Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İcra başçısı gözdən əlilin evini əlindən aldı

 

 

  "Xeberinfo.com": Gözdən əlil Xoşbəxt Səfərov mətbuata müraciət edərək başına gələn olaylardan bəhs edib. 1965-ci il təvvəlüdlü X.Səfərovun dediyinə görə, 1994-cü ildə may ayının 8-də qardaşı İslam Səfərov Ağdam rayonunda şəhid oldu: “Elə həmin hadisədən sonra insult keçirmişəm və iki gözləri tutulub, əlil oldum. Artıq müraciət etmədiyim yer qalmadı. Sonda dedilər ki, müalicənin heç bir xeyri yoxdur”.

Bir müddət anasıyla yaşayan X.Səfərov 2014-cü oldə o ANS-in “Toy olsun” verilişində Marina Səfərova adlı gözdən əlil bir qadınla rəsmi nigaha girir: “Hazırda yaşadığım ata yurdudur. Uzun müddət ev baxımsız olduğundan tam yararsız vəziyyətə düşüb. Dəfələrlə Siyəzən rayon İcra Hakimiyyətinə ev üçün müraciət etmişik. Nə ev verirlər, nə də qəzalı vəziyyətdə olan mənzilimizi təmir edirlər. Bu ayın 2-də həyat yoldaşımla icra hakimiyyətinin başçısı Arif Qasımovun qəbulunda olduq. İcra başçısı dedi ki, biz sizə ev verəcəyik. Mənzilin açarların da təqdim etdilər. Səhəri gün, yəni sentyabrın 3-də icra başçısının müavini Etibar müəllim bizi aparıb evlə tanış etdi. Evin açarların da mənə təqdim edərək dedi ki, mənzil sizindir. Sonra bizim yanımızda Kənd Nümayəndəsinə zəng olundu ki, onları evinə apar, açarları onlardan al, icra hakimiyyətindəki çalışanlara ver. Yəni, sabah – sentyabrın 4-də Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən gələcək. Onların iştirakıyla bizə ev təqdim olunacaq. Guya icra hakimiyyətinə zəng gəlib ki, nazirliyin iştirakı olmadan açılış olmasın. Halbuki açılış artıq edilmişdi. Bizə 4-32-81 saylı nömrəni verdilər. Dedilər ki, bu sizin ev telefon nömrəsi olacaq. Bildirdilər ki, nömrə mənim adımadır”.

Hətta bir həftə öncə əlillik kitabçasının alındığını deyən Xoşbəxt Səfərovun dediyinə görə, qaz, işıq, suyu da adına keçirsinlər: “Hətta icra başçısı həyat yoldaşıma çay servizi və soyuducu hədiyyə etdi. Biz də evə gəldik, əşyalarımızı qablaşdırdıq. Səhəri gün sentyabrın 4-də bizə verilən evə zəng etdik. Telefonu bir uşaq götürdü. Dedi ki, bu evi artıq başqalarına veriblər. O adamları icra başçısı gətirib ora. Əvvəl inanmadıq. Qonşuluqda yaşayan adam bizə dedi ki, o ev artıq başqasına verilib. Şənbə günün icra hakimiyyətinə getdik. İcra başçısının köməkçisi Tariyel müəllim bizi qəbul etmədi. Hətta zəngimizə belə cavab vermədi. Həmin evə biz bir də zəng etdik. Bu dəfə dəstəyi başqa bir adam qaldırdı. Dedi ki, bu evə ehtiyacı yoxdur. Artıq başa düşdük ki, bunlar bizim heysiyyatımızla oynayıblar”.

 

Məsələylə bağlı Siyəzən rayon icra hakimiyyəti başçısının köməkçisi Tariyel Tahirovla əlaqə saxladıq. O, bildirdi ki, mənzillər gözdən əlillərə verilib, ancaq bu Qarabağ döyüşlərində əlillərə aiddir: “Mənzilləri icra hakimiyyəti yox, Əmək və əhalinin sosial müdafiəsi nazirliyi verir. Yaxşı olar ki, sizə müraciət edən şəxslər onlara müraciət etsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam