Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Metroda intiharların qarşısını necə alaq- - dünya təcrübəsi...

Bəxtiyar Məmmədov: “Platforma qapıları sisteminin quraşdırılması olduqca mürəkkəb prosesdir”

Yenixeber.org: Bakı metrosunda yenə də intihara cəhd hadisəsi baş verib. Belə ki, mayın 31-də “28 May” stansiyasında Bakı şəhər sakini 54 yaşlı Asya Əmirova özünü qatarın altına ataraq, intihara cəhd edib. Bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib. O, hadisədən sonra bildirib ki, hadisə səhər 9.35 radələrində baş verib: “Bakı şəhər sakini 54 yaşlı Asya Əmirova özünü qatarın altına ataraq, intihara cəhd edib. Dərhal qatarın hərəkəti dayandırılıb. Metropolitenin təlimat tələblərinə uyğun olaraq, gərginlik dayandırılıb, sərnişinlər qatardan çıxarılıb. İntihara cəhd edən qadın qatarın altından çıxarılıb. O salamatdır. Artıq təcili tibbi yardıma təhvil verilib”.

Hadisə Bakı metrosunda baş verən ilk intihara cəhd deyil. Bundan öncə də dəfələrlə bu cür hallar yaşanıb. İntihara cəhd edənlərdən bir qismi aldıqları xəsarətdən dünyalarını dəyişiblər.

Bəs intiharın qarşısını almaq üçün hansı tədbirlər görmək olar?

Bir çox xarici ölkələrdəki metro stansiyalarında bu kimi bədbəxt hadisələrin qarşısını almaq üçün müasir texnologiyalardan faydalanırlar. Metro platformalarında dəyişiklik edib, relslə sərnişinlərin dayandığı yer (platforma) arasında xüsusi maneə yaradırlar.  Belə ki, bəzi ölkələrdə metroda relslərlə platforma arasında şəffaf şüşədən ibarət sədd var. Bu tipli stansiyalarda sərnişinlərin tunelə yıxılması və ya intihar məqsədilə qatarın altına tullanması mümkün deyil. Çünki sədd yalnız qatar gəlib, dayandıqdan sonra açılır və sərnişinlər qatarlara daxil olurlar. Daha sonra isə yenidən platforma ilə relslər arasındakı ara qapanır.

metroda intihar ile ilgili görsel sonucu

Yaponiyanın paytaxtı Tokio şəhərində isə bəzi metro stansiyalarında artan intihar hadisələri üçün maraqlı bir həll yolu düşünülüb. Belə ki, intiharların qarşısını almaq üçün bəzi metro stansiyalarında mavi işıqlar quraşdırılıb. Bu üsulla, intihar psixologiyasında olan sərnişinlər mavi işıq ilə rahatlaşırlar və intihardan imtina edirlər.

Bir məlumatı da qeyd edək ki, dünyada intiharlar daha çox ABŞ-da baş verir. Belə ki, statistikalara görə hər il təxminən 40 min ABŞ vətəndaşı intiharla həyatına son qoyur. İntihar edənlərin əksəriyyəti kişilər olur və onlar metro stansiyalarına deyil, intihar etmək üçün silahdan istifadə etməyə üstünlük verirlər.

Ümumiyyətlə, rəqəmlərə görə intihara cəhd edənlərin 90 faizi ölür. ABŞ mütəxəssisləri bildirirlər ki, intihar etmək istəyən şəxslər bunu daha öncədən düşünsə də yekun qərara 10 dəqiqə ərzində gəlir və onu saxlamaq asan deyil.

Azərbaycanda da bir sıra yerlər vardı ki, intihar etmək istəyən şəxslər məhz həmin məkanları seçirdilər. Məsələn, bir zamanlar metronun “Koroğlu” stansiyasının yaxınlığında olan körpü intihara cəhd edənlərin məkanına çevrilmişdi. Problemi olan insanlar bu körpüyə çıxıb, hansısa məmurun, millət vəkilinin gəlməsini tələb edirdilər. Əks halda bildirirdilər ki, intihar edəcəklər. Həmin körpüdə bir neçə ildir ki, polis əməkdaşları xidmət aparırlar. Körpünün üzərində günün 24 saatı post patrul maşını dayanır və növbəli xidmət var. Eyni zamanda körpüyə tikanlı məftil də bağlanılıb. Bunun nəticəsində artıq uzun müddətdir ki, körpüdə intihara cəhd hadisəsi baş vermir.

Eləcə də son illər “Qız qalası”nın yuxarı hissəsində divarların kənarına , dəniz kənarında hündür mərtəbələrdə işləyən kafelərin eyvanlarına xüsusi materialdan ibarət şəffaf maneələr quraşdırılıb. Bunun nəticəsində həmin yerlərdə intihara cəhd hadisələri müşahidə olunmur. Metroda isə heç bir maneə yoxdur. Nəyinki, intihara cəhd etmək istəyən, kiminsə sıxlıq zamanı başı giləcəllənərsə, ayağı büdrəyərsə birbaşa relslərin üzərinə düşə bilər. Bu təhlükəni önləyəcək heç bir mexanizm yoxdur.

BÉxtiyar MÉmmÉdov ile ilgili görsel sonucu

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metroda hər gün polis əməkdaşları və metropolitenin öz əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı xidmət aparılır:

“Hər bir stansiyada polislər xidmət aparıb, təhlükəsizliyə nəzarət edirlər. Bundan əlavə platformada həm polis, həm də bizim öz əməkdaşlarımız xidmət aparır, sərnişinlərə elanlar verirlər.  Metroda yeni stansiyalarda platforma ilə relslərin arasında çəkilən təhlükəsizlik xəttinə işıqlar da quraşdırılıb. Yəni bu, insanların diqqətli olması, xətti keçməməsi üçün nəzərdə tutulub.  Ancaq platforma ilə relslərin arasındakı şüşə səddə gəlincə isə əslində bu, çox böyük bir mexanizmdir. Bu sistemin təkcə texniki tərəflərini sadalasaq, kifayət qədər iş deməkdir. Yəni bu sistemi quraşdırmaq çox mürəkkəb bir prosesdir. Stansiyalarda həmin sistemin quraşdırılması üçün həm qatarlarda, həm də stansiyalarda müvafiq sistemlər də olmalıdır. Yəni təkcə platforma qapısını qoymaqla məsələ bitmir. Platforma qapısı belədir ki, qatarın qapısının açılması ilə həmin sistemin qapılarının açılması sinxron olmalıdır. Bunun üçün də müvafiq idarəetmə sistemi quraşdırmaq lazımdır”.

B.Məmmədovun fikirlərindən belə aydın oldu ki, yaxın gələcəkdə stansiyalarda bu kimi maneələrin quraşdırılması nəzərdə tutulmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam