Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq spiker Milli Şuranı "şumladı" - VİDEO

 

 

 “Cəmil Həsənlinin 65%-lə qələbə qazandığını deməsi...”
Xeberinfo.com:   Hazırda ABŞ-da mühacirətdə olan eks spiker Rəsul Quliyevin Facebookda növbəti sual-cavab şəklində olan videosu yayılıb. Məlumata görə, sabiq spiker özçəkim janrındakı videosunda Azərbaycan müxalifətini, xüsusən də Milli Şuranı sərt tənqid atəşinə tutub. O, iddia edib ki, Azərbaycanda müxalifət yoxdur.
R.Quliyev Milli Şuranı felən mövcud olmayan qurum elan edib: “ Keçmiş Ziyalılar Fondunun bir qrup şəxsi özlərini Milli Şura adlandırırlar.  Onlar özlərini Ziyalılar Fondu da adlandıra bilməzlər. Çünki o fondun iştirakçılarının 40%-i belə deyillər. Milli Şuranı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar. 
Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan Milli Şura Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyaları başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar. 
Milli Şura adlanan, əslində isə, Milli Şura olmayan AXCP-dən ibarət bu qurum 2013-14-cü illərdə Azərbaycanda müxalifətin olmamasını sadəcə həyata keçirdilər. Bu gün onların hansısa gücə malik olmasını söyləmək çətindir. Real gücü mən görmürəm. 2013-cü ilin prezident seçkilərindən sonra Cəmil Həsənlinin özünün 65%-lə qələbə çalmasını deməsi xarici aləmdə ikraha səbəb oldu. Hansı 65%-dən söhbət gedir? Deyirsiniz ki, seçkilər saxtalaşdırılıb, düzgün saymağa imkan olmayıb, o zaman hansı 65%-dən söhbət gedir?”.
Quliyev iqtisadi böhranla bağlı yaradılan Antiböhran Koalisiyasından da danışıb:  “Vaxtı ilə Milli Şuraya daxil olan 10-larla qurum böhranla bağlı “Antiböhran” Koalisiyası yaradıb. Milli Şura və parçalanmış AXCP hansı haqla bu qurumların gücündən güclü olduqlarını deyirlər? Bunu hansı əsasla deyirsiniz? ...İsa Qəmbər, Əli Kərimli, Cəmil Həsənlinin təşkilatçılıq və bacarıqlarına bələd deyiləm. 1993-cü ildən bu yana olan fəaliyyətlərinə baxaraq, onların liderlik rolunu oynayacaqlarına şübhəm var. Real vəziyyətdə bu şəxslər özlərini lider kimi göstərməyiblər. Hətta onlarla birlikdə olduğumuz 2005-13-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi”...
Sabiq spiker özünə video müsahibəsində "Etimad hökuməti" ideyasına da toxunub. Aşağıdakı videoda Rəsul Quliyevin çıxışının tam məzmunu var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam