Daha bir mövqe: “Sovetski” həqiqətləri:Doğrunun bağrın yaran oğru, yaxud Natiq Ələsgərov kabusu
Yenixeber.org: Məlum olduğu kimi 2018-ci ilin fevralından “Sovetski”də növbəti köçürülmə prosesi haqda qərar verilib. Qərara görə 2 min evin köçürülməsi gerçəkləşdirilməlidir. Bildirək ki, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadrat metrə görə sakinlərə 1500 manat ödəniləcəyi də dəfələrlə hakimiyyət nümayəndələri tərəfindən bəyan olunub. Ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması nəzərdə tutulur. Bütün bunları oxuculara xatırlatmaqda məqsəd odur ki, son günlər ölkə mətbuatında “Sovetski” adlanan ərazidə söküntü işləri ilə bağlı yazılar dərc olunub. Bir çox saytlarda Aydın Ağaəli oğlu Rzayev və onun qohumu Natiq adlı şəxsin şikayəti yer alıb. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalarda iddialarda yer alan məqamların əksi olan faktlara rast gəldik. Amma təfərrüatlara keçmədən öncə
Hüquqi məqamlar
üzərində bəzi gəlişmələr edək. Bakı şəhərinin “Sovetski” kimi tanınan məhəlləsində söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 12 dekabr 2013-cü il tarixli sərəncamı əsasında 2014-cü ilin fevral-mart aylarından başlamış, söküntü işlərinin icrası Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən icra olunmuşdur. İlkin mərhələdə söküntü işlərinin “Sovetski” məhəlləsi ərazisində yerləşən Çingiz Mustafayev, Mirzağa Əliyev, Mirzə Fətəli döngəsi, Süleyman Rəhimov, Murtuza Muxtarov, Mirzə Fətəli, Nabat Aşurbəyova ( keçmiş Mustafa Sübhi ), Zülfü Adigözəlov, Abdulla Şaiq küçələri və Nərimanov prospekti ərazisində, könüllü əsaslarda alqı satqı edilərək aparılması nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il tarixli 358 nömrəli qərarına əsasən isə söküntü işləri “Torpaqların dövlət ehtiyyacları ücün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uygun olaraq aparılmasına start verilmişdir. Qərarda göstərilmişdir ki, “Sovetski” məhəlləsi deyilən ərazidə Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət ehtiyyacı məqsədi ilə alınır. Sözügedən ərazidə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulub, əraziləri alan orqan kimi Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
Bunlar rəsmi statistikadır. İndi isə son günlərdə mediada yer alan “Sovetski” sakini Aydın Ağəli oğlu Rzayevin iddialarının gerçəkliyinə nəzər yetirək. Əslində həqiqət nədir?
Şikayətçi sökülən evinə görə pul alıb, sonra isə yeni ev “ortaya çıxıb”
2018-ci ilin noyabr ayında Yasamal Rayon İcra Hakimiyyətinin təşkil etdiyi komissiyanın üzvləri söküntüyə düşən əraziyə baxış keçirərkən Rzayev Aydının Mirzəağa Əliyev 32 ünvanında yerləşən yaşayış yerinə yerində baxış keçirilib və Rzayev Aydın komissiyanın rəhbəri tərəfindən növbəti həftədə keçiriləcək olan komissiya iclasına şəxsən dəvət edilib. 30.11.2018-ci il tarixdə Rzayev Aydın Yasamal rayonu İnşaatçılar prospekti 28 B ünvanında təşkil edilən komissiyada iştirak etmiş və ona mülkiyyətində olan (Mirzəağa Əliyev 32 ünvanındakı) evi müvafiq ölçü və təyinatlarına görə hesablanmış kompensasiyaya dair hazırlanmış razılaşma protokoluna şəxsən özü imza atıb, ona hesablanmış vəsaiti 10.12.2018-ci il tarixdə Kapital Bankdan götürüb.
Daha sonra Rzayev Aydın komissiyanın üzvlərinə bildirib ki, onun Akademik Qarayev 23 ünvanda daha bir evi vardır. Komissiya rəhbəri həmin evin ölçü və fotoşəkillərini tender əsasında qalib gəlmiş və komissiyada çıxış edən müstəqil qiymətləndirmə şirkəti olan “Azər Ekspert” MMC-dən istədikdə cavab çox sadə olub: “2015-ci ilin aprel ayının 21-i həmin ünvanda “Azər Ekspert” MMC-nin mütəxəssisləri tərəfindən aparılan ölçü işləri zamanı Rzayev Aydına məxsus heç bir ev aşkar olunmayıb. Faktiki olaraq ev yerində olmasa da, həmin sökülmüş yerə aid Rzayev Aydının DƏDRX-dən çıxarışı var və həmin komissiyaya sökülmüş və ümumiyyətlə, yerində köhnə daşlar, ağaclar olan boş sahənin fotoşəklini təqdim edərək ərazidə evin olmaması sübut edilib.
Dava yorğan davasıdır?
Araşdırmamızın bu məqamında qeyd edək ki, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən söküntü layihəsində yalnız “Azər Ekspert” MMC yox, bir neçə dövlət qurumları da iştirak edir. Qiymətləndirmə prosesi tək həmin təşkilat tərəfindən yox, söküntü üçün xüsusi yaradılmış komissiya tərəfindən torpaqların dövlət ehtiyacları üçün satın alınması qanununa uyğun olaraq Yasamal RİH tərəfindən yaradılmış komissiya həyata keçirir. Yeri gəlmişkən, Rzayev Aydının iddialarında adı yer alan şəxs Natiq Ələsgərov dəfələrlə təşkil edilmiş komissiya iclaslarında iştirak edib. Hətta Natiq Ələsgərova məxsus olan M.A.Əliyev dalan 2, üv 2 ünvanında yerləşən yaşayış evinə dair verilən kompensasiya üçün hazırlanmış razılaşma protokoluna şəxsən özü imza edib.Beləliklə, prosesin önəmli hissəsi son iddiaların mediaya yer almasından xeyli əvvəl baş verib. Bəs elə isə niyə indi? Və ümumiyyətlə, bu işlərdə adı qalın xətlə keçən
Natiq Ələsgərov kimdir?
Xüsusi olaraq bu şəxslə bağlı apardığımız araşdırmalar da maraqlı məqamları üzə çıxardı. Əvvəla, özəl mənbələrdən aldığımız məlumatlar, N.Ələsgərovun müdafiə etdiyi şikayətçinin yaxınlarının şübhəli etnik mənsubiyyəti olan şəxlərlə qohumluğunu və yaxınlığını bildirdi. Dövlətimizin humanizim və multikultiralizm prinsiplərini nəzərə alıb bu məqamı keçmək də olardı. Amma, köhnə, darısqal mənzllərdə yaşayan vətəndaşların yeni ev alacaq dərəcədə dövlət pulu ilə təmin olunmasının əvəzində onları “sizə təklif olunan məbləğlə razılaşmayın, mətbuata şikayət edək, etiraz edək” deyərək yanlış yola çəkməyin bir adı var: SİYASİ PROVAKASİYA. N.Ələsgərovu yaxından tanıyan mənbəmiz onun yeni qanunvericiliyə əsasən vəkillik hüququ olmadığını, yəni vəkillər kollegiyasının üzvü olmadığını bildirməklə yanaşı, bu şəxsin zamanında hüquq mühafizə orqanları ilə problemlər yaşadığını da qeyd etdi. Hətta bu səbəbdən onun bir müddət ölkədən kənarda. digər bir qitədə yaşadığı da bildirilir. Bu istiqamətdə cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda Natiq Ələsgərovun “Koçak Gold” şirkətinə qarşı iddialarına da rast gəldik. Bildirək ki, N.Ələsgərob özü bu iddialardan əvvəl adı çəkilən şirkətin əməkdaşı olub və sonradan onlara qarşı dava açıb. Elə indiki halda da, pravakasiya ustası olan “hüquqşünas”ın Bağırov qardaşları ilə uzun müddət mehriban münasibətdə olduğu bildirilir. Görünür qızındığı ocaq başında düşmənə çevrilməyi adət etmək də olurmuş…
– Natiq Ələsgərovun Maliyyə nazirliyində böhtanla hədəf aldığı şəxs kimdir?
– “Şikayətçi”lər siyasi sifarişi hardan alrlar?
– Vətəndaşlarda narazılıq yaratmağın gerçək məqsədləri
– “Sovetski” sakinləri proses haqda nələr danışır?
Bu və digər məqamlar haqda növbəti yazımızda…(cumhuriyyet.az)