Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı Bəyannaməsinin möhürü:Yeni siyasi ittifaqa doğru

 

Natiq Miri: “Bu proses siyasi, iqtisadi, hərbi və digər sahələrdə birliklərin yaranmasına gətirib çıxaracaq”

Ceyhun Əhmədli: “Bəyannamə daha əhatəli strateji müttəfiqlik sənədinin qəbul olunması üçün mühüm bazis rolunda çıxış edəcək”

Yenixeber.org: İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsinin mətni açıqlanıb. Sözügedən Bəyannamədə ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

 

Bəyannamənin ilk bəndində Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq, tarixi və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığının qəbulu vurğulanır. Bildirilir ki, dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsi vacibdir.

 

Sənəddə daha sonra Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülhü, sabitliyi və inkişafı inşa etmək və inkişaf etdirməkdə oynadıqları önəmli rolları və faydaları vurğulanır, öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün, Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli işbirliyinin strateji önəmini qeyd edilir.

Bəyanatda vurğulanır ki, spikerlər mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər: “Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlament əlaqələrinin rolunu vurğuladılar”.

Sənədin digər bəndlərində parlament sədrlərinin müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdikləri qeyd olunub.

 

“Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycan ilə tam həmrəylik içində olduqlarını vurğuladılar”, - deyə Bəyannamənin bəndlərindən birində bildirilir.

 

Yerli analitiklər hesab edirlər ki, üç dost ölkənin spikerinin belə bir sənədi imzalaması önəmli siyasi mesajlarla zəngindir. Milli Strateji Tətqiqatlar Mərkəzinin (MSTM) sədri, politoloq Natiq Miri deyib ki, spikerlərin Bakı Bəyannaməsi və Pakistanın bu birliyə daxil olması, həm Türk birliyi, həm də İslam birliyi üçün əhəmiyyətlidir.

Natiq Miri: “Ərdoğanın Azərbaycana səfəri çərçivəsində hakimiyyətdə təmsil  edilən hizmət hərəkatının nümayəndələri ilə bağlı çox ciddi müzakirələr  aparılacaq`

“Üç ölkə parlamentinin ortaq sənəd imzalaması həm də siyasi birliyin yaranacağının mesajıdır. Söhbət Azərbaycan, Türkiyə və Pakistanın parlamentləri arasında əməkdaşlıqdan, siyasi birlikdən gedir. Bakı Bəyannaməsi gələcəkdə həm siyasi, həm iqtisadi, həm hərbi, həm də humanitar və digər sahələrdə birliklərin yaranmasına gətirib çıxaracaq. Hesab edirəm ki, Bakı Bəyannaməsi ilə üç dost ölkə dünyaya mesaj vermiş oldu ki, “baxın, biz birlikdəyik, birlikdə güclüyük, bundan sonra da birlikdə olacağıq”. Bakı Bəyannaməsi bu baxımdan əhəmiyyətli və önəmli bir sənəddir”, - deyə analitik bildirib.

 

N.Miri Pakistanın İslam dünyasında ən güclü dövlətlərdən biri olduğunu söyləyib: “Onu da nəzərə almaq lazımdır ki, Pakistan həm də nüvə silahına sahib ölkələrdən biridir. Türkiyə ilə yanaşı, Pakistanın da Bakı Bəyannaməsini imzalaması sıradan hadisə deyil. Bu gün Əfqanıstanda baş verən gərginliklərin şahidiyik. Belə olan halda bölgədə sözügedən birliyin olması vacib idi”.

 

Politoloq Ceyhun Əhmədli də diqqətə çatdırıb ki, Bakı Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına böyük töhfələr verəcək: “Azərbaycan, Türkiyə və Pakistan demək olar, bütün sahələrdə bir-birləri ilə sıx əməkdaşlıq edir. Ümumiyyətlə, dünya tarixində bir-birinə bu qədər sıx bağlı olan üçlü koalisiya mövcud olmayıb”.

Dağlıq Qarabağdakı qondarma rejim Paşinyan üçün təhlükə mənbəyi olaraq  qalır - Ceyhun Əhmədli | KONKRET

Siyasi şərhçi münasibətlərimizin bu qədər yüksək inkişaf etməsinin tarixi əsasları olduğunu qeyd edib: “Hər üç ölkənin həm müstəqillik qazanması, həm də ondan sonrakı inkişaf yolunda bir-birinə qarşı misilsiz dəstəkləri olub. Bu üç ölkənin müttəfiqlik münasibətlərini dərinləşdirməsi həm də xalqlarımızın arzusunu ifadə edir. 44 günlük Vətən müharibəsinə küçələrdə, avtomobillərin üzərində Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı asılması xalqımızın səmimi duyğularını ortaya qoyur”.

 

“Pakistan dünyada Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərdən biridir və Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq dövlət kimi tanımayıb. Bu, Azərbaycan xalqı tərəfindən son dərəcə yüksək qiymətləndirilir. Bundan başqa, biz ötən illər ərzində Pakistandan sözün əsil mənasında qardaş dəstəyi almışıq. Pakistanın siyasi dəstəyi bizim münaqişə vəziyyəti ilə bağlı beynəlxalq mövqelərimizin möhkəmlənməsinə şərait yaradıb”, - deyə ekspert vurğulayıb.

 

Əhmədli hesab edir ki, Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq imzalan Bakı Bəyannaməsinin əsas məqsədi ilk növbədə üç qardaş ölkənin parlamentləri arasında münasibətləri inkişaf etdirməkdir: “Amma bu, həm də gələcəkdə əhatəli bir üçlü strateji müttəfiqlik sənədinin qəbul olunması üçün mühüm bir bazis rolunda çıxış edəcək. Xüsusən, yaxın gələcəkdə üç ölkə arasında hərbi-müdafiə sahəsində müttəfiqlik münasibətlərinin genişlənməsinin şahidi ola bilərik. Artıq bu istiqamətdə anonslar da verilib. Azərbaycan Prezidenti bu yaxınlarda Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edərkən bildirdi ki, biz Pakistanla müdafiə sənayesi sahəsində olan əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq”.

 

Politoloqun qənaətincə Azərbaycan yaxın zamanlarda Pakistandan ən müasir silahların tədarükünə nail olacaq: “Pakistanın arsenalında 5-ci nəsil qırıcı təyyarələr mövcuddur ki, onları əldə etməklə, milli təhlükəsizliyimizə mühüm töhfələr verə bilərik”.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam