Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiya Ermənistanı itirməmək üçün -Bakıya "HƏ" dedi

Ermənistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərləri Tacikistanın paytaxtı Düşənbə görüşünda veriləcək cavab öncədən bəlli idi. Paşinyanın "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bizim müraciətlərimizə cavab vermə forması və sürəti ümidlərimizi doğrultmadı" açıqlaması da görüş öncəsi proqnozların doğrulduğundan xəbər verdi.

Yenixeber.org: Bu görüşün üstündən saatlar sonra Rusiya dövlət başçısı Vladimir Putinin Prezident İlham Əliyevə və Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana zəng etməsi daha bir məsələni gündəmə daşıdı. İddialar yayıldı ki, Ermənistan-Azərbaycan sərhəd xəttinin delimitasiya, demarkasiya prosesinin tənzimlənməsi üçün bununla bağlı üçtərəfli yeni bir bəyanat da imzalanacaq. Bundan öncə də bir neçə dəfə olduğu kimi bu dəfə də həmin məlumatları mediaya Paşinyanın əsas rəqiblərindən olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyan sızdırdı.

Paşinyan Minasyanın iddiasının təsdiqləməklə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağı barədə məlumatı da təkzib etməmiş oldu.  

Parlament seçkisinə düz bir ay qalmış bir vaxtda Azərbaycanın təzyiqi ilə 10 noyabr bəyanatının əsas bəndi olan Zəngəzur dəhlizinin açılması yönündə atılan addımları Ermənistanın daxili auditoriyasından gizlətməklə divident axtaran Nikol Paşinyan hökumətin bugün keçirilən iclasında Serj Sarkisyanın kürəkənini məxfi işlərini ictimiləşdirdiyi üçün Bakının Ermənistandakı "casusu" adlandıraraq əslində ona nifrətini, qəzəbini ifadə edib. 

Nikol Paşinyan erməni hərbçilərilə bağlı sərhəddə yaşanan qalmaqallı videoya verdiyi şərh isə özünü gülüş obyektinə çevirməkdən başqa bir şey olmadı. Baş nazir bildirib ki, iki saatlıq videonun yalnız bir hissəsi dərc edilib. Bununla da Paşinyan əzilmiş, sınmış, faktiki olaraq Azərbaycan Ordusu qarşısında alçaldılmış hərbiçilərini müdafiə etməklə bir növ rəhhbəri olduğu silahlı qüvvələrin bərbad durumunu ört-basdır etməyə çalışıb.

Amma proseslərin xronologiyası sözügedən kadrlara əsasən demək olar ki, Dəmir yumruq ermənilərə üçtərəfli birgə bəyanatı (10 noyabr 2020) imzalamağa vadar etdi, şillə-təpik isə sərhədlərin bərpası barədə sənədi imzalamaq üçün növbəti vasitə oldu. Buradan da belə bir nəticə çıxır ki, bu məxluqat diplomatik dildə anlamır. Azərbaycan əsgəri də onlarla anladıqları dildə danışmağa məcburdur. 

Ermənistan tərəfi bundan sonra da prosesə qeyri-adekvat reaksiya nümayiş etdirəcəyi təqdirdə Bakıdan alacağı cavabı artıq yaxşı bilir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Bunu Prezident İlham Əliyev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanın Prezidenti Kasim-Comart Tokayevlə telefon danışığı zamanı qeyd edib: "Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Göründüyü kimi, Azərbaycan həm diplomatik cəbhədə, həm də hərbi manevrlərlə üçtərəfli birgə bəyanatda nəzərdə tutulmuş dəhlizləri açmağa çalışmaqla yanaşı, sürətli şəkildə sərhədlərinin də tam bərpasını həyata keçirmək istiqamətində bütün gücünü səfərbər edib.

Qaragöl hadisələri fonunda Ermənistanın son manipulyativ addımları və havadarlarının Azərbaycana qarşı qərəzli, qeyri-adekvat reaksiyaları rəsmi Bakının iradəsini və qətiyyətini zərrə qədər də olsun zəifltməyəcək. Prezident İlham Əliyevin Azərbaycan dövlət televiziyasına verdiyi müsahibəsi zamanı dediyi "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq" sözlərini bu gün faktiki olaraq Ordusunun icra etdiyini görürük. 

Kreml isə regionda daha silahlı insident, gərginlik, yeni müharibə istəmir. Çünki müharibəyə qədər Dağlıq Qarabağ mövzusunu bir qədər diqqətdən kənar saxlamağı seçən Vladimir Putin 44 günlük II Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə tam əksinə olaraq fəallaşdı. Bu nöqteyi nəzərdən Putinin Azərbaycan Prezidenti və Ermənistan baş nazirinə son zənginin səbəbi də aydındır. Kreml rəhbəri yaxçı anlayır ki, bölgəyə yeni qüvvələr cəlb etməyə çalışna, təxribata açıq olan Ermənistanın Azərbaycanla sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə təbii ki, Rusiyanın maraqlarına ziddir. Çünki iki ölkə arasında yeni bir müharibə başlayarsa, bu dəfə savaşın episentrinin daha da böyük olacağını anlayan Putin, eyni zamanda münaqişədə vasitəçiliyinin nəticəsiz qalacağının ortaya çıxacağından narahatdır. Bunun üçün də Putin son vaxtlar Qərbin sanksiyalarının, təzyiqlərinin artdığı bir vaxtda Kremlin imicinə xələl gəlməsini heç istəmir.

Görünür bu məqsədlə də telefon danışığı zamanı Bakı, İrəvan və Moskvanın sərhədlərin müəyyənləşdirilməsinə dair yeni bir bəyanatın hazırlanması üzərində danışıqlar getməsi haqqında müəyyən fikir mübadiləsi aparıb. Rəsmi Moskva bununla da Ermənistanın digər dünya hegemonları Çin və ABŞ ordusunun Zəngəzura gətirilməsi istəyini önləmək məqsədi daşıyır. Və Moskva anlayır ki, nüfuzunu qorumaq və yerini itirməmək üçün üçtərəfli bəyanatın icrasını mütləq şəkildə reallaşdırmaq lazımdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam