Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Azərbaycan parterdə oturub oyuna baxan 10-larla dövlətin sırasındadır”

 

“Azərbaycan politoloqları və jurnalistlərinin çatışmayan cəhəti baş verən hadisələrin izahını mürəkkəb formada və daha çox subyektiv ehtimallar şəklində verməyə cəhd etmələridir.” 

"Xeberinfo.com":  Məlumata görə, bunu Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri haqda təhlilləri qiymətləndirərkən deyib. R.Quliyevin özünün bu səfərə bağlı maraqlı fikirləri var. Eks-spiker Prezidentin Səudiyyə səfərində 2 məsələnin prioritet təşkil etdiyini düşünür. Lakin bunlar heç də əksər politoloqların düşündükləri məsələlər deyil.

Mövzunun aktuallığını nəzərə alaraq, R.Quliyevin şərhini təqdim edirik:

“Müəyyən bir regionda baş vermiş hadisələrə, həmin regionda olan ölkələrin real təsir gücünü bilmədən, obyektivliyə yaxın analiz vermək çətindir. Ölkələr təsir gücünə görə müxtəlif qruplara bölünürlər. Məsələn, ABŞ superdövlət hesab edilir, çünki onun təsir imkanı bütün qitələrdə güclüdür.
Ondan sonra təsir gücü super dövlətə yaxınlaşan Çin, Yaponiya, Almaniya, İngiltərə, Fransa kimi böyük dövlətlər gəlir.
3-cü yerdə regional dövlətlər – Rusiya, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İran və qismən, məsələn, Cənubi Koreya, İsrail kimi dövlətləri dünya siyasətində kiçik də olsa, rol oynaya bilən qüvvələr hesab etmək olar. Azərbaycan və onun kimi 100-lərlə ölkələr bu 3 kateqoriyaların içərisinə daxil deyillər, onlar aparıcı dövlətlərin siyasəti daxilində özləri üçün müəyyənləşdirilmiş rollarını oynayırlar.

Dövlətlərin gücünü müəyyənləşdirən faktorlar bunlardır:

1. İstehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) həcmi. (ABŞ-da bu rəqəm 16 trilyondursa, məsələn, İranda 400 milyarddır.)

2. Adam başına düşən ümumi milli gəlir. (Məsələn, ABŞ-da bu 51 min, Rusiya Federasiyasında 14, Azərbaycanda 9 min dollar səviyyəsindədir.)

3. Hərbi xərclər. (Məsələn, ABŞ-da bu 600, RF-da 87, Çində 190 milyard dollar səviyyəsindədir.)

Yuxarıda adları sadalanan 3 tip güclü dövlətlərin hər birinin təsir gücü bir neçə dövlətdən tutmuş, 100-lərlə dövləti əhatə etməyə qədər dəyişir. Məsələn, ABŞ-ın təsir gücü, demək olar ki, dünyanın bütün dövlətlərində hiss olunursa, Rusiyanın təsir gücü Şimalı Koreya, Orta Asiya, Zaqafqaziya ölkələri və qismən Suriyaya aid edilə bilər. İranın təsir gücü İraq, Suriya, Livan, Yəmən, Azərbaycan, Ermənistan və qismən Əfqanıstan ərazisinə qədər genişlənir.

Dünya siyasətində oyunçu, ehtiyat oyunçu və parterdə oturub tamaşa edən dövlətlər var. Azərbaycan parterdə oturub oyuna baxan 10-larla dövlətin sırasındadır. Ona görə də, Prezidentin Səudiyyə Ərəbistanına səfərini qloballaşdırmaq, hansı isə regional problemin həllində mühüm bir hadisə kimi qiymətləndirmək qeyri-ciddidir.

Neftin qiymətinin düşməsi ilə əlaqədar bir çox ölkələri, o cümlədən Azərbaycanı və həmin Səudiyyə Ərəbistanını gözləyən iqtisadi kollapsı ərəblər xilas edə bilməzlər.

1 (3)

Əvvəla, ona görə ki, Səudiyyə Ərəbistanının özü neftin qiymətindən daha çox asılıdır, çünki dünyanın bir nömrəli neft ixracatçısı odur.

İkincisi ona görə ki, artıq bütün ərəb ölkələri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiyanı ölkə daxilinə qoymaqla, neftdən asılılığı minimuma endirmək siyasətini qəbul edib və Dubaya alternativ zonalar yaratmaq üçün pullarını xərcləyirlər.

Belə bir siyasətin aparılmasında Səudiyyə Ərəbistanının vəziyyəti xüsusilə ağırdır. Çünki Səudiyyə Ərəbistanı bütövlüklə dövlətini fundamentalizm üzərində qurub və bu siyasətini davam etdirir, BƏƏ və başqa ölkələrdəki liberal müsəlmançılıq rəsmi Ər-Riyad tərəfindən bağışlanılmaz cinayət hesab olunur.

Prezident, çox böyük ehtimalla Azərbaycana investisiya qoyulması barədə danışıqlar aparıb. Ancaq bu danışıqların Azərbaycan üçün qlobal əhəmiyyət daşıyacağına inanmıram. Səudiyyə Ərəbistanı bir yerə böyük investisiya qoymaq istəyirsə, gərək onun Qərb təhsilli maliyyəçiləri illərlə araşdırma aparsınlar. Çünki Səudiyyə Ərəbistanında, Azərbaycandan fərqli olaraq, dərin müzakirələrdən sonra kollektiv qərarlar qəbul edilir.

Prezidentin Səudiyyəyə azərbaycanlıların İran kimi radikal deyil, əksinə, liberal şiə olduqlarını sübut etməsinə də ehtiyac yoxdur, çünki hamı bizim nəinki liberal şiə, həm də liberal müsəlman olduğumuzu yaxşı bilir.

47027_src

Qısası, İran-Səudiyyə Ərəbistanı münasibətində Azərbaycanın ancaq bir yolu var – İranın tərəfini saxlamaq! İranın əleyhinə getmək Azərbaycana çox baha başa gələr.Səudiyyə Ərəbistanında əgər bu məsələ müzakirə olunubsa, deməli, Prezident neytral mövqe tutacağına söz verib. Əslində Azərbaycanın hansı pozisiyada olmasının hər iki ölkə – İran və Səudiyyə Ərəbistanı üçün elə bir əhəmiyyəti yoxdur.

Bu səfərin tələsik baş tutmasında, çox böyük ehtimalla, İsrailin rolu olub. Bu gün İsrail Səudiyyə krallığının ən yaxın partnyorudur – onları İrana qarşı düşmənçilik birləşdirir. Bir neçə il bundan öncə Səudiyyə kralı İranı bombalamaq üçün İsrailə 2 milyard dollara yaxın pul təklif etmişdi, ABŞ buna icazə vermədi. Bəlkə də tələm-tələsikliyin səbəbi bu idi ki, İranı Azərbaycan-İsrail əlaqələrindən şübhələndirməmək üçün Məkkə ziyarəti qabardılsın.

Düşünürəm ki, səudiyyəlilərlə görüşdə əsas müzakirə edilən məsələlərdən biri də Dağlıq Qarabağ məsələsi olub. Prezident onlardan Azərbaycanı dəstəkləməyi xahiş edib. Söhbət ondan gedir ki, Səudiyyə Ərəbistanı Yəmən və ərəb xilafəti ilə əlaqədar rolunun artdığı bir zamanda ABŞ qaşısında şərt qoymaq imkanına malikdir.

Yəni bu səfərlə bağlı qlobal investisiya və Azərbaycan iqtisadiyyatını xilas etmək kimi boş xülyalara qapılmağı kənara qoymaq lazımdır”.

Azpolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam