9 may paradı siyasi qütbləşmənin simvoluna çevrilir
Rusiyaya qarşı Qərbin yanında yer alan ölkələr və Putindən incik düşənlər qələbə paradına gəlməkdən imtina edir
"Xeberinfo.com": Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri mayın 8-10 arası Moskvada keçiriləcək. Təntənəli hərbi paradda Rusiya ordusu ilə yanaşı keçmiş ittifaq respublikalarının, o cümlədən Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan, Serbiya və Çin ordusunun hərbi birləşmələri keçid edəcək. Bundan başqa Rusiya ordusu hərbi paradda “əzələ nümayişi” həyata keçirəcək, bir sıra müasir hərbi texnika və silahlar təqdim olunacaq.
Moskvada keçirilən hərbi paradda 30 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 26 dövlətin hərbi rəhbərliyi iştirak edəcək. Bu il qələbənin 70 illiyi olduğu üçün, eyni zamanda Rusiya və Qərb arasında “soyuq savaş” getdiyindən hazırda diqqət Moskvada keçiriləcək bayram tədbirlərinə kimlərin gəlib-gəlməyəcəyinə yönəlib. Artıq bir sıra dəvətlilərin 9 may tədbirlərinə qatılamayacağı məlumdur. Onlardan ən çox diqqət çəkən Şimali Koreya lideri Kim Çenİn idi. Daha əvvəl Şimali Koreyanın gənc liderinin Moskvaya gələcəyi gözlənilsə də, bu günlərdə məlum olub ki, Kim paradda iştirak edə bilməyəcək.
Rusiya prezidentinin mətbuat katibi DmitriPeskovbir neçə gün əvvəl mətbuata açıqlamasında bildirib ki, Moskvadakı parada Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Çin, Kuba, Hindistan, CAR, Bosniya və Herseqovina, Serbiya, Venesuela, Vyetnam, Zimbabve, Makedoniya, Monqolustan, Kipr, Fələstin, Slovakiya və Çexiyanın dövlət başçıları, BMT ve UNESCO-nın baş katibləri, habelə tanınmamış Abxaziya və Şimali Osetiya respublikalarının rəhbərləri iştirak edəcək.
Bundan başqa Almaniya kansleri Angela Merkel, Slovakiya baş naziri RobertFiko, Belarus prezidenti Aleksandr Lukaşenko və Çexiya prezidenti MilosZeman 9 May paradında iştirak edə bilməyəcək. O da məlum olub ki, İkinci Dünya Müharibəsində faktiki olaraq dünyaya qarşı savaşmış Almaniya və Yaponiyanın hökumət başçıları Moskvaya getməyəcək. Yaponiya baş naziri ŞinzoAbe“iş qrafiki” səbəbindən Moskva tədbirlərinə qatıla bilməyəcək. MMaraqlıdır ki, bir neçə gün əvvəl Vaşinqtona gedən Abe Konqresdə çıxış edərək İkinci Dünya Savaşına görə amerikalılardan üzr istəyib. Ancaq görünən odur ki. Yaponiya Qərbin Rusiya ilə qarşıdurmasında tərəfini seçdiyini nümayiş etdirməyə çalışıb.
Oxşar reaksiyanı Merkel də göstərib. Almaniyanın baş naziri Moskvaya qələbə paradından bir gün sonra – mayın 10-da gedəcək. Federal kanslerin aparatından bildirilib ki, Almaniya hökumətinin başçısı Rusiyada nasizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərin bir qismində iştirak edək.O cümlədən, Merkelin Moskvada “Naməlum Əsgər” abidəsi önünə əklil qoyacağı gözlənilir.
Son illərdə Rusiya ilə münasibətlərdə ciddi yaxınlaşmanın müşahidə olunduğu Türkiyə dövləti də 9 mayda Moskvada yüksək səviyyədə təmsil olunmayacaq. Prezident Rəcəb TayyibƏrdoğanPutinin 9 may tədbirlərində iştirak dəvətini qəbul etməyib. Aydın məsələdir ki, Putinin aprelin 24-də İrəvana gedərək saxta “erməni soyqırımı” tədbirlərində iştirak etməsinə Türkiyə dövləti bu şəkildə cavab verib.
Modern.az saytı Moskvada 9 may Qələbə paradında iştirak etmək üçün göndərilən dəvətləri qəbul edən və etməyən dövlət başçılarının siyahısını təqdim edir.
Onlar Moskvaya 9 may tədbirinə qatılacaqlar:
BMT-nin baş katibi Pan Gi Mun
YUNESKO-nun baş direktoru İrina Bokova
Azərbaycan prezidenti İlham Əliyev
Braziliya prezidenti DilmaRusef
Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma
Ermənistan prezidenti Serj Sərkisyan
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov
Tacikistan prezidenti İmaməli Rahman
Tanzaniya prezidenti Cakay Kikvete
Qazaxıstan prezidenti Nursultan Nazarbayev
Serbiya prezidenti Tomislav Nikoliç
Bosniya və Hersoqovina prezidenti Bəkir İzzetbeqoviç
Yunanıstanın baş naziri Aleksis Çıpras
Fələstin milli administrasiyasının rəhbəri Mahmud Abbas
Monqolustan prezidenti Çaxiaqiyn Elbeqdorj
Kuba Dövlət Şurasının sədri Raul Kastro
Çin Xalq Respublikasının sədri Si Çzinpin
Qırğızıstan prezidenti Alamzbek Atambayev
Cənubi Kipr prezidenti Nikos Anastasiadis
Hindistanın baş naziri Narendra Modi
Makedoniyanın prezidenti Nikola Qruevski
Venesuelanın prezidenti Nikolas Maduro
Zimbabvenin prezidenti Robert Muqabe
Vyetnamın prezidenti Çıonq Tan Şan
Kabo-Verdenin prezidenti JorjeKarluş Fonseka
Ruandanın prezidenti Pol Kaqame
Somalinin prezidenti Həsən Şeyx Mahmud
Mavritaniyanın prezidenti Məhəmməd Əbdüləziz
Lesotonun baş naziri Betuel Pakalita Mosisili
“Qələbə günü” dəvətini rədd edənlər:
ABŞ prezidenti Barak Obama
Böyük Britaniyanın baş naziri Devid Kemeron
Avropa Birliyinin sədri Donald Tusk
Avstraliyanın baş naziri Toni Ebot
Kanadanın baş naziri Stiven Harper
Yaponiyanın baş naziri Sintze Abe
İsrailin prezidenti Reuven Rivlin
Almaniyanın kansleri Angela Merkel
Fransanın prezidenti Fransua Olland
Cənubi Koreya Respublikasının prezidenti Pak Kın Xe
Latviyanın prezidenti Andris Berzin
Litvanın prezidenti Dalya Qribauskayte
Estoniyanın prezidenti Toomas Hendrikİlves
Polşanın prezidenti Bronislav Komorovsski
Moldovanın prezidenti NikolaeTimofti
Gürcüstanını prezidenti Georgi Marqveşavili
Ukraynanın prezidenti Pyotr Poroşenko
Şimali Koreyanın lideri Kim Çen In
Belarusun prezidenti Aleksadnr Lukaşenko
Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç
İsveçin baş naziri Stefan Lyoven
Norveçin baş naziri Erna Solberq
Çernoqoriyanın prezidenti Filip Vuyanoviç
Bolqarıstanın prezidenti Rosen Plevneliyev
Belçikanın baş naziri Şarl Mişel
Hollandiyanın baş naziri Mark Rütte
Lüksemburqun baş naziri Ksavye Bettel
Finlandiyanın baş naziri Aleksandr Stub
Sloveniyanın baş naziri Miroslav Çerar
Qeyd edək ki, 9 mayda Moskvadakı paradda iştirakdan imtina edən keçmiş sovet respublikaları prezidentlərinin sayı maraq doğurur. Məlum olur ki, Baltikyanı ölkələrlə yanaşı Ukrayna, Moldova, Gürcüstan, o cümlədən Belarus və Özbəkistan prezidentləri də var. Siyahıda ən çox diqqət çəkən isə təbii ki, Belarus və Özbəkistan liderləridir. Uzun müddətdir bu cür kütləvi beynəlxalq səviyyəli tədbirlərdə iştirakdan imtina edən və daha çox ailə qalmaqalları ilə dünya mediasının gündəminə gələn İslam Kərimovun Moskvaya hansı səbəbdən getmək istəməməsi, Putindən incikliyinin əsl səbəbi məlum deyil.
Rusiyanın ən yaxın müttəfiqi, slavyan respublikası Belarusun lideri Aleksandr LukaşenkonunPutindən hansı səbəbə incidiyi və nümayişkaranə etirazını bu cür bildirməyə çalışması maraq doğurur. Hər halda görünən odur ki, son illərdə Belarus liderinin Rusiya ilə münasibətlərdəki soyuqluğunun arxasında ciddi səbəblərin dayanması ilə bağlı iddialar haqlı imiş.
Musavat.com