Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

""Cənub Qaz Dəhlizi”nin tikintisi nəzərdə tutulan qrafiki qabaqlayır"

 

Azərbaycan təbii qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”nin tikintisi qrafikdə nəzərdə tutulan vaxtla müqayisədə daha sürətlə aparılır.
 
"Xeberinfo.com":   “APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın “Sputnik” nəşrinə bildirib.
 
Nazirin sözlərinə görə, hazırda inşası davam etdirilən Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) Cənubi Qafqaz Boru Kəmərinin davamı olaraq İtaliya sərhədinə qədər uzanacaq Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) birləşəcək: “Bu işlər 2019-cu ilə qədər yekunlaşacaq. Hədəfimiz həmin il Türkiyəyə 6 milyard kubmetr qaz tədarük etməkdir. 2020-ci ildə isə Avropaya 10 milyard kubmetr həcmində qaz çatdıracağıq”.
 
N. Əliyev əlavə edib ki, bu kəmər Avropa üçün alternativ təbii qaz mənbələrini təmin edəcək: “Lakin bu, Avropa İttifaqı ölkələri tərəfindən alınan Rusiya qazının həcmi ilə müqayisə olunası həcmdə deyil. Avropa İttifaqı enerji resurslarının idxalını diversifikasiya edəcəyinə ümid edir. Hazırda Avropanın ümumi istehlakının təxminən 1/3-i Rusiya qazının payına düşür və onlar bu asılılığı azaltmaq istəyirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam