Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Cəlilabadın prokuroru bizə mənəvi terror edir” –Xocalı sakini

 

 Xocalı rayon sakini Cavadov Səfər Əsgər oğlu Baş prokuror Kamran Əliyevə müraciət edib.

Yenixeber.org: Müraciəti olduğu kimi təqdim edirik:

Cənab General, qeyd edim ki, Cəlilabad rayonunun prokuroru Tariyel Ələkbərov 3 ildən artıq bir müddətdə ailəmizə və şəxsimə qarşı basqılar, hətta deyərdim ki, mənəvi terror edir. 

Səbəb isə bizim mağazadan oğurluq edən şəxs və şəxslərin şəxsən Tariyel Ələkbərov tərəfindən himayə olunmasına susmamağım və davamlı olaraq Tariyel Ələkbərovu tənqid etməyimdir.

Qeyd edim ki, bizə qarşı olunan mənəvi terroru sosial şəbəkədə işiqlandırmağım, Tariyel Ələkbərovu o qədər qəzəbləndirdi ki, hikkəsindən mənə Bərdə rayonunda əsassız iş açdırıb, bir başa Cəlilabad rayonuna göndərilməsini təmin etdi.

Cənab General, təsəvvür edirsizmi mənim Cəlilabadda heç bir aidiyatım olmadığı halda, qonaq olduğum Bərdə rayonunda mənə qondarma iş açılır, ən rəzil məqam ondan ibarətdir ki, mənə işi bizim mağazadan oğurluq edən, oğurluğu təkzib olunmaz faktlarla sübut olunan və halhazırda haqqında cinayət işi başladılan Quluyev İlqar Məhərrəm oğlunun şikayəti əsasında açılıb. Güya mən İlqarı ölümlə təhtit etmişəm.

Təsəvvür edin, oğruların oğurluq faktını sübut edən səs yazılarınıTariyel Ələkbərova təqdim edirik, Taryel Ələkbərov deyir ki, siz bu səsi qanunsuz yazmısız deyə, bu fakt sayılmır. Amma heç bir sübut olmadan məndən şikayət olunur və dərhal haqqımda iş açılır. Şikayət edən adam isə mağazamızdan oğurluq edən dəstənin başcısıdır. Qərəz ortadadır.

Cənab General, qeyd edim ki, ailəmizə və mənə qarşı olunan mənəvi terror və təqiblərə və baş verən haqsızlıqlara dözməyən Qarabag qazisi olan atam yataq xəstəsinə çevirlərək dünyasını dəyişdi. Əlinizdə olan imkanlardan yararlanıb öyrənə bilərsiz, Xocalı rayonunda hamı bilir ki, mənim mərhum atam Tariyel Ələkbərovun təzyiqlərinə dözməyib çərləyib dünyadan köçdü.

Sizdən xahiş edirəm məni qəbul edib dinləyin. Əgər Tariyel Ələkbərov və onun işi saxtalaşdıran müstəntiqlərinin qanunsuzluqlarını, saxtakarlıqlarını və cinayətlərini sübüt edə bilməsəm, həbs olunmağıma razıyam.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam