Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Əliyevin dəmir iradəsi, “Dəmir yumruq” və...Putindən Nikola “ev tapşırığı”

 

Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizi bağlanacaq - İrəvanın bəhanəsi qalmadı; Paşinyan odla su arasında, erməni xalqı isə bu dəfə ona mandatı müharibə üçün verməyib...

Yenixeber.org: Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın son Moskva səfərinin nəticələri yəqin ki, özünü elə də çox gözlətməyəcək. Sözsüz ki, Azərbaycanı ilk növbədə maraqlandıran Paşinyan-Putin danışıqlarının bölgədə kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və Qarabağda qalan qanunsuz erməni silahlı dəstələrinin tərk-silah olunmasını nə dərəcədə sürətləndirəcəyi ilə bağlıdır.

Təəssüf ki, üstündən 8 ay ötsə də, 10 noyabr 2020-ci il üçtərəfli sənədi tam həcmdə reallaşmayıb. Proses xüsusən də son aylar ləng gedir. Doğrudur, yaranan yeni situasiyanın diktəsi ilə Ermənistanda erkən parlament seçkiləri araya girdi. Bu səbəbə Bakı və Moskva səbir göstərərək, səsvermənin yekununu gözləməli oldu.

Lakin artıq seçkilər arxada qalıb və qalib Nikol Paşinyan öz xalqından təzə mandat alıb. Özü də bu mandat müharibə üçün yox, bölgədə barış və əməkdaşlıq üçün ona verilib. Demək, Ermənistan rəhbəri öz xalqının bu sifarişini həyata keçirmək üçün rahat şəkildə komandasını formalaşdıra bilər.

Bu mesajı, daha dəqiqi, “dobro”nu (rus xeyir-duasını) ona Kremldə Putun də verdi. Rusiya lideri Nikolu hətta seçkilərdəki qələbə münasibəti ilə təbrik də etdi. Yəni Paşinyan indi Rusiya sarıdan özünü tam arxayın hiss edə bilər ki, Moskvanın “5-ci kolonu”, əlaltıları Ermənistanda onun əl-ayağına dolaşmayacaq, kəmfürsətlik eləməyəcək. Qalır hərəkətə keçmək... 

*****

Ancaq heç şübhə yox ki, V.Putinin Kremldə Paşinyana verdiyi budəfəki “ev tapşırıqları”nın arxasında rəsmi Bakının, konkret olaraq İlham Əliyevin də dəmir iradəsi dayanır. Çünki ortada Putinin imzaladığı, Rusiyanın qarant durduğu konkret yazılı anlaşmalar var və Bakı dəfələrlə bəyan edib ki, həmin anlaşmaların (söhbət həm də 11 yanvar 2021-ci il tarixli üçtərəfli Moskva sənədindən gedir) icrasını İrəvan süni şəkildə ləngitsə, Azərbaycan gərəkən addımları atacaq, o sırada Zəngəzur dəhlizi xoşluqla olmasa, məcburiyyət altında açılacaq. Bunun  üçün “Dəmir yumruq” hazır vəziyyətdədir.

Azərbaycan Prezidenti: 10 noyabr bəyanatı de-fakto sülh müqaviləsidir

Azərbaycan Prezidenti bu xüsusda dəfələrlə və aydın mətnlə anladıb ki, 10 noyabr Bəyannaməsi atəşkəs müqaviləsi deyil, Ermənistanın kapitulyasiyası haqda konkret öhdəliklərdən ibarət sazişdir, İrəvanın qeyd-şərtsiz yerinə yetirməli olduğu bir sənəddir və əsla Paşinyanın və ya hər hansı digər erməni rəhbərinin arzu-istəyinə bağlı deyil. Yəni “istəyərəm ona əməl edərəm, istəmərəm etmərəm” yanaşması burada keçməyəcək, çünki üçtərəfli kapitulyasiya sazişi Ermənistan dövləti adından imzalanıb.

Deyilən səbəbdən Paşinyan odla su arasında, sülhlə müharibə arasında, Qərblə Rusiya arasında var-gələ son qoyub real işə başlamalıdır. Bunu həm də ona ikinci dəfə etimad göstərmiş, müharibələrdən və səfalətdən bezmiş  erməni xalqının mənafeyi tələb edir. Ortada habelə dünyanın siyasi xəritəsində “Ermənistan” adında dövlətin qalıb-qalmaması dilemması var...

*****  

Paşinyan istifasını isteyenlere seslendi: Kolaysa gelin Türklerle siz  savaşın - Yeni Şafak

“Nikol Paşinyan bir əlində iki qarpız tuta bilməz. Ya Rusiyaya tərəf yıxılmalıdır, ya da Qərbə. Bu kontekstdə Ermənistanın vəziyyəti mürəkkəbdir. Əslində Ermənistan atacağı addımı atıb, ancaq o da yarımçıq qalıb. Odur ki, uzun müddət Ermənistanda nə siyasi stabillik yaranacaq, nə də inkişaf müşahidə ediləcək”.

Bu sözləri İstiqlalçı millət vəkili, sabiq təhsil naziri, professor Firudin Cəlilov Teleqraf.com-a Ermənistanın dövlət kimi perspektivlərini qiymətləndirərkən bildirib.

Firudin Cəlilov: “Sevgi macəralarında ağıllı qadınların bəxti gətirmir” -  MÜSAHİBƏ » BAKU.NEWS

Firudin Cəlilov

 

Onun qənaətincə, Ermənistanda kasıblıq artdıqca əhali ölkədən qaçıb gedəcək. “Bu gün oradakı əhalini saxlayan əslində Qərbdir. Ermənistana milyardlarla yardım edirlər. Ermənilər də bunun hesabına nəfəs alırlar. Ancaq zaman bizim xeyrimizə işləyir. Narahat olmağa ciddi əsaslar görmürəm”, - deyə o vurğulayıb.

Sabiq deputat hesab edir ki, Zəngəzur dəhlizi nəhayətdə fəaliyyət üçün açılmalıdır. “Əks təqdirdə biz Laçın dəhlizini qapadacağıq. Bu halda ermənilər məcbur olub Zəngəzur dəhlizini açacaqlar. Erməni toplumunun psixologiyasını bilən biri kimi deyirəm ki, hər zaman onlara psixoloji təzyiq etmək lazımdır. Eləcə də yazmaq, bəyanatlar vermək, çıxışlar etmək. Ermənilərə qarşı mübarizəni bir an belə dayandırmaq olmaz. Lazım gəldikdə silahdan da istifadə edilməlidir. Bizim üçün ən vacibi Azərbaycan dövlətinin maraqlarıdır”, - deyə o əlavə edib.

*****

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş  naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün hallarda Ermənistan rəhbəri, ümumən erməni xalqı və onun siyasi elitası tələsməlidir. Sülhə, qarşılıqlı əməkdaşlığa, sabitliyə ən çox ehtiyac duyan, dərin sosial-iqtisadi, demoqrafik, mənəvi böhran içində çabalayan tərəf olaraq tələsməlidir. Yaxşılıqlara tələsməlidir.

Ermənistan üzərində hər cəhətcə əzici üstünlüyə malik Azərbaycan onsuz da ildən-ilə inkişaf edəcək, daha da qüdrətlənəcək, işğaldan azad olunmuş bölgələri bir-bir, qısa zamanda dirçəldəcək, məskunlaşdıracaq. Bu yöndə işlər artıq gözləniləndən də böyük sürət alıb. Pislik isə yenə ermənilərin özünə qalacaq. Özlərinin acı və miskin taleləri ilə birgə...          


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam