Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Xarici siyasət paradoksları-ŞƏRH

 

 Azərbaycanın Rusiya ilə münasibətlərində ziddiyyətli xətt müşahidə olunur, gah istiləşmə, gah da soyuqlaşma baş verir

Yenixeber.org: Azərbaycan və Rusiya arasında problemlər artıq rəsmi Bakı tərəfindən ən yüksək səviyyədə dilə gətirilir. Kreml kartları açıq oynayır: Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirməsinə baxmayaraq, Ermənistanın təcavüzkar siyasətini dəstəkləyir, onu müasir silahlarla, hərbi texnika ilə təmin edir.

Tovuzda baş verən toqquşmalardan sonra Azərbaycan dövləti prezidenti səviyyəsində Rusiyaya etirazını bildirsə də, xarici siyasətində bu etirazdan irəli gələn diplomatik addımlar atmadı. Səfirin XİN-ə dəvət olunub, ona nota təqdim edilməsi, planda olan birgə fəaliyyətlərdən (hərbi oyunlar və s.) imtina baş vermədi. Bakı buxtasında Rusiya hərbi gəmilərinin duz-çörəklə, milli rəqslərlə qarşılanması cəmiyyətdə məyusluq yaratdı. Bu hadisənin ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya təşrif buyurub, bəzi açıqlamalar verdi. Ermənistana ötürülən silahların əslində oradakı 102-ci Rusiya hərbi bazasının təmiri üçün lazım olan tikinti materialları olduğunu deməsi isə Kremlin Azərbaycanın etirazlarını çox da ciddiyə almadığını göstərirdi. Səfər zamanı Şoyqu soyuq münasibətlə üzləşmədi, prezident tərəfindən qəbul edildi, hətta Bakıda restoranların birində onun şərəfinə ziyafət də verildi. Yalnız Şoyqu Bakını tərk etdikdən sonra prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev Rusiyanın izahatlarının rəsmi Bakını qane etmədiyini açıqladı…

Məsələ hələ də gündəmdən çıxmayıb. Sentyabrın 2-də Yunanıstan səfirinin etimadnaməsini qəbul edən prezident İlham Əliyev onunla söhbətdə mövzuya yenidən qayıdıb:

“…Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, – dünən sonuncu uçuş idi, – Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımız qarşısında da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki, bu, Azərbaycan üçün mühüm təhdid törədir, bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər…”

Prezidentin dedikləri əlbəttə, Azərbaycanın Rusiyadan ciddi narazılığının ifadəsidir. Amma xarici siyasətdə atılan addımlar yenə də bu bəyanatlarla üst-üstə düşmür. Rusiyanın “Nezavisimaya qazeta” nəşrində “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” sərlövhəli məqalə dərc olunur, Azərbaycan Müdafiə Nazirliyi bu sifarişli yazıya görə bəyanat yayır və orada qeyd olunur:

“Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Ölkə ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur…”

Bəyanatda məqalədə yer alan uydurma məlumatların təkzib olunması normaldır. Amma Türkiyəyə işarə edərək “Azərbaycanda heç bir ölkənin hərbi bazası yoxdur” cümləsi Rusiyanın addımlarına qətiyyən adekvat deyil. Buradan belə nəticə çıxarmaq mümkündür ki, Rusiya Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimlərindən ciddi şəkildə narahatdır və Ankaranın regionda hərbi-siyasi fəallığını, Bakının ona şərait yaratmasını qətiyyən arzulamır. Yəqin ki, Sergey Şoyqu Bakıdakı görüşlərində bu məsələni qaldırıb. Müdafiə Nazirliyinin açıqlaması həm də buna cavab xarakteri daşıyır. Halbuki açıqlamada Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafının hər iki tərəfin suveren hüququ olduğu vurğulana bilərdi. Üçüncü tərəfin bu əməkdaşlığa müdaxilə edərək Azərbaycana nəyisə diktə etməyə haqqı çatmır.  Lakin bu mövqe ifadə olunmadı.

Bunun ardınca atılan addımlar isə xarici siyasətdəki paradoksları bir qədər də artırır. Məlum olduğu kimi, sentyabrın 4-də Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirlərinin görüşü olacaq. Görüşdə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edəcək. Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə edilməlidir.

                                         Söhbət hansı əməkdaşlıqdan gedir?

Bakı bundan sonra Rusiya ilə hərbi sahədə tərəfdaşlığın inkişafını necə təsəvvür edir, bu, müəmmalıdır. Bir tərəfdən ölkə prezidenti bəyan edir ki, dünənə qədər Ermənistana silah-sursat daşınması davam edib, digər tərəfdən, nazir Zakir Həsənov Rusiyanın lideri (MDB) və aktiv üzvü (ŞƏT) olduğu qurumların iclasına qatılır. Bu görüşdə Azərbaycanı maraqlandıran hansısa məsələlərin müzakirə olunacağı gözlənilmir.  Gündəlikdə əsas mövzu Belarusda baş verən hadisələrdir, Rusiya və Çin yəqin ki, avtoritar tərəfdaşlarını vəziyyətdən çıxarmağı və Qərbin təsirinə qarşı hansısa sinxron addımların atılmasını müzakirə edəcəklıər.

Prezident İlham Əliyev Yunanıstan səfiri ilə görüşdə açıq şəkildə, hətta diplomatik dildən kənara çıxmaqla Azərbaycanın Türkiyəni dəstəklədiyini bəyan etdi. Prezident buna səbəb olan amilləri sıraladı və Türkiyənin bizim üçün qardaş ölkə olduğunu xüsusi vurğuladı. Haqlı mövqedir. Məntiqlə, eyni ritorikanı Rusiya rəsmiləri ilə görüşlərdə təkrarlamağın, hətta balans siyasətinə yenidən baxmağın vaxtı çatıb. Amma belə görünür ki, rəsmi Bakı hələ buna risk eləmir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam