Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Devalvasiya ilə bağlı tədbirlər paketi hazırlanır"

 

"Hökumət çox güman ki, manatın devalvasiyasından sonra yaranmış vəziyyətə bağlı tədbirlər paketi hazırlayır.Manatın bahalaşması və neftin qiymətinin qalxması ehtimalı azdır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar öz əksini tapmalıdır”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında deyib.
Onun sözlərinə görə, dolların kəskin bahalaşması və neftin ucuzlaşması gözlənilmir: “Dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb. Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda, qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq”.
Deputat bildirib ki, idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazımdır. Onun fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır:“Dövlət Neft Fondunun 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir”.
Əli Məsimli bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladaraq qeyd edib ki, hökumət tərəfindən ərzaq təhlükəsizliyi ilə bağlı işlər görülür: “Özümüzə lazım olan ərzaq məhsullarının 80-85 faizini istehsal edirik. Ancaq taxılçılıq sahəsində bu göstərici 65 faiz civarındadır. Bu göstərici dövlət üçün aşağıdır. Təkcə Şəkidə Əyricay çay olan ərazidə su anbarının yaradılması 16 min hektardan çox torpağın suvarma dövriyyəsinə daxil edilməsinə imkan verəcək ki, bu da taxıl ehtiyatının artırılmasına şərait yaradacaq”.

Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam