Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qida məhsulları alarkən BUNLARA DİQQƏT EDİN

 

Qida məhsulları alarkən BUNLARA DİQQƏT EDİN

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmağın zəruriliyini diqqətə çatdıran videoçarx hazırlayıb. Videoçarxda etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli olduğu və istehlakçıların mütləq şəkildə diqqət yetirmələri vacib məlumatlar öz əksini tapır.

Yenixeber.org: Agentlikdən verilən məlumata görə, təqdim olunan yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərə qanunvericiliyin tələblərinə əməl etmək və istehlakçı hüquqlarının təmin olunması üçün istehlakçıların özlərinə prosesdə fəal iştirak etmələri tövsiyə olunur.

Bildirilir ki, “Yeyinti məhsulları” haqqında Azərbaycan Respublikasının qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam