Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu bədnam qrup deyəsən söz anlamır...

 

 

           

                      Bədnam Minsk Qrupu bir daha Azərbaycana gəlməməlidir! 

Yenixeber.org: ATƏT-in bədnam Minsk Qrupunun həmsədrləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəvət edilmədən, 28 illik ermənipərəst mövqeləri səbəbindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış "status kvonu" saxlamaq cəhdlərindən utanmadan-dəvətsiz filansız, "üzlərinə salaraq" Azərbaycana gəlmişlər. Buna baxmayaraq cənab Prezident alicənablıq göstərərək onları qəbul etmiş, eyni zamanda dəvət edilmədiklərini onların nəzərinə çatdırmaqla diplomatik qaydada onlara ehtiyac olmadığını bildirmişdir. Ancaq bu üzdəniraq qurum, xüsusən Fransalı həmsədr, deyəsən öz ermənipərəst mövqeyindən çəkilmək fikrində deyil. Onlar hər bəhanə ilə ortalığa atılıb təcavüzkar, qatı türk düşməni olan, faşist təbiətli ermənilərə hansısa status almağa cəhd etmək, beləliklə də, Cənubi Qafqazı təsir dairələrində saxlamaq, bu alınmasa, heç olmasa bu coğrafiyada hansısa formada mövcud olmaq üçün erməni kartından istifadəni davam etdirmək istəyirlər. Amma onlar nəzərə almıırlar ki, Azərbaycanın mənfur düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə regionda olan satus -kvonu kökündən, geri dönmədən dəyişmişdir! Azərbaycan Prezidentinin qəbul əsnasında söylədiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, Minsk Qrupuna heç bir ehtiyac yoxdur! Bu bədnam qrup deyəsən söz anlamır, Azərbaycandan sonra Ermənistana gedəcəklərini bəyan etməklə öz "missiyalarını davam etdirməkdə" israrlı olduqlarını biruzə vermişlər. Ancaq qəti əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi anlayışı artıq yoxdur, ermənilərə isə heç bir status verilməyəcəkdir. Bu bədnam qrup bu həqiqəti anlamalıdır və bir daha Azərbaycana gəlməməlidir! Və əgər dəvət edilmədən gəlməyi bir daha özlərinə sığışdırmayacaqlarsa...

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam