Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Övladınızın tez-tez xəstələnməsinin qarşısını ala bilərsiz- pediatrdan tövsiyə

 

Bir çox valideynlər övladlarının tez-tez xəstələnməsindən şikayətlidirlər.

Yenixeber.org: Hava şəraiti, yayılan virusla yanaşı, verilən qidalar da uşaqların immun sisteminin zəifləməsinə, nəticədə isə daha tez-tez xəstələnməsinə səbəb olur.

Həkim Ayşenur Kaya uşaqların sağlamlığı naminə qida seçiminə xüsusi diqqət edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, tərkibi probiotiklərlə zəngin olan qidaların (süd məhsulları, kələm turşusu) qəbulu immun sisteminin daha da möhkəmlənməsinə kömək edir.

Ayşenur Kayanın sözlərinə görə, bağırsaq florası pozulduqda uşaqların səhhəti xəstəliyə daha çox həssas olurlar.

"Valideynlərə övladlarına hazır qidalar verməməyi, bundan başqa böyüklərin də sevərək yediyi müxtəlif ədviyyatlardan ibarət mağaza qidalarından imtina etməyi tövsiyə edirik.

Uşaqların sağlam böyüməsi üçün valideynlər qida menyusu hazırlamalıdır. Bu zaman bəzi qidalar həmin menyudan uzaqlaşdırılaraq yenisi ilə əvəzlənməlidir. Valideynlərə tövsiyə edirəm ki, övladlarına zeytun yağı, soğan, sarımsaq və tərəvəzlə zəngin xörəklər bişirsinlər" - deyə həkim əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam