Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı-Tbilisi-Qars dəmir yolu -getdikcə daha strateji xarakter kəsb edir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu getdikcə daha strateji xarakter kəsb edir. Bu barədə özəl olaraq Trend-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildiriblər.

Yenixeber.org: Nazirlikdən qeyd ediblər ki, Bakı-Tbilisi-Qars dəmir yolu Marmara tuneli vasitəsilə Asiya və Avropanı birləşdirir ki, bunu bariz nümunəsi də bu gün Çindən gələn, BTQ vasitəsilə Avropaya hərəkət edən "China Railway Express" yük qatarıdır:

"Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunu yaratmaqla Asiya və Avopanı birləşdirə bildi".

Qeyd edək ki, bu gün Ankarada Çindən Avropaya BTQ vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarının qarşılanması münasibətilə təntənəli mərasim keçiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.

Bakı-Tbilisi-Qars Azərbaycan vasitəsi ilə Çindən Avropaya malların çatdırılmasının müddətini əhəmiyyətli dərəcədə qısaldır. Bu isə marşrutu xüsusilə cəlbedici edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam