Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şabranın icra başçısının müavini İTTİHAM OLUNUR -Pulu alsa da...


İcra başçısının müavini İTTİHAM OLUNUR
Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 92 A, mənzil 1 ünvanında yaşayan Bədəlov Cəlal Bayram oğlu Şabran rayon Polis Şöbəsinin rəisi polis-polkovniki Əli Mərdanova şikayət ünvanlayıb.
Yenixeber.org: Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Məlumat üçün bildirmək istəyirəm ki, mən Bədəlov Cəlal Bayram oğlu “Şabran D” MMC-nin direktoruyam.

Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderindən iştirakına razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227000 (iki yüz iyirmi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldandığımı görüb vermiş olduğum pulları ondan geri istədim. Mehdi müəllim çox get-gəldən sonra 5 nəfər şəxsin iştirakı ilə məndən aldığı puldan 50000 (əlli min) pul qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin o sonradan qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə Hüquq Mühafizə Orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq məndən aldığı pulları qaytarmaq istəmir.

İcra başçısının müavini İTTİHAM OLUNUR

Mən bu dəfə Sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsi və məndən mənimsədiyi pulların mənə qaytarılmasına köməklik göstərəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam