Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İrəvana şərtləri yenə Bakı diktə edəcək... -Moskvanın “qulpsuz çamadan” problemi

 

Ermənistan böyük köç dalğası ərəfəsində; sərhədlərin və kommunikasiyaların bağlı qalması məğlub ölkəni tam iflasa aparır, Kreml İrəvanı tələsdirir - kritik səbəblər...

Yenixeber.org: Ermənistanın tam kapitulyasiyasına dair 10 noyabrda üçtərəfli sazişin imzalanmasından bu gün 5 ay ötür. Bu ərəfədə baş nazir Nikol Paşinyan işgüzar səfərlə Rusiya paytaxtında prezident Vladimir Putinlə görüşdü. 3 saat yarım çəkən və Paşinyanın razı qaldığı deyilən Moskva görüşünün detalları tam açıqlanmasa da, aydındır ki, müharibəsonrakı durum, bağlı qalan sərhədlərin və kommunikasiyaların açılması, həmçinin qarşılıqlı etimad mühitinin yaradılması məsələləri ən çox diqqət mərkəzində olub.

Necə deyərlər, Paşinyan bu istiqamətdə Kremldən növbəti təlimatlarını alaraq İrəvana döndü. Bu da diqqətçəkicidir ki, erməni baş nazir Kremli tərk edər-eləməz, Rusiya lideri azərbaycanlı həmkarı İlham Əliyevə telefon açaraq müzakirələrin yekunu barədə ona bilgi verdi.

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq sonrakı sabitləşməsinə dair müzakirələr davam etdirilib. Regionda sülh, təhlükəsizlik və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.

Bu günün xəbərləri: Paşinyan Moskvada Putinlə görüşüb - BBC News  Azərbaycanca

Qalır, bir az da gözləmək. Hər necə olmasa, nəqliyyat dəhlizlərinin bağlı qalmaqda davam eləməsinin altını ən çox məğlub ölkə çəkir. Obyektivlik prizmasından baxanda müharibədə məğlub tərəf olan Ermənistanın və onun rəhbərliyinin indi qonşularla barışıq və əməkdaşlıq yolu seçməkdən savayı qurtuluş yolu qalmayıb.

*****

“Ermənistan müharibədən sonrakı durumu yaşayır. Bir qayda olaraq, müharibədən sonra şərtlər məhz uduzan tərəfə edilir. Bunun qarşısını almaq üçün müvafiq subyektivliyə və resurslara sahib olmaq lazımdır. Belə resurslar isə yoxdur”.

İrəvan Bakının diktəsini yerinə yetirəcək - İsgəndəryan | KONKRET

Bunu İrəvandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib.

Onun sözlərinə görə, Bakı qalib tərəf olaraq, bundan sonra da öz şərtlərini diktə etməyə davam edəcək və İrəvan onlara riayət etmək məcburiyyətindədir. “Danışıqların hansı formatda davam etdiriləcəyi hələlik məlum deyil. Bir şey aydındır: Ermənistanın mövcud vəziyyətə təsir etmək üçün resursları yoxdur. Və yaxın gələcəkdə ermənilər üçün müsbət bir şey gözləməyə dəyməz”, - deyə İsgəndəryan bədbinliklə vurğulayıb.

*****

Bu arada Ermənistanda sosial-iqtisadi və demoqrafik durum daha kritik xarakter almaqdadır.

“Bu ilin ilk 2 ayında Ermənistandan ABŞ-a pul axını kəskin artıb - təxminən 80%. Rusiyadan pul axını isə azalıb - təxminən 20%. Bunun ardından yəqin ki, yeni bir mühacirət dalğası başlayacaq”.

ERMƏNİSTANDAN MALİYYƏ AXINI ARTIB » Fedai.az

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə News.am portalındakı məqalədə deyilir.

“Son 10 illə müqayisədə 2020 iqtisadi böhran baxımından görünməmiş bir il oldu. Dərin iqtisadi tənəzzül fonunda xaricdən pul köçürmələrinin həcmi də azaldı ki, bu da həmin pullar hesabına yaşayan əhalinin həyat səviyyəsini daha da pisləşdirdi. Epidemiya köçürmələrin azalmasına ciddi təsir göstərdi, bunun nəticəsində minlərlə insan qazanc üçün xaricə işləməyə gedə bilmədi, gedənlər isə Ermənistana daha az pul köçürmələri etdilər (əsasən Rusiyadakı ağır iqtisadi vəziyyətə görə)”, - deyə yazıda qeyd olunur.

Məqalədə daha sonra qeyd edilir ki, 44 günlük müharibə həm də qeyri-sabitliyin və mühacirətin artmasına səbəb olub: “Bu il də vəziyyət demək olar, eynidir. 2021-ci ilin yanvar-fevral aylarında Ermənistana keçən ilin eyni dövrü ilə müqayisədə 4,4% az pul köçürülüb, xüsusən də Rusiyadan köçürmələrin həcmi 19,1% azalıb. Eyni dövrdə Ermənistandan ABŞ-a pul axını 78,8% artıb. Rəsmi statistikaya görə, idxal 2021-ci ilin yanvar-fevral aylarında 15,8% azalıb. Ermənistandan pul axını davam edir ki, bu da bir daha dərinləşən sosial-iqtisadi və siyasi böhrandan xəbər verir. Nəticədə yaxın aylarda yeni mühacirət dalğaları gözlənilə bilər...”

*****

Saxta İnfo

Kütləvi köç dalğasını önləməyin ən etibarlı yolu isə Ermənistanın iqtisadi və biznes, özəlliklə investisiya göstəricilərini təcili şəkildə yaxşılaşdırmaq, ölkədə yetərli sayda iş yeri yaratmaqdır. Bu da Azərbaycan və Türkiyə ilə əlaqələr tam həcmdə bərpa olunmadan, 30 illik blokada götürülmədən qeyri-mümkündür.

Demək, 10 noyabr kapitulyasiya sənədinin və onun ardınca imzalanmış 11 yanvar sazişinin bəndlərinin hamısının həyata keçirilməsi ən əvvəl Ermənistana lazımdır. Böyük ehtimalla, bu reallıq növbəti dəfə Moskva görüşündə Rusiya lideri Putin tərəfindən Paşinyanın nəzər-diqqətinə çatdırılıb. Hər halda Moskva çətin ki, əbədiyyən Ermənistanın nazını və qayğısını çəkmək, onu bəsləmək niyyətində olsun.

Rusiya üçün çoxdan “qulpsuz çamadan”a çevrilmiş Ermənistan, nəhayət ki, özünün sosial-iqtisadi problemlərinin yükünü özü çəkməyi öyrənməlidir. Getdikcə daha sərt beynəlxalq sanksiyalarla üzləşən Moskva “qulpsuz çamadan”ı hər an yerə ata bilər, çünki özünün də iqtisadi-maliyyə durumu pisləşməkdədir. Öz problemlərinə sahiblənməkdən ötrü isə ermənilər, nəhayət, normal dövlət, normal qonşu olmağı öyrənməlidirlər. Yolu məlum...       


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam