Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Manatın məzənnəsi seçkilərə qədər sabit olacaq?

 

Ekspertlər bildirirlər ki, bahalaşma ilə bağlı uzunmüddətli nəticələr çıxarmaq olmaz; Rəsmilər isə qeyd edirlər ki, hökumət kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır

 

Milli valyuta olan manatın aqibəti sual altındadır. Fevral devalvasiyasından ötən iki ay ərzində dəfələrlə yeni devalvasiya barədə bədbin proqnozlar səslənib. Əksər ekspertlər yeni devalvasiyanın olacağını istisna etməsələr də, vaxtı dəqiqləşdirməkdə qərarlı deyillər. 
Həmçinin, devalvasiyadan sonra dollarla götürülən kreditlərin məsələsi də həll olunmamış qalıb. İctimaiyyət isə mayın 7-də Konstitusiya Məhkəməsinin verəcəyi qərarı gözləyir. 
Son olaraq, Prezident İlham Əliyev də manatın durumundan danışıb: “Əminəm ki, Azərbaycan Asiya İnkişaf Bankının dəstəyi ilə daha böyük inkişafa imza atacaq”. 
Dövlət başçısı İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik toplantısında çıxışı zamanı belə deyib. 
Prezident manatın vəziyyətindən də danışıb: “Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafı üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”. 
 
Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Azərbaycan hazırda tam olaraq bazar iqtisadiyyatına keçmiş bir ölkədir və bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda özünü biruzə verir: “Azərbaycanın milli valyutası olan manatın məzənnəsində də biz bunu müşahidə edirik. Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə əlaqədardır. Əvvəlki illərdə biz manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdıq. Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyəti mənfi təsirlərə məruz qalmasın”. 
S.Şərifov qeyd edib ki, gələcəkdə də manatın məzənnəsi “bazarda baş verən hadisələr”dən asılı olaraq dəyişəcək. Nazir bunu normal hal hesab edir. Bununla yanaşı, S.Şərifov qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır.
Ekspertlər isə bildirirlər ki, neftin bahalaşma xəbərləri manatın devalvasiyası qərarını təxirə salır. Yəni neftin bahalaşması və dolların ucuzlaşması manat üçün əlverişli şərait yaradır. Həmçinin, Rusiyada rublun bahalaşması da manatın xeyrinədir. 
Əksər ekspertlər qeyd edirlər ki, bu gün manatla bağlı baş verən proseslər nəticəsində uzunmüddətli nəticələr çıxarmaq tezdir. Çünki neftin bahalaşmasının davamlı olacağı gözlənilmir. Eyni zamanda, qeyd edilir ki, hökumət ən azı bu il keçiriləcək seçkilərə qədər manatı ucuzlaşdırmamağa çalışacaq. 
Bəzi ekspertlər isə qeyd edirlər ki, manatla bağlı mayın 7-də veriləcək qərar problemin həllinə köməklik edəcək. Yəni manatın rolu artacaq. 
Qeyd edək ki, mayın 7-də Konstitusiya Məhkəməsi dollarla götürülən kreditlərin necə qaytarılacağı barədə qərar verməli, məsələyə aydınlıq gətirməlidir. Konstitusiya Məhkəməsinə məsələ ilə bağlı rəy təqdim edən ekspert Əkrəm Həsənov bildirib ki, qərar layihəsinin müəyyən sosial-iqtisadi kompromisə nail olmağa xidmət edəcəyinə ümid edir: “Yəni hüquqi və vətəndaş mövqeyim üst-üstə düşür. Deməli, mayın 7-də KM Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərhi çərçivəsində 2 suala cavab verməlidir: xarici valyutada kredit vermək qanunidirmi? Xarici valyutada verilən kredit hansı məzənnə ilə manatla qaytarılmalıdır? Qabaqcıl ölkələrdə hər iki sualın cavabı bankların xeyrinə olardı. Lakin bizim qanunvericilik qüsurludur. Buna görə də birinci sualın cavabı birmənalı olaraq bankların xeyrinə deyil. Çünki xarici valyutada kredit vermək və əmanət qəbul etmək qanunsuzdur. İkinci sualın cavabı isə əksinə, bankların xeyrinədir: kredit cari məzənnə ilə qaytarılmalıdır”. 
Ekspertin sözlərinə görə, bu o deməkdir ki, xarici valyutada bağlanmış kredit və əmanət müqavilələri etibarsızdır: “Buna görə də tərəflər bir-birindən aldığını geri qaytarmalıdır. Yəni kredit müqaviləsi üzrə borclu banka kredit məbləğini, bank isə ona ödənilmiş faiz və komisyon haqlarını qaytarmalıdır. Əmanət müqaviləsi üzrə isə bank əmanətçiyə əmanət məbləğini, əmanətçi banka ona ödənilmiş faizləri qaytarmalıdır. Lakin nəzərə alaraq ki, borclu kredit vəsaitindən, bank isə əmanət məbləğindən müəyyən dövr ərzində istifadə ediblər. Həmin dövr üçün faizlər ödənilməlidir. Amma müqavilədə nəzərdə tutulan dərəcə ilə deyil, uçot dərəcəsi ilə...” 
O, qeyd edib ki, təklif edilən qərar nəticəsində ən çox itkiyə məruz qalan banklar olacaq: “Mənim təklifimin iqtisadi nəticələrini bu və ya digər şəkildə dəyişmək kimi arqumentlər mənasızdır. Son söz isə təbii ki, Konstitusiya Məhkəməsinə məxsusdur. Ümid edirəm, məhkəmə təklifimdən fərqli qərar verdiyi təqdirdə, onu kifayət qədər dolğun və inandırıcı şəkildə əsaslandıracaq”.

 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam