Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıt Teatrında nə baş verir? -Direktor Mübariz Həmidovun özbaşınalıqları

 

         
Sumqayıt Teatrında nə baş verir? - Direktor Mübariz Həmidovun özbaşınalıqları
Yenixeber.org: Ölkə teatrının inkişafı üçün prezident İlham Əliyevin 29 dekabr 2006-cı il tarixdə № 222-IIIQ saylı imzaladığı 89 maddədən, 7 fəsil və 24 bölümdən ibarət “Teatr və teatrın fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu” və “Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” haqqında 18 may 2009-cu ildə 6 bölümlü 31 maddədən ibarət № 277 saylı sərəncamı ilə strateji qərarlar vardır. Bütün bunlar Milli Teatrımızın inkişafına yönəldilmiş mühüm sənədlərdir. O zaman sual olunur ki: “Bəs nədən Azərbaycan Milli Teatrı son illərdə geri düşüb” Cavab birdir: “Əndrəbadi direktor teatrı anlayışı davam etdikcə bu strateji qanunların heç birinə əməl olunmayacaq”.
                                 “Direktor Teatrı” siyasətinin mühafizəkar feodalizmi
Biz 2016-cı ildən bu yana ölkə teatrlarının problemləri haqqında heç bir qərəz olmadan qabartmaq kimi missiyamızı davam etdiririk. Mövcud problemlərin genalogiyasını işıqlqandırırıq. Amacımız bürokratik əngəllərlə teatr və mədəniyyət siyasətini yürüdənləri ifşa etməkdir. Mədəniyyət nazirinin 26 il müavini olmuş, öz əndrəbadi “islahatları” ilə bu sahəyə ortaçağın mirası kimi bilinən gerizəkalı feodalizmi pərçimləməsi ən böyük milli faciə olduğunu dönə-dönə qeyd etmişdik. 2018-ci il aprel ayından etibarən ölkənin bütün rəsmi strukturlarında aparılan islahatların sonucu kimi Ədalət Vəliyev görəvindən uzaqlaşdırıldı. Ölkənin teatr və kino sahəsində çalışan insanlar sanki qəfəsdən çıxaraq rahat nəfəs alacaqlarını düşünürdülər. Sən demə, Ədalət Vəliyev vəzifədən çıxsa da, onun antiteatr siyasəti estafeti “etibarlı əllər”dəymiş. Çünki, “incəsənət şöbəsi”nin müdiri, teatr, kino, rəssamlıq, opera, balet, rəqs, musiqi sahəsindən xəbərsiz olan birisi, İsmayıl Hüseynov “estafet” dediyimiz andıra qalmışı şövqlə davam etdirir. Aradan bir il ötsə də incəsənət sahəsində islahatlar aparılmayıb. Mədəniyyət geniş məvhumdur. İncəsənət onun aparıcı gücüdür. Teatr isə incəsənətin laboratoriyası hesab olunur. Teatr canlı şəkildə poetikanın təməli olmaqla, aktyor və rejissor sənətini, dramaturgiyanı, musiqi və rəssamlığı bir araya gətirən sənətdir. İsmayıl Hüseynovun bunlardan bilgisi yoxdur. Ona görə də “Direktor Teatrı” adı ilə teatr haqqındakı qanunlara “tüpürmək” siyasəti davam edir. İxtisasca tarixçi olan İsmayıl Hüseynov bürokratcasına “incəsənət şöbəsi”nin müdiri olmaqla sadəcə bu görəvi daşımaqla yetinmək siyasətini yürüdür.
Dünyanın inkişaf etmiş ölkələrində teatrların siması rejissordur. Rejissor teatrın deyil, zamanın ritmini, estetik-bədii yönlərini cəmiyyətlə uzlaşdıran mühəndisdir. Bəşəriyyətin bütün zamanlarda inkişafının təməlində mədəniyyət dayanıb. İncəsənət prosesin ictimai xarakter daşıması deməkdir. Teatr incəsənəti özündə birləşdirən ən yüksək tribunadır. Bütün bunları Azərbaycanın mədəniyyət nazirliyində bilən bir nəfər də olsun mütəxəssis yoxdur. Çünki, ixtisasca mədəniyyət, incəsənət və teatr aləmindən uzaq olanlar burada lövbər salaraq milli kimlik düzənimizin mədəni qatlarının zamanla çulğalaşan ritmini ortaya qoya bilmirlər. Harada bir istedadsız varsa, onları teatr və digər sahələrdə rəhbər görəvlərə təyin edirlər. Ədalət Vəliyevin 

Əndrəbadi “direktor teatrı” siyasətinin örnəyi kimi Sumqayıt Dövlət Teatrının direktoru Mübariz Həmçidovu göstərə bilərik. Uzun illər boyu Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyət göstərsə də, istedadının yoxluğu ucbatından sənətdən uzaqlaşmaq zorunda qaldı. Hansısa “sehrli əl”in sayəsində 90 yaşlı bu teatra direktor təyin olundu. Halbuki, onun direktoru olduğu dönəmdə Gənc Tamaşaçılar Teatrının ən böyük uğurları Rusiyanın geridə qalmış Kalmıkstan Respublikasına və Həştərxan Vilayətinə qastrol səfərləri yadda qalıb. Bu qocaman tearın şanlı ənənələrinin inkişafı baxımdan isə heç bir başarı əldə etməyib. Çünki, Ədalət Vəliyevin uğursuz “direktor teatrı” siyasətinin ən ifrat ardıcılı kimi tanınmışdı. 2018-ci ildə mədəniyyət nazirliyi gözə kül üfürmək, guya struktur islahatları aparılması adı altında 3-5 nəfərin iş yerini dəyişdi. Bunlardan biri də Mübariz Həmidovun 50 yaşlı, böyük ənənələri olan Sumqayıt Dövlət Teatrına direktor vəzifəsinə təyin edilməsi idi. Ötən bir il ərzində isə aktyor və direktor kimi uğursuzluq sindromunu yaşayan Mübariz Həmidov bu teatrda hər hansı uğuru sərgiləyə bilmədi.
Azərbaycanda uşaqlar üçün 6 teatr var. Bunlar Qax Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Abdulla Şaiq adına Dövlət Kukla Teatrı, “Bakı Uşaq Teatrı” və “Gənc Tamaşaçılar Teatrı”. Mübariz Həmidovun kəraməti sayəsində bu gün Sumqayıt Dövlət Dram Teatrı həmin siyahıya əlavə olunub. Çünki, direktoru olduğu ötən bir il ərzində Abdulla Şaiqin “Danışan gəlincik”, Yelena Sokolovanın “Kim güclü, kim ağıllı”, Ayla Osmanovanın “Çeburaşkanın yeni il sərgüzəştləri” uşaq-nağıl əsərləri bu teatrda tamaşaya qoyulubdur. Belə bir ənənə Azərbaycanın ən qocaman teatrı olan Dövlət Akademik Milli Dram Teatrında da müşahidə olunur. Belə ki, teatrın bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovun rəhbərliyi altında Canni Rodarinin “Çippolino”, Anar Sadıqovun “Buzlar ölkəsi” və “Aldanmış ulduzlar” (M. F. Axunzadənin “Aldanmış kəvakib əsərinin motivləri əsasında), Mirzə Cəlilin “Anamın kitabı”, Loğman Kərimovun “Biri var idi, biri yox”, Con Patrikin “Qocanı öldürməliyik”, Abdulla Şaiqin “Qaraca qız” və “Danışan gəlincik” nağıl tamaşalar dediklərimizə örnəkdir. Məsələnin maraqlı görünən tərəfi odur ki, Azərpaşa Nemətov da, Mübarizə Həmidov da Gənc Tamaşaçılar Teatrının uzun illər əməkdaşı olublar. Onlar üçün teatr “uşaqların başını qatmaq”dan ibarətdir. Ona görə də hansı teatrda çalışmalarına baxmayaraq, şüuraltı baxımdan məhz uşaqlar üçün tamaşa siyasətindən əl çəkə bilmirlər. Bu iki şəxsin əməlləri sübut edir ki, böyük teatr və səhnə üçün yetərli deyillər.                           Psixoanalizmin estetik, bədii və sənətin standartları 


Sumqayıt Teatrındakı rəzalət
Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktoru təyin olunduqdan sonra, elə bil ki, fürsət gözləyirmiş. Bu, kütləvi bayram günlərində “qaz vurub-qazan doldurmaq” adı ilə yürüdülən siyasətdən ibarətdir. Belə ki, ötən il dekabr ayının sonları və bu ilin ilk günlərində “Qış tətili”ndən istifadə edərək 7 gün ərzində uşaqlar və məktəblilər üçün gündə dörd seans olmaqla teatrın kollektivi tamaşalar oynadı. Beləliklə də 7500 ədəd bilet satıldı. Hər biletin dəyəri isə 4 manat idi. 10 aktyorun gündə dörd dəfə səhnədə rol oynaması dəhşət saçan katorqa yaşam tərzindən də qorxuludur. Ancaq, aktyorlar bütün bu əzablara dözərək azından cüzi olan maaşlarından əlavə, yeni il şənliyi bəhanəsi ilə mükafat alacaqları həsrəti ilə yaşayırdılar. Sonucda bəlli oldu ki, mədəniyyət nazirliyinin illər boyu güvəndiyi, bütün teatrlarda “həşəmətli direktor” ovqatı ilə rəhbərliyə yarınan Mübariz Həmidov 7 gündə orta hesabla əldə olunan 14 min manat gəlirdən aktyorlara “mükafat” yazdı. Ən çox qonorar alan aktyorun mükafatı 49 manat oldu. Deməli gündə 4 dəfə tamaşada baş rol oyna və sonucda hər gününə 7 manat mükafat al. Digər aktyorlar 7 gün ərzində çəkidikləri əzabalara görə 30, 25, 20 və 15 manat müqabilində mükafat alıblar. Sumqayıtda hər kəs yaxşı bilir ki, adicə palçıq qarışdıran gündəlik 25-30 manat civarında muzdunu alır. Fəhlə sadəcə palçığı qarışdırır və buna görə haqqını alır. Aktyor isə, rol oynayır, daxili və əqli enerjisini sərf edir və tamaşa boyu tər tökür. Mübariz Həmidov kimi teatra dəxli olmayan istedadsızın birisi aktyorların minbir əzabları və tökdükləri tərin qarşılığında onlara sadəcə yol pulu verir. Heç quldarlıq çağında belə, ən qəddar quldarlar qullara qarşı bu rəzaləti nümayiş etdirməyib. Bu teatrda ali dərəcəli aktyorun aylıq maaşı 221 manatdır. Digər aktyorların maaşları 180-160, hətta 140-130 manat civarındadır. Teatrın binası demək olar ki, orta hesabla ayın 10 günü yerli icra hakimiyyətinin və digər dövlət qurumlarının tərdbirləri ilə məşğul olur. Mədəniyyət nazirliyinə məxsus olan teatrın binasından istifadəyə görə digər qurumlar icarə haqqı ödəməlidirlər. Əldə olunan gəlirlər isə, kollektivin sosial rifahının yüksəldilməsi üçün xərclənməlidir. Bu hallara da göz yumulur.
                                            Teatrın uğursuzluğunun gizli səbəbi
Hər bir teatrda aktyorların, truppa və ədəbi hissə müdirinin və digər yaradıcı şəxslərin rəhbəri baş rejissordur. Direktor və ya baş menecer isə texniki işlərə sorumludurlar. Bu mənada ölkəmizin teatr mühitində durum tamamilə fərqlidir. Hər bir direktor “obyektin sahibi” kimi davranır. Ona görə də heç bir istedadı olmayan akryorlar “direktor” olmaq siyasətini yürüdürlər. Onların əsas hədəfi təbiətcə cılız və istedadı olmayan rejissorları baş rejissor kürsüsündə olmalarını dəstəkləməkdir. Yaranmış durumun belə olduğunu görən feodal xislətli yerli icra başçıları mədəniyyətə və özəlliklə teatrlara öz iradələrini sırıya bilirlər. Sumqayıt Dövlət Dram Teatrı da bu acı rəzaləti yaşamaq zorunda qalıbdır. Sözün əsil mənasında böyük uğurlar qazanmaqla hamının marağına səbəb ola biləcək tamaşaları olmayan Firudin Məhərrəmov teatrda azından dörd direktor dəyişib. Amma dəyişməyən onun özüdür. Ona görə də aktyorların halal haqlarına sahib sıxmaq və onlara dəstək verməkdə acizlik nümayiş etdirir. Baş rejissor statusunun nədən ibarət olduğunu bilməyən Firudin Məhərrəmov aktyorları himayə etmək əvəzinə, hər dəfə yaranmış problemləri direktorun üzərinə atmaqla yaxasını kənara çəkməyi özünə rəva görmüşdür. Bürokratiyanın dolanbaclarında yetişmiş və baş rejissorun mütiliyini seyr edən direktor Mübariz Həmidov bütün olanlardan xumarlanırmış kimi davranmağı tərcih edir. Halbuki, ötən illərdə “Yeni İl Bayram Şənliyi” münasibətilə gündə bir neçə seans oynanılan tamaşalara görə aktyorlar yüksək səviyyədə qonorar alırdılar. Teatrın gəlirlərini direktor belə bir ənənəvi ifadə ilə tamamlayır: “Teatrımızın kommunal borcları var, onu ödəyirik”. Halbuki teatrda Mübariz Həmidov direktor kürsüsünə otuzdurulana qədər borc olmayıb. Beləliklə də adını “əyalət teatrı” qoymaqla Sumqayıt Dövlət Dram Teatrında rəzalət davam edir. İllər boyu teatrda çalışan aktyorlar rəzaləti öz çiyinlərində daşımağa məhkum ediliblər.(teref.az)
Ənvər BÖRÜSOY, sənətşünas
P.S. Ölkə teatrlarında illərlə davam edən haqsızlıqları işıqlandırmaqda davam edəcəyik.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam