Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Pakistan HHQ birgə təlim keçirəcək

 Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan hərbi pilotlarının Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin HHQ arasında əməkdaşlığın, o cümlədən hərbi təhsil və digər sahələrdə əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Aviasiya marşalı M.A.Xan öz növbəsində Pakistan HHQ-nin helikopter heyətlərinin Azərbaycanın aviasiya təlim mərkəzlərində hazırlıq keçməsindən məmnun olduğunu bildirərək, bu fəaliyyətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.  

Görüşdə tərəflər Azərbaycan və Pakistan hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi məsələlərini müzakirə ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam