Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİQQƏT: Bu yoqurtlarTƏHLÜKƏLİDİR - VİDEO - FOTO

Yenixeber.org: Uşaqların sevərək yediyi yoqurt yüksək risk qrupuna aid məhsullardandır. Lazımi şəraitdə saxlanılarsa və normal istehlak olunarsa, problem yaratmaz. Məsələ də burada düyünlənir. Üzərində bir neçə ay, hətta bir il saxlama müddəti göstərilir. Bəs, tərkibi şəkərlə zəngin olan yoqurtu, əslində, bu qədər müddət saxlamaq doğrudurmu?

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin Sədri: "Əgər yoqurtlarda meyvələrdən istifadə olunubsa, onların yararlılıq müddəti daha aşağı olur. Lakin uzun müddət saxlanılan, kiflənməyən yoqurtlar təhlükəlidir".

Azad İstehlakçılar Birliyinin sədri deyir ki, əksər valideynlər bu məlumatdan xəbərsizdir.

Valideyn: "Hərdən baxıram".

Valideyn: "Yox, baxmıram".

Valideyn: "Ən çox tarixinə baxıram".

Ən azından mağazalardan yoqurt alarkən onların saxlanma şəraitinə və etiket məlumatlarına xüsusi diqqət yetirmək vacib hesab olunur.

Aysel Cəlilova - AQTA-nın Departament Direktoru: "İstehlakçılarımıza tövsiyəmiz ondan ibarətdir ki, yoqurtu alanda ağzını açdıqdan sonra dərhal istehlak etsinlər. Həmçinin alıb evə gətirən zaman soyuducuya qoysunlar, kənarda saxlamasınlar".

Mütəxəssislər bu narahatlığa görə yoqurtdan imtina edin demirlər. Ev şəraitində də sağlam qida hazırlamaq mümkündür deyən ekspertlər bunu şübhələrdən qurtulmaq üçün ən rahat yol hesab edirlər.

Kulinarlar ev şəraitində yoqurt hazırlayarkən mütləq bir məqama diqqət yetirməyin vacibliyini vurğulayırlar. Yalnız və yalnız yerli və mövsüm meyvələrində istifadə etmək lazımdır.


DİQQƏT! Bu yoqurtlar TƏHLÜKƏLİDİR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam