Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Sabah qərar çıxsa ki, Qarabağı verin, verəcəyik?Əlbəttə yox...”

 

Ermənistan siyasi dairələrində Qarabağa dair Vyanada baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevlə  bu yaxınlarda baş tutmuş ilk rəsmi danışıqlar, daha sonra nazirlərin Moskva görüşü ətrafında müzakirələr ifrat qeyri-konstruktiv tonda davam etməkdədir.
Yenixeber.org: Məlumata görə, Erməni siyasətçilər ərazilərin qaytarılmasını istisna etməklə yanaşı danışıqların aparılmasını da istəyirlər. Bu da bir-birini istisna edən iki məsələdir-əgər ərazilərin qaytarılmasından söhbət getməyəcəkdə danışıqları aparmağın nə mənası?
Məsələn, keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan hesab edir ki, Ermənistan Dağlıq Qarabağın “müstəqilliyinə xələl gətirən” danışıqları aparmamalıdır. Onun fikrincə 2016-cı ildən bəri əslində heç bir danışıqlar getməyib, danışıqları necə yenidən başlamaq barədə danışıqlar aparılıb.
Arutyunyana görə beynəlxalq təşkilatların Qarabağ məsələsindəki mövqeyinə, qəbul etdiyi qətnamələrə də xüsusi əhəmiyyət vermək lazım deyil. O, xatırladıb ki, 90-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası işğal edilmiş ərazilərin qeyd-şərtsiz geri qaytarılması haqda qətnamələr qəbul edib. Amma erməni tərəfi onları yerinə yetirməyib.
“Əgər sabah qərar qəbul etsələr ki, Qarabağı vermək lazımdır, verəcəyik? Əlbətdə, yox”-Arutyunyan deyib.
Onun sözlərinə görə, hər halda erməni lobbisi beynəlxalq təşkilatlarda iş aparmalıdır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan da yatmır və qəbul edilən sənədlər həmişə erməni tərəfinin maraqlarına uyğun olmur.
Arutyunyan qeyd edir ki, danışıqlarda iştirak artıq qarşılıqlı güzəştlərə hazır olmaq deməkdir. “Amma güzəştlər o çərçivədə ola bilər ki, əsas məqsədə-Qarabağın statusuna xələl gətirməsin. Əgər Qarabağın müstəqilliyinə danışıqlar yolu ilə nail olunmasa danışıqlar mənasız olacaq”-o deyib.(virtualaz.org)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam