Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dağlıq Qarabağ probleminin həlli yolu-ŞƏRH

 Dağlıq Qarabağ probleminin həllinin yalnız bir yolu -hərb yolu-vardır və bütün Azərbaycan xalqı Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyir!

Yenixeber.org: İyul ayının 24-də ATƏT-in Minsk Qrupunun həmsədrləri nəhayət ki, qəflət yuxusndan oyanıb və Ermənistanın 12-15 iyul tarixlərində Azərbaycanla sərhəddə törətdiyi təcavüz hərəkətləri nəticəsində baş verən sərhəd müharibəsinə "münasibət" bildirən bəyanat veriblər. Bəyanatda 16 iyul tarixdən etibarən Azərbaycan-Ermənistan sərhəddi boyunca nisbi sakitliyin bərqərar olması alqışlanır. Ermənipərəst xristian üçlüyünün təmsil olunduğu bu üzdəniraq Qrupun təmsilçiləri yenə də ənənələrinə sadiq qalaraq təcavüzün səbəblərinə aydınlıq gətirmək, onların aradan qaldırılması üçün təcavüzkar Ermənistanın cilovlanmasına yönəlik təkliflər vermək əvəzinə, özlərinin çətiri altında sülh danışıqlarının bərpa edilməsi zərurətindən dəm vururlar. Təcavüzkarı, işğalçını, təxribatçını dəqiq göstərmək əvəzinə erməni konyakının məst etdiyi həmsədrlər yenə də təcavüzkarla təcavüzə məruz qalan tərəflər arasında balanslaşdırma siyasətlərini davam etdirərək qeyd edirlər ki: "...bu həssas dövrdə təxribatçı bəyanatlardan və hərəkətlərdən, o cümlədən mülki əhaliyə və ya həyati vacib infrastruktura yönəlmiş hədədən və ya ehtimal olunan təhdidlərdən çəkinmək hədsiz vacibdir". Riyakarlığın həddini aşdığınızın fərqində deyisinizmi cənab həmsədrlər? Azərbaycan haçan Ermənistanın mülki əhalisini, onun infrastruktur obyektlərini, özü də Azərbaycan-Ermənistan sərhəddi boyunca, hədəfə alıb?

Dağlıq Qarabağ müharibəsinin (münqişəsinin yox!) nəticələrinin sülh yolu ilə aradan qaldırılması məqsədi ilə yaradılmış üzdəniraq Minsk Qrupunun həmsədrlərinin öz mandatlarına uyğun hərəkət etmək əvəzinə fəaliyyətə olduğu bütün dövr ərzidə müharibənin nəticələrinin dondurulmasına çalışdıqları gün kimi aydın deyilmi? BMT, ATƏT və Aİ-nın atəşkəs rejiminə ciddi riayət edilməsi (təqsirkarı göstərmədən!) və həmsədrlərin nəzarəti altında (!) dialoqun pərpasına çağırışlarından ruhlanan, fəaliyyətdə olduqları müddət ərzində qeyd edilən problemin həlli istiqamətində heç bir addım atmayan, əslində onun həllinə mane olan bu həmsədrlər bəyanatlarında həyasızcasına qeyd edirlər ki: "Biz, məsuliyyəti başqalarının üzərinə atmaqla bu günlərdə gərginliyə səbəb olan bəyanatların deyil, xüsusi olaraq tərəfləri gərginliyin azalmasına yönələn bu cür müdaxilənin vacibliyini qeyd edirik". Həmsədrlər yenə də utanmadan qeyd edirlər ki, "sülh danışıqlarının"(!) davam etdirilməsi üçün "... istənilən vaxt liderlər və ya onların nümayəndələri ilə görüşməyə hazırdırlar".

Həmsədrlərin qeyd edilən bəyanatı göstərir ki, onlar güya fəaliyyətdə olduğu dövrdə hansısa müsbət işlər gördüyündən onları tənqid etmək olmaz və Dağlıq Qarabağ probleminin həll edilməməsinin səbəbkarı onlar deyil!? Onlar fərqində deyillər ki, artıq Minsk Qrupunun fəaliyyəti ifalasa uğrayıb? Bu cənabların nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycan xalqı bu günlərdə işğalla barışmayacağnı bir daha əyani şəkildə bütün dünyaya bəyan etmişdir! Xalqın bu iradəsini əsas tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyul ayının 2-də həmsədrlərin fəaliyyətini haqlı olaraq tənqid etmiş, onların apardıqları görüşlərin heç bir nəticə vermədiyini vurğulamış və Azərbaycanın bu gür görüşlərin keçirlməsində maraqlı olmadığını qeyd etmişdir. Ermənistanın son günlərdə törətdiyi təxribatlar, yeni əraziləri işğal etmək cəhdi bir daha göstərdi ki, Dağlıq Qarabağ probleminin Minsk Qrupunun çətiri altında aparılacaq danışıqlar yolu ilə həll edilməsinin heç bir perspektivi yoxdur! Dağlıq Qarabağ probleminin həllinin yalnız bir yolu -hərb yolu-vardır və bütün Azərbaycan xalqı Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyir!

Teyyub Qənioğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam