Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dünya alimlərindən daha bir bəla xəbərdarlığı: “QİDALANMA PAYI TAM DƏYİŞDİRİLMƏSƏ, PLANETİ QAÇILMAZ FƏLAKƏT GÖZLƏYİR”

Marlou Hud

Science X (Böyük Britaniya), 27.01.2019

 

Yanvarın 17-də dərc edilmiş araşıdrmada deyilir – qida istehsalı və istehlakı kökündən dəyişilməlidir ki, bəşəriyyət milyonlarla ölümdən və planet üçün “fəlakətli” ziyandan yayınsın.

Yenixeber.org: Hər iki məqsədə çatmaq üçün başlıca məsələ dünyada qida payının kökündən dəyişdirilməsidir: bəşəriyyət işlətdiyi şəkər və qırmızı ətin  miqdarını iki dəfə azaltmalı, tərəvəz, meyvə və qozların həcmini iki dəfə artırmalı olacaq.

The Lancet” tibb dərgisindəki dərcdən irəli gəldiyi kimi, 36 alimlik qrup bu nəticəyə gəlib.

Araşdırma müəlliflərindən biri, London universitetinin professoru və 50 səhifə həcmində araşdırma təqdim edən “IT Lancet” komissiyasının başçısı Tim Lanq deyib: “Biz fəlakətli duruma düşmüşük”.

İndiki anda, demək olar, bir milyard adam aclıqdan əziyyət çəkir, iki milyard isə yaramaz qida yeməklə həddindən artıq yeyir ki, bu da piylənmə epidemiyası, ürək xəstəlikləri və diabetə səbəb olur.

Xəstəliklərin kürəsəl əsarəti” məruzəsindən irəli gəllir – hər il 11 milyon vaxtsız ölüm məhz yaramaz qidayla bağlıdır.

Eyni zamanda kürəsəl qida payı sistemi istilikxana qazlarının ən böyük qaynağıdır, bioloji müxtəlifliyin itirilməsinin əsas və sahilboyu və daxili sularda ölümcül yosunların yayılmasının baş səbəbidir.

Planetimizin yer səthinin, demək olar, yarısını dəyişdirən kənd təsərrüfatı da içməli suyun dünya ehtiyatının 70%-ə yaxınını işlədir. Araşdırma müəlliflərindən biri, Potsdam iqlim dəyişikliklərinin öyrənilməsi İnsitutunun direktoru Yohan Rokstrom deyib: “2050-ci ildə planet hüdudlarında on milyard adamı yedirtməyə, heç olmasa, hər hansı şansımız olsun deyə” – Yer kürəsinin insan fəaliyyətini amortizasiya etmək bacarığının hüdudları nəzərdə tutulur – “sağlam pəhrizə keçməli, qida tullantılarının həcmini xeyli azaltmalı və ətraf mühitə təsiri azaldan texnologiyalara yatırım qoymalıyıq”.

 

Bəs mal əti?

 

O deyib: “Bunu əldə etmək olar, amma bunun üçün, nə az, nə də çox, dünya kənd təsərrüfatı inqilabı tələb olunur”.

Araşdırma müəlliflərinin dəvət etdikləri “Böyük qida çevrilişi”nin guşə daşı gündə, təxminən, 2500 kalorilik nümunəvi pəhrizdir.

Biz iddia etmirik ki, hamı eyni cür qidalanmalıdır, – Lanq telefonda deyib. – amma bu, geniş mənada – bu, təmin olunmuş dünyaya xüsusən aiddir – ət və süd məhsulları istehlakının azaldılmasını və payda bitki qidalarının artırılmasını nəzərdə tutur”.

Bu pəhriz çərçivəsində gündə 7 qramdan 14 qramadək qırımzı ət işlətməyə icazə verilir. Misalçün, hamburgerdəki orta katlet 125-150 qram gəlir.

Bu, varlı ölkələr və inkişaf etməkdə olan ölkələrin çoxu, məsələn, Çin və Braziliya üçün qırmızı ətdən istifadəni beş-on dəfə azaltmağı nəzərdə tutur.

Mal əti – problemin əsas qaynağıdır.

Ev malı təkcə, planetin istiləşməsinə gətirən böyük miqdarda metan hasil etmir. Əsasən, Braziliyada mal-qara üçün yer ayırmaqdan ötrü karbonu udan meşələrin böyük əraziləri  hər il doğranır.

Qaldı ki iqlimə, biz bilirik ki, karbon asanlıqla dəyişilir və ən çirkli üzvi yanacaqdır, – Rokstrom deyib. – Qidaya gəlincə, taxıl qovyadini eynidəyərli əvəz ola bilər”.

Bir kiloqram ət istehsalı üçün, ən azı, beş kiloqram taxıl tələb olunur. Amma bax, qızardılmış tikə, ya da quzu karesi boşqabda görünür və 30%-ə qədəri zibil qabına gedir.

Araşdırma müəllifləri süd məhsullarını da gündə bir stəkan üzlü südlə (250 q), ya da pendir və ya yoqurt halında ekvivalentlə  məhdudlaşdırıblar. Həftədə bir-iki yumurta yeməyə icazə verilir.

 

Müxaliflər

 

Eyni zamanda bu pəhriz çərçivəsində paxlalıları, məsələn, noxud və mərcini, habelə tərəvəz, meyvə və qozları 100%-dən çox artırmaq tövsiyə olunur.

Taxıl bitkiləri daha az faydalı qida maddəsi sayılır.

Lancet” dərgisinin baş redaktoru Riçard Horton deyir: “Planetin resursları tükəndiyi bir vaxtda bəşəriyyət bu cür qidalanmağı davam etdirə bilməz”.

Bəşəriyyətin 200 min illik tarixində ilk dəfə planet və təbiətlə ixtilafa düşmüşük”.

Məruzə heyvandarlıq və süd sənayesinin, habelə bəzi ekspertlərin  kəskin qıcığını doğurub.

Avropa süd istehsalçıları Assosiasiyasının baş katibi Aleksandr Anton bildirib ki, “Söhbət ifratçılıqlardan gedir ki, ictimaiyyətin maksimal diqqəti cəlb olunsun, amma biz qidalanma sahəsində ciddi tövsiyələri böyük məsuliyyətlə verməliyik” və qeyd edib: “Süd məhsullarında bir yığın qidalı maddə və vitaminlər ehtiva olunub”.

 

Planet və bəşəriyyətin qurtulması üçün “Lancet”dən pəhriz

 

London İqtisadiyyat İnstitutundan Kristofer Snoudon bildirib ki, “Məruzə “dayə dövlət” uğrunda çıxış edən fəalların bütün günədliyini əks etdirir”.

“Belə həmlələr bizim üçün gözlənilməzlik deyil, – Lanq deyib. – Amma araşdırmalarımızın nəticələrini tənqid edən həmin şirkətlər başa düşür ki, yeni şəraitə uyğyunlaşmasalaronların gələcəyi yoxdur”.

Sual yaranır: bu durum böhran nəticəsində yaxınlaşacaq, yoxsa artıq indi buna hazırlaşmağa başlayacağıq?”

Bəzi çoxmillətli korporasiyalar araşdırmaya ehtiyatla olsa da, müsbət reaksiya verib.

İş adamlarının dayanıqlı inkişaf məsələləri üzrə Ümumdünya Şurası belə bir bəyanat dərc edib: “Hökumətlər sağlamlıq və ekoloji dayanıqlıq naminə düzgün qaidalanma üzrə milli tövsiyələri tələblərlə birləşdirərək və kənd təsərrüfatı sahəsində subsidiyaları yenidən bölərək  dəyişiklikləri sürətləndirməlidir”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam