nikbin olmadığını vurğuladı. Onu da qeyd etdi ki, əvvəlcə sammitdə iştirak dəvəti alıbmış. Hətta məruzəçilərdən biri kimi dəvət olunubmuş: “Amma sonra niyəsə fikirlərindən daşındılar. Görünür, hakimiyyəti çox qıcıqlandırmaq istəməyiblər. Bunların hamısı anlaşılandır, elə vacib də deyil. Əsas məsələ odur ki, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın genişlənməsi prosesi baş tutsun. Bunun necə həyata keçiriləcəyi də vacib deyil. Amma mən düşünmürəm ki, Riqa sammitində hansısa çox mühüm bir sənəd imzalanacaq. Bu gün həmin sənədin imzalanması üçün siyasi ab-hava da görünmür. Azərbaycan hakimiyyəti Rusiya ilə hesablaşmağa meyllidir. Moskvadan verilən bəyanatda isə açıq-aşkar deyildi ki, Riqa sammiti Rusiyaya qarşıdır. Odur ki, nə Azərbaycanın, nə də Ermənistanın hansısa bir mühüm anlaşma imzalayacağını gözləmirəm. Son dövrlər rəsmi Bakının yürütdüyü xarici siyasət kursu da bunu deməyə əsas verir”.
Ə.Oruclu Bakının ehtiyatlı siyasətinin reallıqlar baxımından düzgün seçim olması barədə deyilənləri bölüşmür: “Bu cür təbliğat artıq köhnəlib, əhəmiyyətini itirib. Biz öz gələcək inteqrasiyamızdan, yerimizin müəyyənləşməsindən qaçırıq. Ola bilər ki, bu, kimlərinsə şəxsi, yaxud hakimiyyət maraqlarına cavab vermir. Hər dəfə ortaya Rusiya amili atılır ki, Rusiyanı qıcıqlandırmamaq üçün belə edilir. Bəs onda yaxşı, biz müstəqil xarici siyasət yürüdürük və heç kəs bizə diktə edə bilməz tezisini necə qəbul edək? Onda hansı yalandır, ikinci, yoxsa birinci? Yəni doğrudanmı biz Rusiya ilə hesablaşırıq və hesablaşmalıyıq? Yaxud doğrudanmı biz müstəqil siyasət yürüdürük?” Politoloq “biz Rusiyaya qarşı çıxsaq, çox pis olar” kimi arqumentlərə cavab olaraq bunları bildirdi: “Mən də belə bir sual verərdim ki, Rusiya Avropa Birliyi ilə assosiativ tərəfdaşlıq sazişi imzalayan Gürcüstan və Moldovaya neylədi ki, Azərbaycana da nəsə etsin? Biz demirik ki, Azərbaycan gücsüz ölkədir. Şübhə etmirəm ki, Azərbaycan hər mənada Gürcüstan və Moldovadan güclü ölkədir. Onda nədir bizi narahat edən? Niyə Moldova və Gürcüstana heç nə etməyən, yaxud edə bilməyən Rusiya bizə nəsə etməlidir? Odur ki, bu tezis köhnəlib. Sadəcə olaraq, iqtidarın Avropa ilə, elə Rusiyanın özü ilə də çox yaxın tərəfdaşlıq etmək iradəsi yoxdur. İqtidar hesab edir ki, belə olanda ölkəyə nəzarəti özlərində daha çox saxlaya və istədiyi kimi davrana bilər. Bu səbəbdən də inteqrasiya proseslərinin hamısından maksimal dərəcədə yayınmağa çalışır. Bu, sırf hakimiyyət və şəxsi maraqlardan irəli gəlir”. 
YAP-in icra katibinin müavini Siyavuş Novruzov rəsmi Bakının sammitdə hansı statusda iştirak edəcəyi, yaxud hansısa sazişin imzalanıb-imzalanmayacağından məlumatsız olduğunu bildirdi: “Məlumatım olmadığı məsələdən danışa bilmərəm”.  
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam