Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkədə siyasi təlatüm: Rəsul Quliyevin dönüşü kimlərə lazımdır?

Rəsul Quliyevin dönüşü kimlərə lazımdır?

 

Xeberinfo.com: Bir neçə gün əvvəl Politika.az “Böyük anlaşma: Rəsul Quliyev vətənə qayıdır” başlıqlı özəl məlumat yaymışdı

Mötəbər mənbələrdən bununla bağlı təfərrüfatlı məlumatlar gəlməkdədir. 

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev həqiqətənmi geri dönür? Mövzunun aktuallığını və həssaslığını nəzərə alaraq bu mövzu ətrafında məlumatlı şəxslərdən informasiya almaq və məsələnin mahiyyətini öyrənməyə çalışdıq. 

Politika.Az-a danışan hakimiyyət mətbəxtinə olduqca yaxın mənbəmiz Rəsul Quliyevin gəliş məsələsinin indiki zamanda zərurətdən doğan reallıq kimi dəyərləndirdi. Mənbə Rəsul Quliyevin gəlişi üçün hakimiyyət daxilində onun gəlişinin tərəfdarları olduğu kimi əleyhdarlarının da olmasına diqqəti çəkib. 

Mənbə: “Ölkənin iqtisadi vəziyyəti günbəgün artan xətlə pisə doğru sürətlə gedir. Eyni zamanda Azərbaycan üzərində sadə vətəndaşların gözlə görə bilməyəcəyi geosiyasi oyunlar oynanılmaqdadır. Belə bir situasiyada ölkədə mövcud olan ictimai-siyasi proseslərdəki sabitlik bir anın içində pozulma təhlükələri mövcuddur. 

Mənə aldığımız gündəlik informasiyalar belə deməyə əsas verir. Vəziyyəti dərindən bilən hakimiyyətin üst qatı ölkədə mövcud olan müxalifətin müxtəlif xarici dairələrin təsir dairəsində olan və hakimiyyətə hər vasitə ilə gəlməyə can atan, dövlətçilik prinsiplərinə bələd olmayan müxalifət kimi tanımaqdadır. 

Qarşıda Azərbaycanı gözləyən olduqca çətin, mürəkkəb dönəm üçün məhz Rəsul Quliyev kimi oturuşmuş, dövlətçilik prinsiplərini dərindən bilən müxalifət liderinin ölkədə olmasını zəruri edir. 

Hakimiyyətin deyil, dövlətçiliyin əleyhinə olan proseslərdən faydalanmayan, əksinə dövlətçiliyin qorunması üçün zamanında özünü risklərə atmış bir şəxs olaraq hakimiyyətin üst qatında təmsil olunanlar da Rəsul Quliyevin şəxsi keyfiyyətlərinə bələddirlər. 

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri zamanı əksər dövlət məmurlarının mərkəzdən qaçdığı, prezident Heydər Əliyevin zənglərinə cavab vermədiyi anlarda dövlətçiliyin qorunması üçün ölkənin ikinci şəxsi olaraq sona qədər dövlətçilik dəyərlərinə sadiqliyini göstərmiş və həlledici məsələlərdə qərarlar vermiş bir şəxs olaraq hakim elita daxilində də Rəsul Quliyevin xüsusiyyətləri ilə bağlı vahid rəy mövcuddur”. 

Qaynağımız Politika.Az-a qeyd edib ki, eyni zamanda hakimiyyətə ən sərt müxalifət mövqeyində dayanan şəxs olaraq konstitutsion qaydalardan qırağa çıxmamış şəxs də məhz Rəsul Quliyevdir: 

“Məhz Rəsul Quliyevin bu keyfiyyətləri eyni zamanda ölkənin gərgin bir dövrə qədəm qoyması bu gəlişi zəruri edir. Təbii ki, bu prosesdə zamanında Rəsul Quliyevlə yola getməmiş, qatı korrupsiyaya bulaşmış və Azərbaycanı inkişaf etmiş Qərbin deyil məhz Rusiyanın yanında görmək istəyən Rəsul Quliyevin əlehdarları da hərəkətdədirlər. 

Bunlara siz media olaraq Rusiyanın “5-ci kalonu” adını şərti olaraq qoymusunuz. Məhz bu “5-ci kalonun” nümayəndələri müxtəlif zamanlarda, həmçinin yaşadığımız bu günümüzdə belə ölkədə əsassız olaraq siyasi həbslər həyata keçirməklə ölkə rəhbərliyini Qərbdən uzaqlaşdırmaq, Rusiyanın forpostu olmasını təmin etmək məqsədilə müxtəlif oyunlar oynayırlar. 

Lakin bu layihələrin, bu dirənişin heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan Qərbin bir parçasıdır və mütləq formada konstitusiyanın tənzimi ilə təkamül yolu ilə demokratikləşəcək. Açıq söyləyim ki, hakimiyyət daxilində artıq hər kəs anlayır ki, Azərbaycan olduqca çətin bir dövrə qədəm qoyur. 

Elə bir dövrə ki, bir günün içində hər şey dəyişə bilər. Təbii ki, siyasi elita bu prosesin qarşısı almağa çalışır, lakin elə proseslər olur ki, idarəedilməz vəziyyət yaranır. Məhz hakimiyyət daxilində olan dövlətçiliyi əsas tutan islahatçı siyasi elita da 23 ildə görülmüş işləri dövlət idarəçiliyindən anlayışı, təcrübəsi olmayan şəxslərə qoyub da getməyin tərəfdarı deyil. 

Məsələnin burasında zamanında ölkənin ikinci şəxsi olmuş, dövlət idarəçiliyi təcrübəsi olan dövlət adamı kimi Rəsul Quliyev yada düşür. Deyərdim ki, artıq proses başlayıb və çox böyük ehtimal Quliyev referendumdan sonra mütləq qayıdacaq. 

Bu qayıdış çox yaxın zamanlarda reallaşacaq. İnanmaq istəyirəm və bildiklərim deməyə əsas verir ki, bu qayıdış tam normal qaydada baş tutacaq. 
Bu qayıdış həm xalqın, həm də hər an batmaq təhlükəsi ilə üz-üzə duran hakimiyyət adlı gəminin sərnişinlərinin xilası olacaq. Qısa olaraq desək Quliyev ya sevgi ilə ya da nifrət ilə dönəcək. Onun hansı formada dönməsini isə zaman göstərəcək”. Mövzu ilə bağlı maraqlı tərəflərin də fikirlərini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam