Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın İsrail silahı qorxusu –İRƏVANIN SƏFİRİ "FEYK" MƏLUMATLAR YAYIR

Tovah Lazaroff

“Jerusalem Post”, 06.10.2020

 

Yenixeber.org: Ermənistanın İsraildəki səfiri Armen Smbatyan “The Jerusalem Post” qəzetinə verdiyi açıqlamada bildirib ki, iki ölkə arasında artıq 9 gündür davam edən döyüşlər gücləndiyindən, İsrail Azərbaycana silah satışını dayandıra bilər: “İnanıram ki, beynəlxalq təşkilatların və bir dövlətlərin təcili olaraq gərginliyi azaltmaq müraciəti sayəsində İsrail Azərbaycana silah satışını dayandıracaq”.

Smbatyan deyib: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə alternativ yoxdur və bütün regional ölkələr Dağlıq Qarabağdakı vəziyyətin sabitləşməsinə öz töhfələrini verməlidirlər. Mülki əhali də daxil olmaqla, hər gün itki sayı artır. Azərbaycan hərbi əməliyyatları dayandırmalı və bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqlar masasına qayıtmalıdır”.

Səfir Smbatyan erməni xəbər agentliyi “Faktor”a da oxşar şərh verib.

Keçən həftə Ermənistan hökuməti ona qarşı istifadə olunan İsrail istehsalı silahların, o cümlədən pilotsuz təyyarələrin Azərbaycana satılmasına etiraz olaraq məsləhətləşmələr üçün səfiri geri çağırıb.

İsrail Xarici İşlər Nazirliyi Smbatyanın sözlərini və ya Qüdsün müdafiə məsələləri ilə əlaqədar ixrac siyasətini şərh etməyəcəyini bildirib.

Ermənistanla Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ ərazisində sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb. İsrail hər iki ölkə ilə güclü əlaqələrə malikdir və münaqişədə bitərəf qalmağa çalışsa da, neft tədarükünün 40%-i Azərbaycan hesabınadır və bu, həmin ölkə ilə əlaqələri xüsusilə vacib edir.

İsrailin Azərbaycana silah satışı Ermənistanı dəstəkləyən Rusiyanın və Azərbaycanı dəstəkləyən Türkiyənin cəlb olunduğu qarşıdurmada Qüdsün bitərəf mövqe tutmasını da çətinləşdirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasında xarici KİV-lərlə iş sektorunun müdiri Fuad Axundov “The Jerusalem Post”-a açıqlamasında silah satışlarının dayandırılacağı ilə bağlı istənilən xəbərin saxta olduğunu və ölkəsinin İsraillə sıx əlaqələri yüksək qiymətləndirdiyini bildirib: “İsrail tərəfdaşımızdır, bu tərəfdaşlığın bir hissəsi olaraq Azərbaycanın İsraillə hərbi texnika almaq üçün müqavilələri var, lakin müqavilələr yalnız texnika ilə əlaqəlidir və bundan artığını nəzərdə tutmur”.

Axundov “təcavüzkar” adlandırdığı Ermənistanla döyüşdə İsrail dronlarından istifadə edildiyini təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan bir zamanlar təhrik edilən Ermənistandan ərazilərini geri alıb və bu ərazilərə haqqı beynəlxalq hüquqla dəstəklənib. “Biz erməni xalqına qarşı mübarizə aparmırıq”.

Axundov bildirib ki, Ermənistan həm Rusiyanı, həm də Türkiyəni münaqişəyə cəlb etmək istəyir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsi ilə Ermənistanın Rusiya ilə hərbi müqaviləsi var və bu müqaviləyə əsasən, müəyyən vəziyyətlərdə Moskva onun köməyinə gəlməlidir.

Həm Ermənistan, həm də Azərbaycan döyüşlərin doqquzuncu günü bir-birini mülki ərazilərə hücum etməkdə günahlandırıb, bu, son 25 ildə Cənubi Qafqaz bölgəsində ən ölümcül toqquşmadır.

Beynəlxalq hüquq normalarına görə, Azərbaycana aid olan, lakin etnik ermənilər tərəfindən idarə olunan dağlıq anklav Qarabağ uğrunda müharibədə yüzlərlə insan öldürülüb.

Həftəsonu döyüşlər intensivləşib və Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışında kompromissə yer saxlamayıb. Televiziya ilə xalqa müraciətində Əliyev Azərbaycan qüvvələrinin 1990-cı illərin əvvəllərində itirilən ərazilərdə irəlilədiyini və onları geri aldığını söyləyib. Baxmayaraq ki, Ermənistan bu qələbələri təkzib edir.

O, Ermənistan qarşısında Dağlıq Qarabağdan və ətraf bölgələrdən geri çəkilmə üçün cədvəl müəyyənləşdirmə tələb edib və bu baş verənə qədər Azərbaycanın hərbi əməliyyatları dayandırmayacağını bildirib: “Azərbaycanın bir şərti var, o da ərazilərinin azad edilməsidir. Dağlıq Qarabağ Azərbaycanındır”.

Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan deyib: “İrəvan üçün hər hansı bir risk olduğunu düşünmürəm, amma hər halda müharibə vəziyyətindəyik”.

Döyüşlər boru kəmərlərinin Azərbaycan neftini və qazını dünya bazarlarına çatdırdığı Cənubi Qafqazda sabitliyin pozula, habelə Rusiya və Türkiyə daxil olmaqla, digər regional güclərin münaqişəyə sürüklənə biləcəyi ilə bağlı beynəlxalq birliyin narahatlığını artırıb.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam