Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“PUTİN NAVALNINI ZƏHƏRLƏYƏNDƏN SONRA...” –Moskvanın böyük önəm verdiyi layihə şübhə altına düşür

Baltik dənizinin dibi ilə çəkilən və uzunluğu 1234 kilometr olan “Şimal axını-2” qaz kəmərinin tikintisinə başlanan ilk gündən ABŞ administrasiyası bunun qəti əleyhdarı olub.

Yenixeber.org: Amerika həmin layihəyə etiraz etməklə qarşısına bir neçə məqsəd qoyub. Ağ Ev ABŞ-da çıxarılan şist qazını sıxılmış təbii qaz halına salaraq Avropya satmaq niyyətindədir və ona görə də Almaniya kimi böyük iqtisadi gücün Rusiyadan təbii qaz almasını əngəlləməyə çalışır. Digər yandan isə Almaniya ilə Rusiyanın yaxınlaşması ABŞ-ın geostrateji maraqlarına cavab vermir və Polşadan istifadə etməklə Almaniya ilə Rusiya arasında bufer zona yaradılır. ABŞ prezidenti Donald Trampın Polşaya əsgər yerləşdirməsi müəyyən mənada bu məqsədə xidmət edir. Amerika üçün Ukrayna çox önəmli strateji məkandır və ona görə də onlar Rusiyanın Ukraynadan yan keçməklə Avropaya qaz ötürməsi planını da pozmaq istəyirlər.

Hazırda dünya mətbuatında Rusiyadan Avropaya tədarük edilən təbii qaz ətrafında ciddi polemika gedir. Bunu nəzərə alaraq sözügedən məsələ ilə bağlı Almaniyanın “Die Tageszeitung” qəzetində və ABŞ-ın “Washington Examiner” saytında gedən məqalələri diqqətinizə çatdırırıq.

Almaniyanın “Die Tageszeitung” qəzetinin “Rusiya qazı alternativsiz deyil” başlıqlı məqaləsində energetika üzrə ekspertlər mövcud vəziyyəti dəyərləndirirlər.

Həmin məqalədə deyilir: “Almaniya “Şimal axını-2” axınını dayandırmağı özünə rəva görə bilərmi? Energetika üzrə mütəxəssislər bu məsələdə yekdil fikirdə deyillər. 2009-cu ilin yanvar ayında soyuq qış tüğyan edəndə Avropa Rusiya qazından məhrum qalmışdı. Qaz təchizatı Avstriyaya qədər kəsilmişdi, KİV-lər isə qaz anbarlarındakı ehtiyatın nə vaxta kimi kifayət edəcəyi barədə təxminlər irəli sürürdülər.

Enerji məsələləri üzrə Almaniyanın iqtisadi araşdırmalar institutunun eksperti Klaudiya Kemfert bildirib ki, Avropa keçmişdə baş verənlərdən dərs çıxarıb və Sıxılmış Təbii Qaz şəbəkəsini genişləndirib, böyük qaz anbarları yaradıb və ona görə də Rusiya qaz tədarükünü tam dayandırsa da, təchizatda problem olmayacaq.

K.Kemfert daha sonra deyib: ”Şimal axını-2-nin tikintisində Rusiyanın başlıca motivi yalnız geostratejidir və məqsəd Ukraynadan yan keçməkdir. Baltik dənizinin dibi ilə əlavə xətt çəkməyə böyük ehtiyac yoxdur. Çünki Avropanın qaza olan tələbatı artmır və mövcud qaz infrastrukturu kifayət edir”.

Bu layihə həmçinin sənaye iqtisadiyyatı nöqteyi-nəzərindən də məqsədəuyğun sayılmır. Almaniya iqtisadiyyatının şərq komitəsi qeyd edir ki, Rusiya təbii qazına alternativ ABŞ şist qazı, Rusiyadan və Qətərdən gələn Sıxılmış Təbii Qaz və ya Əlcəzairdən, Liviyadan, Azərbaycandan Avropaya çəkilən boru kəməri qazıdır.

Almaniyanın Şərq komitəsinin sədri Lover Hermes bildirib: ”İstənilən halda bazardakı qaz təklifi az, təbii qaz alıcıları üçün qiymətlər isə yüksək olacaq”.

ABŞ-ın “Washington Examiner” saytı isə ictimai fəal və araşdırmaçı-jurnalist Aleksey Navalnının zəhərlənməsinə cavab kimi “Şimal axını-2”-nin dayandırılmasının vacibliyinə toxunur.

”Washington Examiner” yazır: “Vladimir Putin araşdırmaçı jurnalist Aleksey Navalnını zəhərlədikdən sonra Avropadakı əhval-ruhiyyəni nəzərə alsaq, dövlət katibi Mayk Pompeo Avropaya yollanmalı və Avropa Birliyini “Şimal-axını-2” qaz kəmərinin tikintisini ləğv etməyə çağırmalıdır. Tramp administrasiyası ədalətli olaraq Rusiyanın qaz kəmərinə qarşı çıxır və hesab edirlər ki, bu, Putinə qaz şantajına əl atmağa imkan verir.

Əgər bu layihə işə düşərsə, onda bu, Putinə soyuq qış aylarında Avropadan siyasi güzəştlər əldə etmək şansı yarada bilər. Amma indi Rusiyanın problemləri yaranıb. Navalnının “Noviçok” tipindən olan sinir-işflic maddəsiylə zəhərlənməsinə reaksiya verən Avropa liderləri qaz kəmərinin yekunlaşdırılması məsələsinə yenidən baxırlar.

Məsələ ilə əlaqədar 28 avqustda Fransa prezidenti Emmanuel Makron bildirmişdi: ”Mən hesab etmirəm ki, bizim Rusiyaya qarşı istifadə edəcəyimiz yanaşma sadəlövh olmalıdır və mən fikirləşirəm ki, atacağımız addımlar Rusiyadan asılılığımızı azaltmalıdır. Mən həmişə “Şimal-axını-2” layihəsinə şübhə duymuşam. Kansler Merkel bunu bilir”.

Tramp administrasiyası bu yeni impulsdan istifadə etməlidir. Yaxın on illər ərzində Avropanın enerji təhlükəsizliyi məsələsində Putinə arxayın olması tam yersizdir.

Mayk Pompeo aydın şəkildə bildirməlidir ki, insan haqlarına dəyər vermək istəyən avropalılar Amerikadan qətiyyətli dəstək gələcəyinə əmin ola bilərlər. Pompeo bağlı qapı arxasında aydın izah etməlidir ki, prezident Tramp “Şimal axını-2” layihəsinə bəraət qazandıran və ya onun tikilib başa çatmasına kömək göstərən istənilən Avropa şirkətinə qarşı sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq. Navalnı ilə baş vermiş hadisə həyəcan siqnalıdır. Avropa üçün Moskvanın zəhərlənmiş enerji vintilini bağlama vaxtı gəlib çatıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam