Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Almaniyalı ekspert: -Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

Almaniyalı ekspert: Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

“Məhz bu münaqişədə Azərbaycana qarşı bundesver döyüşsəydi, məncə qələbə şansı olmayacaqdı”.

Yenixeber.org: “Daily Sabah” xəbər verir ki, bunu Almaniya Müdafiə və Strategiya Tədqiqatları İnstitutunun (GIDS) müasir müharibə üsulları və yeni texnologiyalar eksperti polkovnik-leytenant Mikael Karl bildirib.

Beynəlxalq dron bazarını və dronların ötən ilki Qarabağ müharibəsindəki rolunu dəyərləndirən ekspert Almaniya ordusunun döyüş dron hücumundan qorunmaq üçün lazımı təchizata malik olmaması qənaətinə gəlib:

“Döyüş dronları və kamikaze dronları kimi tətbiq olunan silahlara qarşı biz özümüzü adekvat şəkildə qorumaq iqtidarında olmayacaqdıq. Ordu hava müdafiəsinin təkcə bu nöqsanı bizi məğlubiyyətə düçar edəcəkdi” – deyən ekspert partladıcı qurğularla təchiz olunaraq hədəfləri izləmək və vurmaq üçün istifadə olunan birdəfəlik, yaxud kamkikaze dronlarını bu növ hərbi texnikanın yeni, daha təhlükəli növü olaraq səciyyələndirib.

Xatırladaq ki, Türkiyə istehsalı olan “Bayraktar TB-2” insansız döyüş uçuş vasitələri (UCAV) 93,2 faiz səviyyəsində yerli istehsal olaraq 2014-cü ildən Türkiyə ordusunun cəbbəxanasına daxıl edilib, hazırda isə 160 ədədi Türkiyə, Qətər, Azərbaycan, Ukrayna ordularının təchizatındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam