Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Ağdamın yeni icra başçısı kimdir?- DOSYE

    29 Avqust 2018    Oxunub : 137

Ağdamın yeni icra başçısı kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb


Yenixeber.org: Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. İxtisasca tarixçidir.


Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. 1977-1979-cu ildə hərbi xidmətdə olub. 1980-1987-ci ildə 26 Bakı komissarı adına NQÇİ-də elektrik çilingəri, 1987-1989-cu ildə 26 Bakı komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatında katib, 1989-1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dinləyici, 1991-ci ildə 26 Bakı komissarı adına NQÇİ-nin partiya komitəsində katib, 1991-1995-ci ildə Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbə rəisi, 1995-2001-ci ildə H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı rəisi, 2001-2005-ci ildə H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı ildə N.Nərimanov adına NQÇİ rəisinin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci ildə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti aparatının başçısının müavini, 2011-2013-cü ildə Bakı şəhəri Xəzərrayonu İcra Hakimiyyəti aparatı başçısının müavini, 2013-2018-ci ildə Bakı şəhəri Xəzərrayonu İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

V.Həsənov ötən gün dövlət başçısının sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam