Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Trans Anadolu boru xətti “Əsrin layihəsi”dir”

 

“İran gələcəkdə öz qazını TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər”

 

"Xeberinfo.com":  APA-nın “aljazeera.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov bildirib ki, Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir: “Hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır. Ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq. Ona görə də TANAP böyük layihədir. Digər tərəfdən  Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər”.
 
“Altılıq” ölkələri ilə Tehran arasında əldə olunan razılaşmadan danışan Ə. Həsənov bildirib ki, bu razılaşma bölgəyə müsbət təsir göstərəcək: “İran Qafqaz və Qara dəniz hövzəsinin geostrategiyasını, geosiyasətini və geoiqtisadiyyatını müəyyənləşdirən ən önəmli üç dövlətdən biridir. Biz bu dövlətlərin hər birinin Qərbdəki tərəfdaşlarımızla arasının yaxşı olmasını arzu edirik. Çünki vəziyyət bizi bəzən Avropa, ABŞ, İran, ya da Türkiyə, Rusiya, İran arasında seçim etmək məcburiyyətində qoyurdu. Münasibətlərin yaxşı olması təbii qaz və digər enerji qaynaqları baxımından əlaqələrimizə müsbət təsir göstərər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam