Fransanın siyasi inhisarçılıq cəhdləri-ŞƏRH
Bəzi ermənipərəst Qərb dairələri 2+2 (Azərbaycan-Ermənistan + Türkiyə-Rusiya) formatından böyük ölçüdə artıq həll onunmuş Dağlıq Qarabağ münaqişəsini yenidən qızışdırmağa, Türkiyəni bu prosesdən uzaqlaşdırmağa, problemin "həllini" yenə də öz inhisarlarına almağa cəhd edirlər
Yenixeber.org: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhraman ordumuzun müzəffər yürüşü, şanlı qələbəsi qarşısında duruş gətiə bilməyən təcavüzkar, faşist, eyni zamanda miskin və qorxaq ermənilər, tam iflasa uğrayacaqlarını başa düşərək, atəşkəsin əldə olunması üçün RF prezidenti V.Putinə yalvararaq istəklərinə nail oldular. Məlumdur ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə Bəyanatını ilə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırıldığı elan edildi. Bu bəyanata uyğun olaraq münaqişə zonasında atəşkəsə nəzarət edilməsi Rusiyanın sülhməramlı qüvvələrinə həvalə edilmişdir. Eyni zamanda, atəşkəsə nəzarət Türkiyə ilə Rusiya silahlı qüvvələrinin birgə fəaliyyət göstərəcəyi Monitorinq Mərkəzi tərəfindən də həyata keçiriləcəkdir. Atəşkəsin əldə olunmasında və buna sülhsevər Azərbaycanın razılıq verilməsində əsas məqsəd, hələ də erməni işğalı altında olan əzəli və əbədi Azərbaycan torpaqlarının, əlavə itkilərə və dağıntılara yol vermədən, sülh yolu ilə azad edilməsidir. Dünyada heç bir dövlət (Ermənistan və onun Kim Kardaşyanla ekiz bacısı Fransa istisna olmaqla), o cümlədən Rusiya, Dağlıq Qarabağın Azərbaycanın əzəli və əbədi ərazisi olduğunu inkar etmir! RF Przidenti V.Pütin son açıqlamalarında da dəfələrlə bunu açıq şəkildə elan etmişdir. Bəyanatla əldə eilmiş razılaşmaya uyğun olaraq Ağdam rayonu artıq işğaldan azad edilmiş, Kəlbəcər və Laçın rayonlarında bu proses davam etməkdədir. Ancaq Dağlıq Qarabağın ermənilərin nəzarətində qalan Xankəndində, Xocavənddə, Xocalıda, Ağdərədə erməni faşistləri "at oynadırlar". Onlar hələ də özlərini üzdəniraq "Arsax respublikasının" sahibi kimi aparırlar. Cinayətkar Arayik Arutyunyan hələ də özünü bu üzdəniraq "respublikanın" "prezidenti" hesab edir, rus sülhməramlılarla birlikdə dağılmış ərazilərin bərpasına rəhbərlik edir, qaçqın ermənilərin geri dönməsini təşkil və ona nəzarət edir!? Bu cinayətkar nəinki Azərbaycan torpaqlarında sərbəst hərəkət edir, istədiyi vaxt Ermənistana da gedir və burada da özünü "Arsaxın prezidenti" kimi aparır. "NEWS.am" erməni saytının 22 noyabrda verdiyi məlumata görə Ermənistanda olan cinayətkar Arayik Arutyunyan son 5 gündə 25000 erməninin Qarabağa geri döndüyünü bildirib. Erməni KİV-nin yaydığı məlumatlardan göründüyü kimi, üzdəniraq "Arsax"ın digər "rəhbərləri" də, "iş başındadırlar". Belə ki, "Sputnik Armeniya" saytının yaydığı məlumata görə özünü üzdəniraq "Arsax"ın polis rəyisi hesab edən general-mayor Aşot Akopljanyan 22 noyabrda Xankəndi-Gorus yolunda quraşdırılmış keçid məntəqəsinə baş çəkmiş (?), vəziyyətlə yerində tanış olmuş, tabeçiliyində olan (?) əməkdaşları ilə vəziyyəti yerində müzakirə etmiş və müvafiq tapşırıqlarını (?) vermişdir!? Təəssüf ki, erməni seperatçılarının hələ də "Artsax"ı üzdəniraq "dövlət", özlərini isə Dağlıq Qarabağda söz sahibi hesab etmələrinə dair xəbərlər yetərincədir. Hər şeydən göründüyü kimi, işğalçı, təcavüzkar erməniləri bu cür hərəkətlərə "cəsarətləndirən" (özlərinə qalsa onlar bu cəsarətin sahibi deyillər) ərazidə fəaliyyət göstərən sülhməramlıların öz mandatlarını aşan hrəkətlərə yol verməsi, Fransa başda olmaqla bəzi ermənipərəst Qərb dairələrinin bədnam, "ölü" Minsk Qrupunu dirçəldərək ən azı Dağlıq Qarabağın hələ də ermənilərin nəzarətində olan hissəsində seperatçılara hansısa status verməyə cəhd etmələri, ermənilərə hansısa ümid vermələridir. Bu bədnam dairələr öz məkirli niyyətlərinin baş tutmasında qüvvətli, qalib Azərbaycanla birlikdə Türkiyəni başlıca maneə hesab edirlər. Ona görə də, bütün qüvvələrini cəmləyərək, 2+2 (Azərbaycan-Ermənistan + Türkiyə-Rusiya) formatından artıq böyük ölçüdə həll onunmuş Dağlıq Qarabağ münaqişəsini yenidən qızışdırmağa, Türkiyəni bu prosesdən uzaqlaşdırmağa, problemin "həllini" yenə də öz inhisarlarına almağa (?) cəhd edirlər. Ancaq qəti inanırıq ki, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə hərb meydanında qəti qələbə çalan Azərbaycan, onların bu cəhdlərinin qarşısını qətiyyətlə alacaq, diplomatik-siyasi meydandan da, yenə də Türkiyənin dəstəyi ilə, qələbə çalaçaq, hələ də mənfur düşmənlərin tapdağı altında olan torpaqlarımızda seperatçılığa birdəfəlik son qoyacaqdır!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri