Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kapitulyasiyadan çıxarılan tərs nəticə: -Ermənistan uçuruma yolunu davam etdirir

 

Fevralın 20-də keçmiş DQMV-nin Azərbaycan SSR tərkibindən çıxaraq, Ermənistan SSR tərkibinə daxil olması haqda qanunsuz qərarının 33 ili tamam oldu. Xatırladaq ki, sözügedən “qərar” SSRİ Konstitusiyası ilə, DQMV haqqında 1981-ci il Qanunu ilə, habelə bütün digər müvafiq normativ-hüquqi aktlarla ziddiyyət təşkil edib. SSRİ Konstitusiyasının müvafiq maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi.

Yenixeber.org: Amma kimə deyirsən. Özlərinə saxta tarix yaradıb onunla yaşamağı sevən, beynəlxalq hüququ bu gün də saya salmayan ermənilərə bu gerçək çatmır. Təsadüfi deyil ki, Dağlıq Qarabağ coğrafi bölgəsində qalana və Rusiya sülhməramlılarının arxasında gizlənən bir ovuc separatçı, o sırada quldurbaşı Araik Arutyunyan və onun bandasının üzvləri bu münasibətlə heç kim üçün ciddiyyət kəsb etməyən absurd açıqlamalar verdilər, Xankəndi küçələrinə çıxaraq öz aləmlərində bizə acıq verdilər - “artsax və miatsum qatarı”nın çoxdan getdiyini fərq eləmək əvəzinə...

*****

Dünyada artıq heç kimi diqqətə almadığı separatçı ünsürlərin növbəti hoqqası gözlənilən idi. Bir nüans olmasaydı. Məsələ ondadır ki, Ermənistan XİN də onlarla eyni mövqe sərgilədi və “öz müqəddəratını təyinetmə” kimi çeynənmiş tezislə növbəti dəfə Azərbaycana qarşı ərazi iddiasını ortaya qoydu. Başqa sözlə, məlum oldu ki, separatçılarla yanaşı, qədim Türk torpaqlarında təşəkkül tapmış Ermənistan adında saxta dövlət də rüsvayçı kapitulyasiyadan düzgün dərs götürməyib.

Bu mənada Azərbaycan XİN-in rəsmi İrəvanın bu həyasızlığına çevik reaksiyası tam yerindədir. Sitat: “Ermənistan XİN-in Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir. Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi İrəvanın yenidən xalqlar arası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir. Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil”.

Beləcə, 44 günlük müharibədəki kapitulyasiyadan 3 ay yarım ötsə də, Ermənistanda hələ də nəinki müxalifət, hakim siyasi elitada da ölkənin strateji seçimi ilə bağlı yanlış və təhlükəli bir mövqe formalaşıb. Ermənistan uçuruma doğru yolunu davam etdirir. Nə yazıq ki, müharibənin ağrı-acısını dadmış Nikol Paşinyan hökumətində də “bəlkə də qaytardılar” illüziyası ilə yaşayırlar.

Təkcə Paşinyan hökuməti də yox. Bu yaxınlarda “Gallup” şirkətİnin apardığı sorğunun nəticələrinə görə, əhalinin mühüm bir kəsiminə də bu ovqat hakim kəsilib. Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanıyıb qonşularla dinc-yanaşı yaşamağın vacib sayanlar isə azlıqdadır. Yəni erməni toplumunda aşağıdan-yuxarıya “ərazi iddiası” virusu güclü olaraq qalır.

Paralel surətdə cəmiyyətin Azərbaycan və Türkiyəyə qarşı daha da radikallaşmasına permanent cəhdlər edilir, xalqlar arasında nifaq dərinləşdirilir, barışa kömək əvəzinə, nifrət atmosferi gücləndirilir. Bu da növbəti fakt.

“Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycan, ”artsax" və Naxçıvanda erməni “soyqırımı” məsələsini araşdıracaq 3 tədqiqatçıdan ibarət xüsusi şöbə açmağımıza artıq razılıq verib".

Bunu İrəvandakı qondarma erməni soyqırımı muzey-institutunun direktoru Arutyun Marutyan News.am saytına müsahibəsində bildirib.

“Bu barədə çox danışır və yazırlar, amma hər şey jurnalistika səviyyəsindədir. Elmi sahə səviyyəsinə keçməyin, mövcud həqiqətləri dünya ictimaiyyətinə təqdim etməyin vaxtı çatıb”, - deyə muzey-institutun direktoru ənənəvi erməni sırtıqlığı ilə iddia edib.

Onun sözlərinə görə, bu məqsədlə tezliklə müsabiqə elan ediləcək və gələcək əməkdaşlar üçün ingilis dilini, bəzi hallarda isə Azərbaycan dilini bilmək vacib sayılacaq. “Şöbə böyük ehtimalla beynəlxalq hüquqşünas, tarixçi və şərqşünasdan ibarət olacaq. Gələcəkdə heyət mümkün qədər genişləndiriləcək. İşçilər muzeyin büdcəsindən maliyyələşdiriləcək. Biz aktiv araşdırmaların aparılmasını istəyirik. Vəhşiliyin necə şərh və qəbul edildiyini anlamaq vacibdir. Bundan əlavə, mədəni soyqırımla bağlı daha dərin araşdırmalara ehtiyac var. Görürük ki, Azərbaycan yenə ”Albaniya nəzəriyyəsi"ni aktiv şəkildə qabağa verir (ərazimizdəki alban kilsələrinin erməniləşdirilməsinin faş edilməsi nəzərdə tutulur - red.) Bu, bir növ mədəni soyqırım kimi qəbul edilə bilər. Əsərlər ingilis dilində olmalı, nüfuzlu nəşrlərdə çap edilməli və əcnəbilər üçün əlçatan olmalıdır", - deyə Marutyan sayıqlayıb.

*****

Göründüyü kimi, 44 günlük müharibədəki kapitulyasiya da Ermənistanda qaynar başları soyutmayıb və erməni xalqına yalnız fəlakətlər gətirən saxta tarixdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız ərazi iddialarından imtinaya gətirməyib. Demək, Qafqaza köçürülmə olan bu süni və xain qonşularımızı yeni faciələr gözləyir.

Mövcud durumda Azərbaycan təbii ki, “dəyənəyi” yerə qoymamalı və özünün iqtisadi və hərbi qüdrətini daima artırmalıdır. Xüsusən də qardaş Türkiyə ilə strateji hərbi müttəfiqlik əlaqələrimizin ən yüksək səviyyəyə qaldırılması zamanın imperativinə çevrilməkdədir.

Nə xoş ki, bu yöndə işbirliyi günbəgün genişlənməkdədir. Yeri gəlmişkən, iki qardaş dövlət arasında II Qarabağ müharibəsindən sonra da hərbi sahədə əməkdaşlıq güclənməkdədir. Azərbaycanın Türkiyədən SOM qanadlı raketləri alması buna sübutdur.

Xəbər verildiyi kimi, Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb.

Əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, “hava-yer” tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir. Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, “Roketsan” tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.

SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi. 230 kiloqramlıq döyüş başlığına malik SOM raketinin cəmi ağırlığı 600 kiloqramdır. Raketin uzunluğu 4 metrdir. Raketin SOM-A və SOM-B1 versiyaları mövcuddur, daha bir neçə versiyasının hazırlanması üzərində iş gedir.

*****

Şübhə yox ki, Bakı ilə Ankara arasında əməkdaşlıq digər sahələrdə də davam və inkişaf etdiriləcək. İki qardaş məmləkət bir-birinin gücünə güc qatacaq. Bunu isə ən əvvəl regionda hələ də öz aktuallığını saxlayan, qonşu ölkələrə qarşı ərazi iddiasından doğan erməni aqressivliyi diktə edir. Bölgədə erməni işğalçılığı və faşizminin bir daha baş qaldırmaması üçün Türkiyə-Azərbaycan tandemi daima çəkindirici amil rolunda qalmalıdır. Erməni tərəfi anlamalıdır ki, yenə qonşunun torpaqlarına göz dikərsə və onun üstünə silahla gedərsə, aqibəti indikindın qat-qat ağır olacaq...

 

(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam