Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“Qərb Ukrayna üçün döyüşməyəcək, lakin...” – "Türkiyə lideri kifayət qədər praqmatik və sağlam düşüncəli adamdır"

 

Ukraynalı analitik: “Ölkəmin həqiqi bir qarşıdurmada Rusiya ilə təkbətək qalma ehtimalı böyükdür”

Yenixeber.org: Ukraynanın cənub-şərqində mümkün müharibə bölgənin əsas gündəmidir. Qərb açıq şəkildə Ukraynanı dəstəkləyir, amma əsl müharibə baş verəcəyi təqdirdə hərbi dəstək verəcəyi fakt deyil, əksinə Rusiyaya qarşı sanksiyalara üstünlük verilə bilər.

 

Digər tərəfdən, Ukraynanın özü də müharibəyə ciddi köklənib. Amma NATO-dan açıq dəstək zəmanəti alana qədər müharibəyə başlayacaqmı? Mövzuya dair suallarımızı ukraynalı siyasi analitik Aleksiy Poltorakov cavablandırıb.

 

- Donbass münaqişəsi ətrafında mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Müharibənin başlama ehtimalı nə qədərdir?

No description available.

- Hələlik tank savaşından daha çox əsəb müharibəsinin şahidiyik. Hər iki tərəf sərt ifadələrin barışdırıcı ifadələrlə bir-birini əzələdiyi sadə bir təbliğat rəqsi nümayiş etdirir. Ukraynanın mövqeyi Zelenskinin “bir şey olacaqsa, müharibə aparacağıq”dan, Baş Qərargah rəisi Xomçakın Donbassın azad edilməsinin müstəsna olaraq, dinc, diplomatik olması barədə açıqlamalarına qədər dəyişir.

 

Kremldə də eyni taktika var. Bəyanatlar indi qeyri-adi dərəcədə “qaynarlıq”dan xəbər verir, lakin texniki tərəfin təhlili, bunun getdikcə daha çox bir blef olduğunu düşünməyə vadar edir. Bir tərəfdən, doğrudan da, Rusiya Federasiyası son həftələrdə qoşunların Ukrayna sərhədinə yaxınlaşmasını həyata keçirir. Bunların sırasında topçu, tank və hava hücum birlikləri yer alıb. Rəsmi olaraq bunlar planlaşdırılmış təlimlərdir. Lakin Kiyev və Qərb buna şübhə edir.

 

Eyni zamanda, “əzələ nümayişi”nə baxmayaraq, Rusiya Federasiyasında ümumiyyətlə genişmiqyaslı hərbi əməliyyatın və ya işğalın başlanmasından əvvəl tipik addımların olmaması diqqət çəkir. Məhz, sərhəd zonasında mülki xəstəxanalar hazırlanması, böyük səhra xəstəxanalarının yerləşdirilməsi yoxdur. Bu arada, müharibənin başlamasının əsas əlamətlərindən biri də budur.

 

Bundan əlavə, Ukrayna sərhədlərinə qədər çəkilən kontingent, əvvəlcədən seçilmiş müəyyən bir istiqamətdə məhdud və yerli bir hərbi əməliyyat aparmaq üçün kifayət olsa da, Kiyevin danışdığı genişmiqyaslı bir işğal üçün tamamilə kifayət deyil. Nəhayət, logistik vahidlərin genişmiqyaslı yerləşdirilməsini görmürük: üfüqdə ucu-bucağı görünməyən yanacaq tankerləri kolonları yoxdur. Olanlar isə işğal üçün olan miqyas deyil. Ukrayna ilə həmsərhəd yaşayış məntəqələrində səfərbərlik və ya komendant saatı elan edilməsini görmürük. Bir sözlə, təbliğat aparılır, amma genişmiqyaslı döyüş əməliyyatlarına hazırlaşmağı göstərən əlamətlər yoxdur.

 

- Yaxşı, onda bu cür gərginləşmə nə kimi məqsəd daşıyır?

 

- Qüvvələrin hazırkı qruplaşmasının Kiyevə təzyiq göstərmək məqsədi ilə baş verdiyi ortadadır. Ukrayna nümayəndə heyətinin sadəcə getməkdən imtina etdiyi Minsk danışıqlarının tam uğursuzluğunu nəzərə alın. Eyni zamanda, “müharibə təbilçiləri” də boş oturmurlar - Rusiya-Ukrayna sərhədinin hər iki tərəfində. Silah uzun müddət divardan asılırsa, teatr sənəti qaydalarına görə, tamaşanın sonuna kimi atəş açılmalıdır.

 

- Atəç açılacaqmı?

 

- Bu günə olan vəziyyətə görə, böyük bir müharibənin başlama ehtimalını olduqca aşağı qiymətləndirirəm. Həm də ona görə yox ki, hər kəs müharibədən danışır. Təcrübə göstərir ki, həqiqi hərbi əməliyyatlar qəfildən və sülh barədə danışıqların fonunda başlayır.

 

- Kollektiv Qərb Kiyevi dəstəkləyəcəyini söyləyir. Müharibə vəziyyətində Qərbin dəstəyini nə qədər real hesab etmək olar?

 

- Yalnız sözlə. Bəlkə, bəzi NATO təlimçiləri göndəriləcək. Ancaq ya amerikalılar, ya kanadalılar, ya da ingilislər və ya türklər olacaq. Çətin ki, almaniyalılar olsun. Əsas odur ki, Qərb ukraynalılar üçün döyüşməyəcək. Onlar ancaq arxada duracaq, Rusiyanı tənqid edəcək, Ukraynaya vəd verəcəklər.

 

Ukraynanın problemi budur ki, həqiqi bir qarşıdurmada Moskva ilə təkbətək qalma ehtimalı böyükdür. Buna görə də, məsələn, Təhlükəsizlik Xidmətinin katibi Danilovun açıq-saçıq açıqlamaları məni əyləndirir. Belə bir müharibənin başlayacağını və nəticəni proqnozlaşdırmaq üçün onun inetellektinə sahib olmağa ehtiyac yoxdur.

 

Daha doğrusu, müharibə 2008-ci ildəki Gürcüstanla eyni ssenari ilə sona çatacaq və separatçı ərazilər Cənubi Osetiya və Abxaziya ilə olduğu kimi Moskva tərəfindən tanınacaq. Kiyevin qorxması lazım olan məsələ budur. Çünki bundan sonra hər hansı bir dinc reinteqrasiya barədə heç bir söhbət olmayacaq. Maksimum Bosniya tipli konfederasiya ola bilər ki, bu da Ukraynanın istədiyi yol deyil.

 

- Kiyev müharibə olacağı təqdirdə, Türkiyənin dəstəyini nə dərəcədə gözləyir?

 

- Kiyevdə çox yerdən çox şey gözləyirlər. “Bütün dünya bizimlədir” təbliğat illüziyası Ukrayna hakimiyyəti ilə pis bir zarafatla bitə bilər. Sonda özləri bu tezislərə inanmağa başlayırlar. Bu arada “bütün dünyanın” öz maraqları var. Və bu maraqlar ukraynalıların maraqlarından daha üstündür.

 

Ərdoğan indi NATO daxilində amerikalılarla çətin bir oyun oynayır. Eyni zamanda, Rusiya Federasiyasından silah alır və bundan əl çəkmək fikrində deyil. Moskva və Ankaranın maraqlarının üst-üstə düşdüyü Suriya və Qarabağ məsələləri də var. Düşünmürəm ki, hazırda, bu ilin aprel-may aylarında Ərdoğan qəfildən Moskvadan ayrılmağa və Rusiya Federasiyasının nizami ordusuna qarşı açıq şəkildə mübarizə aparmağa qərar versin.

 

Mənə elə gəlir ki, Türkiyə lideri dəli deyil, əksinə kifayət qədər praqmatik və sağlam düşüncəli adamdır. Çox güman ki, kənardan müşahidə edəcək və bəzi Türkiyə hədəflərinə çatmaq üçün Moskva ilə Qərb arasındakı ziddiyyətlər üzərində oynayacaq. Donbassda, Krımdan fərqli olaraq, əlbəttə ki, türk hədəfləri mövcud deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam