Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-ın Avropa Birliyini çökdürmək ssenarisi: “Qoca qitə” dərin böhrana sürüklənir

 Ağ Ev Avropanın Rusiya ilə enerji bağlantılarını kəsməyə çalışmaqla yanaşı, Almaniyanı da iqtisadi cəhətdən zəiflədib, çıxılmaz vəziyyətə salmağa çalışır

Yenixeber.org: Dünya yenidən dizayn edilir. Bu, artıq şübhə doğurmayan bir reallıqdır. Səhnəarxası “dərin güclər”in hər bir dövlət üçün bir duruş yeri müəyyənləşdirdikləri iddia olunur. Və hazırda müəyyən mənada, hər bir dövlətin ona ayrılmış yerə “itələnib”, yerləşdirilməsi prosesinə ilkin hazırlıq prosesinin start götürdüyü müşahidə edilir.

Bu prosesdə ABŞ “dərin güclər”in ixtiyarındakı əsas sıxışdırma mexanizmi kimi görünür. Belə ki, Ağ Evin dünya dövlətləri və beynəlxalq siyasi proseslər üzərində inkaredilməz təsir gücü var. Və belə bir supergücün yaradılmasının özbaşına mümkün olduğuna inanmaq sadəlövhlük olardı. Hər halda, ABŞ-ın yaranması və inkişaf edib, superdövlətə çevrilməsinin tarixi faktorlarına diqqət yetirdikdə müəyyən nəticələr çıxartmaq mümkünüdür.

Hazırda ABŞ dünyanın siyasi-iqtisadi poliqonunda “hücumda oynama” modelinə üstünlük verir. Ağ Ev demək olar ki, dünyanın nəhəng dövlətlərini və qurumlarını hədəfə almış durumdadır. Belə ki, Çin və Rusiya sıxışdırılır, bu iki dövlətin təsir dairələrinin məhdudlaşdırılmasına cəhd göstərilir. BMT-nin tədricən beynəlxalq siyasət səhnəsindən çıxarılmasına yönəlik addımlar atılır. Ümumdünya Səhiyyə Təşkilatının əsas maliyyə qaynağından məhrum olunaraq, ləğvinə çalışılır.

avropaa.jpg (89 KB)

Son dövrlərdəsə, Ağ Evin əsas hədəfləri sırasına Almaniya da əlavə edilmiş kimi görünür. Ancaq Almaniya hədəfə alınması qarşıdurmanın üzdə görünən tərəfidir. Belə ki, əslində, əsas hədəf məhz Avropa Birliyidir. Çünki bu nüfuzlu beynəlxalq qurum ABŞ üzərindən reallaşdırılmasına cəhd göstərilən bir çox qlobal mənfəət layihələrinin qarşısında əsas əngəl kimi görülür.

Ona görə də, yalnız ümumi olaraq, Avropa Birliyinə deyil, həm də bu qurumun üç önəmli ölkəsindən biri olan Almaniya qarşı da amansız təzyiq kampaniyası yürüdülür. Çünki Böyük Britaniya “brexit”lə ram edildi və Avropa Birliyini tərk etməyə hazırlaşır. Fransa “sarı jiletlilər hərəkatı” ilə təhdid olunduqdan sonra “qırmızı cizgiləri” aşmamaq mesajına “boyun əymək” məcburiyyətində qaldı.

Bu baxımdan, yalnız Avropa Birliyinin əsas dayaqlarından olan Almaniya kimsəyə biət etmək niyyətində olmadığını biruzə verir. Ona görə də hazırda Almaniya təzyiqlərin birbaşa hədəfinə gəlmiş durumdadır. Və rəsmi Berlinin bu qarşıdurmada nə qədər duruş gətirə biləcəyi hələlik müəmmalı olaraq, qalmaqdadır.

Maraqlıdır ki, Ağ Ev Almaniyanı ən həssas yerindən vurmaq qərarı verib. Belə ki, ABŞ Almaniyada dislokasiya olunmuş hərbi bazalarını ləğv etmək niyyətindədir. Pentaqondan verilən açıqlamaya görə, ABŞ Almaniyadan 12 min hərbi qulluqçusunu çıxartmaqda qərarlıdır. Və həmin hərbi qulluqçulardan 6,4 min nəfəri ABŞ-a göndəriləcək.

absordu_1530978420.jpg (73 KB)

Məsələnin maraqlı tərəfi də məhz budur. Çünki ABŞ hərbi qulluqçularının ikinci yarısının Almaniyadan çıxarıldıqdan sonra hansı ölkəyə və yaxud bölgəyə göndəriləcəyi Ağ Evin əsas hədəfinin real mahiyyətini açıqlaya bilər. Belə ki, Pentaqonun tezliklə dislokasiya yerinin dəyişdirilməsinə başlayacağı ABŞ hərbi kontingentinin ikinci yarısı Polşa və Baltikyanı ölkələrin ərazilərində yerləşdirilə bilər.

Məhz bu məqam ABŞ-ın çoxgedişli manevrlərə hazırlaşdığını birmənalı şəkildə təsdiqləyir. Belə ki, ABŞ hərbi bazaları Almaniya üçün külli miqdarda maliyyə qaynağı rolunu oynayır. Ağ Ev Almaniyadakı hərbi bazalara görə bu ölkəyə milyardlara dollar dislokasiya ödənişi edir. Buraya hərbi bazaların ərzaq və digər ehtiyaclarının təmin olunmasına yönəlik yerli şirkətlərə verilən sifarişləri də əlavə etdikdə onların Almaniya iqtisadiyyatı üçün böyük əhəmiyyətini təsəvvür etmək çətinlik törətmir.

Belə anlaşılır ki, ABŞ hərbi bazalarının Almaniyadan çıxarılmasıyla, bu ölkənin iqtisadiyyatı önəmli maliyyə qaynağından məhrum edilmiş olacaq. İndiki maliyyə-iqtisadi böhranı nəzərə aldıqdasa, bu, Almaniya üçün arzuolunmaz vəziyyət sayıla bilər. Hər halda, bu hərbi bazaların sayəsində istensal sifarişi qazanan Almaniya şirkətlərindən bəzilərinin iflasa uğrama və işçilərini ixtisar etmə ehtimalı ön plana çıxmış kimi görünür.

Təbii ki, milyardlarla dollar itki ilə üzləşən Almaniyanın Avropa Birliyinə maliyyə ayırması artıq bundan sonra o qədər də asan olmayacaq. Yəni bundan Avropa Birliyi də öz payına düşən zərbəni almalı olacaq.

unnamed.jpg (46 KB)

Ancaq Avropa Birliyinin payına düşəcək zərbələrin sadəcə, bununla məhdudlaşma ehtimalı yoxdur. Çünki Ağ Ev hərbi kontingentin ikinci yarısının yerləşdirilməsi üçün coğrafi məkan olaraq, Polşa və Baltikyanı ölkələri boşuna seçməyib. Belə ki, bu coğrafi məkan strateji əhəmiyyətə malikdir və Rusiyanın “Şimal axını-2” layihəsinin marşrutu bu ölkələrdən keçərək, Almaniyaya doğru uzanır. Və bu layihə reallaşarsa, yalnız Almaniya deyil, bütövlükdə Avropa Birliyinin enerji resurslarına olan ehtiyaclarının ənəmiyyətli bir hissəsi ödənmiş olacaq.

ABŞ “Şimal axını-2” layihəsinin reallaşmasına bütün mümkün vasitələrlə müqavimət göstərir. Ağ Evdə hesab edirlər ki, “Şimal axını-2” layihəsi Avropanı Rusiyadan tamamilə asılı vəziyyətə sala bilər. Və belə bir enerji asılılığının Avropa Birliyini Kremldən gələn tələblərə “boyun əyməyə” sövq edəcəyi qətiyyən istisna deyil.

Ona görə də, ABŞ podratçı şirkətləri sanksiyalarla təhdid edərək, “Şimal axını-2” boru kəmərinin çəkiliş prosesini iflic etməyə nail olub. Rusiya “Şimal axını-2” layihəni təkbaşına reallaşdıra biləcəyini bəyan etsə də, hələlik elə bir irəliləyişə nail ola bilməyib.

İndisə Ağ Ev Almaniyadan çıxartdığı hərbi kontingentin bir hissəsini “Şimal axını-2” layihəsinin marşrutu üzərindəki ölkələrdə yerləşdirməklə bu boru kəmərinin çəkilişinin qarşısını birdəfəlik almaq niyyətindədir. Bu isə həm Almaniya, həm Rusiya, həm də ümumilikdə Avropa Birliyinin üzərində hərbi-siyasi və maliyyə-iqtisadi əməliyyatın aparılması anlamına gəlir.

borc-unnamed.jpg (110 KB)

Maraqlıdır ki, Almaniya başda olmaqla, Avropa Birliyi ölkələri ABŞ-ın davranışlarını hərbi-siyasi zorakılıq hesab edirlər. Və Ağ Evin maliyyə-iqtisadi şantaj strategiyasına boyun əymək niyyətində olmadıqlarını bəyanlayırlar.

Ancaq ABŞ-ın əlində daha kəsərli ehtiyat təzyiq variantları olduğu da açıq-aşkar nəzərə çarpır. Belə ki, Ağ Ev Rusiya ilə ortaq layihələrdə iştirak edən Avropa şirkətlərinin mütləq sanksiyalarla üzləşəcəyini gündəmə gətirir. Və belə sanksiyaların Avropa şirkətlərinə hansı problemləri yarada biləcəyini təsəvvür etməyi məsləhət görür.

Belə anlaşılır ki, Ağ Ev Avropa Birliyinə açıq şəkildə “meydan oxuyur” və ABŞ-ın siyasi iradəsinin zorakı da olsa, qəbul etdirilməsinə çalışır. Ümumiyyətlə, hadisələrin belə inkişaf perspektivləri yaxın gələcəkdə Avropa Birliyi üçün ABŞ-la kəskin qarşıdurma təhlükəsi vəd edir. Halbuki, belə bir qarşıdurma yalnız ABŞ-a sərfəlidir.

Hər halda, ABŞ-ın əsas hədəfinin Avropa Birliyini tamamilə çökdürüb, beynəlxalq siyasət məkanından silmək olduğunu “qoca qitə”nin siyasi dairələrində anlamamış deyillər. Hətta Ağ Evin buna yönəlik ssenarilərinin artıq tam gücü ilə işə salındığı da qətiyyən şübhə doğurmur. Sadəcə, Avropa Birliyinin ABŞ-la hərbi-siyasi və maliyyə-iqtisadi qarşıdurmada müqavimət reflekslərinin nə qədər ümidverici olduğu hələlik müəmmalı məsələ sayılır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam